üstün
Hörmətli Adnan Oktarın Kaçkar TV-dəki canlı reportajı (1 dekabr 2010)
ADNAN OKTAR: “Münafiqlər və ürəklərində xəstəlik olanlar belə deyirdilər: “Bunları (müsəlmanları) dinləri aldatdı.” (Ənfal surəsi, 49) Yəni İslam Birliyi, Türk-İslam Birliyi bunlar yoxdur, mehdiyyət yoxdur, hz. İsa (ə.s)-ın enişi yoxdur, deyir, haşa. “Halbuki, kim Allaha təvəkkül etsə, şübhəsiz Allah, üstün və güclü olandır, hökm və hikmət sahibidir.” Allaha buraxın, Allaha güvənin, cəhd edin, “Allah üstündür və güclü olandır”. O zaman müsəlmanlar üstün və güclü olan olur. Çünki Allah tərəfdarı olduqları üçün “hökm və hikmət sahibidir”, hökm Allahındır, Allahın olacaq; Mehdi (ə.s)-ın çıxışı ilə, “və hikmət sahibidir”, Allah mehdiyyətə hikmət verəcək, inşaAllah.
Hz. Mehdi (ə.s)-ın tələbələri, Qalu Bəladan Allahın özlərindən əhd aldığı möminlərdən ibarət olacaq.
Əli ibn Əbu Həmzə, İmam Əbu Abdullah Cəfəri Sadiq əleyhissalam belə buyurduğunu deyir: “…onu (hz. Mehdi (ə.s.)-ın), YALNIZ ZƏRR ALƏMİNDƏ ALLAHIN ƏHD GÖTÜRDÜYÜ MÖMİNLƏR QƏBUL EDƏCƏK.” (Şeyx Muhammed b. İbrahimi Numanı, Gaybeti Numanı s. 247)
Hz. Mehdi (ə.s) və tələbələri bütün saleh möminlər kimi Cənnətlə müjdələnmişlər
“Onlar uzaqgörən, təqvalı və təvazökardırlar. Dünya malına əhəmiyyət verməzlər, iman və mədəniyyət sahibidirlər, …. Gecələri abid, gündüzləri aslandırlar. Mərhəmət, şəfqət, qürur və cəhd əhlidirlər. Polad ürəkli və güclü bir imana sahibdirlər. Yorulmaq bilməzlər, güclüdürlər. O qədər dözümlüdürlər ki, dağlara göndərilsələr oranı dəlik-deşik edər yerindən oynadarlar. Haqqa inanan, Rəhbərinə (hz. Mehdi (ə.s)-a) itaət edib təslim olan, şəhadət aşiqi, Allaha çatmaq üçün can atan, təhlükələrin və çətinliklərin eşiyində yetişmiş fədakarlar, … cəhd və şəhadət aşiqidirlər. Səbir onların xüsusiyyətidir, təvəkkül onların yol azuqəsidir. Polad ürəkli, dəmir iradəli, gecələr ibadət edən, qənaətkar, hər biri qırx igid olan mərd insanlardır.” (Safı Golpeygani, Muntahabul-Eser, səh. 486)
Bütün hədislər göstərir ki, hz. Mehdi (ə.s)-ın tələbələri heç qorxmadan, bütün ömürləri boyu hz. Mehdi (ə.s)-ın yanında olub, bu mübarək insana hər işində kömək edəcəklər və səmimiyyətlərindən, ixlaslarından ötəri Uca Allahın icazəsiylə sonsuz cənnətlə mükafatlandırılacaqlar.
“Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.” (Nisa surəsi, 124)
Allah hz. Mehdi (ə.s)-ın tələbələrini bir araya gətirəcək
Hədisdə, Allahın hz. Mehdi (ə.s)-ın tələbələrini bir-birlərini heç tanımadıqları halda fərqli yerlərdən yığıb bir yerə gətirəcəyi göstərilmişdi.
Cəfər əl Yuafi imam Məhəmməd ibn Əli əl Bəkirdən belə rəvayət edir:
“Hz. Mehdi (ə.s) çıxdığında yanında 313 kişi və 50 qadın olacaq, onlar daha əvvəl aralarında heç bir əlaqə olmadan, fərqli buludların səmada toplaşdıqları kimi bir araya gələcəklər. Bu Allahın “Hər harada olsanız olun, Allah sizi bir araya gətirəcək. Allah hər şeyə qadirdir” ayəsinin bir təcəllisidir. “(Bihar-ül Envar, cild 52, səh. 223)
Adnan Oktar: “Onlar daha əvvəl aralarında heç bir əlaqə olmadan”, yəni “fərqli buludların səmada toplaşması kimi bir araya gələcəkdirlər.” Məsələn, kimisi Afrikadan, kimisi Asiyadan, kimisi Avropadan, kimisi isə Anadolunun bir yerindən bir araya gələr. Bu, “Allahın hər harada olsanız olun, Allah sizi bir araya gətirəcək. Allah hər şeyə qadirdir” (Bəqərə Surəsi, 148) ayəsinin bir təcəllisidir.
