“Cumhuriyet Bilim Teknik” jurnalının 29 iyul 2000-ci il tarixli sayında darvinist bir yazıya yer verildi. “Bir-birimizdən fərqimiz yoxdur” başlıqlı yazıda, meymunların insanlara bənzər bir çox davranışlarının olduğu açıqlanaraq, insanla meymun arasında düşünüldüyündən daha az fərq olduğu iddia edilirdi. Yalnız təkamül təbliğatı məqsədinin güdüldüyü açıqca məlum olan yazıdakı tərəfli şərhlərin və təhriflərin ictimaiyyət tərəfindən bilinməli olduğunu düşünürük.

Meymunların, insanlarda da görülən bəzi davranışlara sahib olduqları bir gerçəkdir. Ancaq təbiətdə insanla bənzər davranışlar göstərən, hətta təhsilli bir insanın da göstərə bilməyəcəyi, ağıllı rəftarlar nümayiş etdirən bir çox heyvan vardır. Hətta bəzi heyvanlarda, insanlara xas şəfqət, mərhəmət, həyat yoldaşına və ya uşaqlarına bağlılıq, fədakarlıq kimi rəftarları görmək də mümkündür. Ancaq nədənsə, yalnız meymunlardakı bənzərliklər bəzi dairələri çox həyəcanlandırır. Halbuki, təbiəti tərəfsiz və təkamülçü asılılıqdan uzaqlaşmış bir gözlə araşdıran hər insan, xeyli canlının insanı heyrətə salacaq dərəcədə ağıllı rəftarlara sahib olduğunu görəcək.

Məsələn, özünə olduqca inkişaf etmiş texniki infrastruktura sahib bir yuva və yuvasının uyğun şəraitdə olmasını təmin edən bir anbar tikən qunduz, bir meymundan daha ağıllı rəftarlar nümayiş etdirir, daha əhəmiyyətli və kompleks qərarlar alır.

Arıların isə, pətək inşasındakı qabiliyyətləri, altıbucaqlı pətək seçiminin əhəmiyyəti, bu altıbucaqlı pətəkləri qüsursuzca, aralarında heç bir boşluq buraxmadan tamamlaya bilmələri, nektar tapma üsulları və qiymətləndirmələri və s. hər biri zəka məhsulu davranışlardır. Xüsusilə, pətək inşasında etdikləri riyazi hesablar təkamül nəzəriyyəsinin qurucusu Çarlz Darvini belə heyrətə salaraq bunları dedirtmişdir: “Arını böyük riyaziyyatçıların (pətəyin quruluşundakı incə hesabları) kəşflərindən əvvəl pətəkləri hazırlamağa yönəldən instinkt üçün nə deyəcəyik?”

Şimal qütbündə yaşayan bir erkək pinqvinin, aylarla tərpənmədən balasını ayaqlarının arasında tutaraq donmaqdan qoruması, bu əsnada dişi pinqvinin dənizə çataraq bir neçə ay boyunca balasına yem tapmaq üçün təhlükəli bir səfərə çıxması və dönüşündə minlərlə bir-birinin eyni görünən pinqvin arasından yoldaşını və balasını tanıya bilməsi də şüur tələb edən davranışlardır.

Meymunlar isə, bir çox heyvanın insan davranışlarına olan bənzərliyindən daha az bir bənzərliyə malikdir. Ancaq bir meymunun başını qaşıması, balasının başını oxşaması və ya əlini çırparaq sevinc ifadə etməsi təkamülçüləri çox həyəcanlandırır. Çünki təkamülçülər insanların memyunlarla ortaq bir əcdaddan təkamülləşdiyini iddia edərlər, bu səbəbdən meymunların insanlara bənzər rəftar göstərmələrini qohumluqlarının bir nəticəsi olaraq görmək istəyirlər. Amma bu əsnada təbiətin geri qalanını gözardı edərlər. Çünki nə yuxarıda bəzi davranış nümunələrini verdiyimiz qunduzları, pinqvinləri və ya arıları, nə də qarışqa, hörümçək, delfin kimi digər heyvanları, insanlara bənzər bir çox davranışa sahib olmalarına baxmayaraq, insanın qohumu olaraq göstərə bilməyəcəklərini bilirlər. Xüsusilə arı, qarışqa, hörümçək, termit kimi böcəklərin insanlar kimi ağıl məhsulu işlər etmələri təkamül baxımından çox böyük bir problemdir, çünki bu canlılar uydurma “təkamül xarakterli qohumluq” sxemində insanla tamamilə əlaqəsizdirlər.