Yəni ayə Mehdi (ə.s)-a baxır, Mehdi (ə.s.) camaatına baxır. Çünki bu 313 adam dünyanın müxtəlif yerlərinə dağılmışlar. Amma Allah bunları bir araya gətirir, bu kəslərin bir araya gəlməsi çox çətindir. Məsələn, Azərbaycandan və başqa bir yerdən insanlar bir araya gəlirlər. Bu onların taleyidir ki, onlar anadan doğulmadan o qrup vardı. Məsələn, təəccüblənə bilər insan, daha əvvəl… ardı...
Hz. Mehdi (ə.s)-ın Əshabından olmaq istəyən bir müsəlman səbirli, təqvalı və gözəl əxlaqlı olmalıdır.
Peyğəmbərimiz (s.ə.v)-in nəslindən olan İmam Cəfər Sadiq həzrətləri, hz. Mehdi (ə.s)-ın yaxınlarından və onun Əshabından olmaq istəyən müsəlmanların, hz. Mehdi (ə.s)-ın zühurunu gözləyərkən Qurana uyğun hərəkət etməli olmalarını və Allahın razı olacağı gözəl bir əxlaq göstərmələrini tövsiyə etmişdir.
İmam Cəfər Sadiq belə buyurub:
“Kim Qaimin (Hz. Mehdİ (ə.s)-IN) əshabından olmaq istəyirsə, gözləməli və gözlədiyi müddətdə təqva və gözəl əxlaq göstərməlidir.” (Biharu’l Envar, c. 52, s. 140, hədis, 5)
Hz.Mehdi (ə.s)-ın tələbələri hz. Mehdi (ə.s)-ın verdiyi qərarların əleyhinə olmayacaqlar.
Rəsulullah əfəndimiz (s.ə.v) bir hədisində hz. Mehdi (ə.s)-ın tələbələrinin, hz. Mehdi (ə.s)-a qarşı təslimiyyətlərini belə ifadə etmişdir:
“Hz. Mehdi (ə.s)-a qarş tələbəri, bir kölənin ağasına qarşı itaətkar olduğundan DAHA DA İTAƏTLİ VƏ BOYUN ƏYİCİ OLACAQLAR. (Mikyal el-Mekarim, Cild: 1, səh. 65)
Tələbələri, hz. Mehdi (ə.s)-ın verdiyi bütün qərarları sorğu-sual etmədən, etina ilə tətbiq edəcəklər. Bu, onların Allaha olan imanlarındakı dərinliyin və səmimiyyətin göstəricisi olacaq.
Hz. Mehdi (ə.s)-ın tələbələrinin dünyaya qarşı heç bir maddi və mənəvi istəkləri olmayacaqdır.
Ey Əbu Hüreyrə! Bu birlik (hz. Mehdi (ə.s) camaatı) əziyyətli və çətin bir yola girərək peyğəmbərlərin dərəcəsinə çatarlar. Allah özlərini doyurduqdan sonra… ardı...
Hz. Mehdi (ə.s.)-ın tələbələri seçilmiş kəslər olacaqlar.
Hz. Mehdi (ə.s.)-ın tələbələri, yaşadıqları cəmiyyətdə son dərəcə seçilmiş kəslər olacaqlar.
Hz. Mehdi (ə.s.)-ın köməkçiləri ZADƏGAN VƏ TƏHSİLLİ OLACAQLAR. (El-Melahim ve el Fitan, səhifə: 205)
Bir başqa hədisdə hz. Mehdi (ə.s.)-ın yanına həddindən çox adamın gələcəyinə, ancaq bu kəslərin böyük əksəriyyətinin ələnəcəyinə də diqqət çəkilmişdir. Çünki hz. Mehdi (ə.s.) çox fədakarlıq tələb edəcək, çətin bir elmi mübarizə içində olacaq. Bu mühitdə hz. Mehdi (ə.s.)-ın tələbələri təbii olaraq ələnəcəklər və çox az sayda seçilmiş adamdan ibarət olacaqlar.
Onun yanına gələnlər qaçınılmaz olaraq SEÇİLƏCƏKLƏR, AYRILACAQLAR VƏ ƏLƏNİLƏCƏKLƏR. BÖYÜK ƏKSƏRİYYƏTİ BU SEÇMƏDƏN KEÇƏ BİLMƏYƏCƏK. (Gaybet’ül Numanı, Hissə 12, Səhifə 299)
Əbu Basar deyər ki: İmam Məhəmməd Baqir belə buyurdu: “… TƏMİZLƏNƏCƏK VƏ AYIRD EDİLƏCƏK, BELƏ Kİ, İÇLƏRİNDƏ FİTNƏLƏRİN ƏSLA ZƏRƏR VERMƏDİYİ BİR BİRLİK QALACAQ.” (Gaybet-i Numanı, s. 245)
Hz. Mehdi (ə.s.)-ın tələbələri bir-birlərinə çox oxşayacaq, kənardan baxanlar onları qardaş zənn edəcəklər.
“Onları görür kimiyəm; eyni rəng, eyni boy, üzərləri eyni və paltarları da eyni … olaraq həzrəti Mehdi (ə.s.)-a beyət edərlər.” (İbn Tavus, el-Melahimu ve’l-Fiten, s.122)
ADNAN OKTAR: “Onları görür kimiyəm.” Hədis. “Eyni rəng, eyni boy, üzləri eyni, paltarları da eyni olaraq, hz. Mehdi (ə.s.)-a beyət edərlər.” Tələbələrə baxdınmı bir-birlərinə çox bənzəyirlər.… ardı...