Nəticə olaraq, meymunların insanlarla bənzər davranışlar göstərmələri, bu canlıların insanların təkamül baxımından çox yaxın qohumları olduğunu qətiyyən göstərməz.

Canlılardakı, ağıl və şüur məhsulu davranışların isə tək açıqlaması vardır. Qunduzların və ya arıların qüsursuz memarlıq nümunələri tikmələri, nə özü də şüursuz olan təbiətin bir hədiyyəsidir, nə də bu canlıların öz iradələri ilə sahib olduqları xüsusiyyətlərdir. Müstəqil bir ağıla və şüura sahib olmayan bu canlılar, özlərini yaradan Allahın ilhamı ilə hərəkət edİrlər. Allah, Quranda bal arısını nümunə verərək, bu gerçəyi bizlərə bildirmişdir:

 

Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

 

Qaldı ki, təkamülçülərin iddia etdikləri kimi, mutasiyalar və təbii seleksiya heç bir meymunu təkamülləşdirərək bir insana çevirə bilməz. Çünki insan ruha, şüura və ağıla malikdir. Bu necə bir mutasiya olacaq ki, bir meymuna hiss etməyi, düşünməyi, əhəmiyyətli mövzularda qərar verməyi, rəngləri, naxışları, kölgəni ən gözəl və ən uyğun şəkildə istifadə edərək sənət əsəri yaratmağı, triqonometrik hesablamalar etməyi, Sultan Əhməd Məscidini, Tac Mahalı, Eyfel Qülləsini tikməyi, beyin əməliyyatı etməyi, ən üstün texnologiya ilə təchiz edilmiş təyyarələri hazırlayaraq uçurtmağı öyrədəcək?…

J.Hawkes təkamülçü elm adamı olmasına baxmayaraq, bu əhəmiyyətli gerçəyi belə açıqlamışdır:

“Quşları, balıqları, çiçəkləri və s. göz qamaşdırıcı gözəlliyi sadəcə təbii seleksiyaya borclu olduğumuza inanmaqda çətinlik çəkirəm. Hətta insan o cür bir mexanizmin məhsulu ola bilərmi? Necə ola bilər ki, bütün sivilizasiya nemətlərinin yaradıcısı olan insan beyni; Sokrat, Leonardo da Vinçi, Şekspir, Nyuton və Eynşteyn kimiləri ölümsüzləşdirən yaradıcılıq “həyat mübarizəsi” deyilən meşə qanununun bizə bir hədiyyəsi olsun?” (J.Hawkes, “Nine Tentalizing Mysteries Of Nature”, New York Times, no. 33, 1957)

Məşhur Təkamülçü Roger Lewin isə təkamül nəzəriyyəsinin insan ruhunun meydana gəlməsi haqqında böyük bir çıxılmaz vəziyyətdə olduğunu belə etiraf edir:

“Fiziki mənada insanın təkamülü haqqındakı hər hansı bir nəzəriyyənin, güclü çənələri və iri kəsici dişləri olan və bizdən dörd qat sürətli qaçan meymuna bənzər bir əcdadın necə yavaş-yavaş, iki ayaqlı bir heyvana çevrildiyini açıqlamalıdır. Bu güclərə ağılı, danışmağı və əxlaqı əlavə edin, bunların hamısı təkamül nəzəriyyəsinə qarşı çıxır”. (John Peet, The True History of Mankind, www.pages.org/uk/org/bcs)

Təbiətdə insanın sahib olduğu ruhu ona verə biləcək heç bir güc yoxdur. Bu ruhu, insana Allah vermişdir. Quranda bildirildiyi kimi, Allah insana ruhundan üfürmüşdür. Bu, darvinistlərin əsla açıqlaya bilməyəcəkləri və tamamilə, məğlubiyyəti qəbul etdikləri bir gerçəkdir.

“Meymunlarla bir-birimizdən heç bir fərqimiz yoxdur” şüarları ilə yazdıqları yazılar isə, darvinizmə olan kor-koranə bağlılıqlarının bir isbatıdır.