dövr
Adnan Oktarın 1 may 2011 A9 tv, Kanal Avropa və Çay tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: “Onlara Rəhman (olan Allah) dan yeni bir xəbərdarlıq gəlsə, heç müzakirəsiz ondan üz çevirərlər.” Hər nə zaman xəbərdarlıq gəlirsə, üz çevirirlər, qəbul etmirlər. “Həqiqətən, yalanladılar; lakin lağ mövzusu etdikləri şeyin xəbəri özlərinə çox yaxında gələcəkdir.” Deyirlər; “Hz. İsa Məsih (ə.s) gəlməyəcək, hz. Mehdi (ə.s) gəlməyəcək,” deyilmi? Baxın, Allah nə deyir; “lağ mövzusu etdikləri şeyin xəbəri özlərinə çox yaxında gələcəkdir.” İnşaAllah.
“Hanı sənin Rəbbin, Musaya səslənmişdi: “Zülm etməkdə olan qövmə get.” O dövrün Mehdisi hz. Musa (ə.s)-dır. “Zülm etməkdə olan qövmə get;” yəni dəccaliyyətin hakim olduğu qövmə get. “Fironun qövmünə.” Yəni o dövrün dəccalının qövmünə. “Hələ çəkinmirlərmi?” deyir Allah. “Dedi ki: “Rəbbim, həqiqətən mən, onların məni yalanlamalarından qorxuram. Sinəm sıxılır, dilim dönmür.”” Sinəsi sıxılır, yəni taxikardiyadır ehtimal ki. Ürək döyüntüsü çox yüksəlir, ehtimalla təzyiqi də yüksəlir hz. Musa (ə.s)-ın; onun üçün “sinəm sıxılır” deyir. “Dilim dönmür” deyir; həddindən artıq həyəcanlananda danışıq bəzən tutular insanda, şiddətli həyəcanlananda danışıq gücünü insan itirə bilər. Bu xüsusiyyət hz. Mehdi (ə.s)-da da var.
“Bundan ötrü Haruna da (elçilik vəzifəsini bildirməsi üçün Cəbrayılı) göndər.” “Onu da yanımda göndər” deyir Allaha. Çünki dili tutulduğunda, həyəcandan danışa bilmədiyində… ardı...
Hədislərdə hz. Mehdinin çıxışından əvvəlki dövrdə müsəlmanların başlarında bir xəlifə, yəni müsəlmanların mənəvi liderliyini boynuna götürmüş bir adamın olmayacağı bildirilmişdir.
Əbu Səid Peyğəmbərin (s.ə.v) belə buyurduğunu rəvayət edir:“Axırzamanda sultanlar tərəfindən ümmətimə şiddətli bir bəla gələcəkdir. Elə bir bəla ki, ondan daha şiddətlisi görülməmişdir. Eləki, yer üzü onlara dar gələcək və zülmlə dolacaq. MÖMİNLƏR BU ZÜLMDƏN XİLAS OLMAQ ÜÇÜN BİR SIĞINACAQ VƏ BİR XİLASKAR TAPA BİLMƏYƏCƏKLƏR…” (El-Beyan, səh. 72, Es-Sevaik-ul Muhrika, səh. 161, Yenabi-ul Mevedde, 2-ci cild, səh. 177)
“Onun çıxacağı il insanlar həccə başlarında bir əmir (xəlifə) (müsəlmanların mənəvi lideri) olmadan gedəcəklər…” (Muhammed B. Resul Al-Hüseyni El Berzenci, Kıyamet Alametleri, Pamuk Yayınları, səh. 168-169)
“İnsanlar başlarında bir İmam (xəlifə, müsəlmanların mənəvi lideri) olmadan həcc edərlər…” (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 35)
Rəvayətlərdəki “heç kimin beyətinin hz. Mehdinin boynunda olmayacağı” ifadəsindən hz.Mehdi zamanında müsəlmanların başında bir xəlifə, yəni müsəlmanların mənəvi bir lideri olmayacağı, bu səbəbdən, hz. Mehdinin də bir xəlifəyə bağlı olmayacağı aydın olur.
“…Arxasında İsa ibn Məryəmin namaz qılacağı Qaim (hz. Mehdi) xaricində biz Əhli-beytdən olan hamımızın boynunda zamanın tağutunun (Allahın hökmünü tanımayan hər varlıq, güc, şeytan) beyəti olacağını (hz. Mehdi dövründə dinsizliyin hakim olacağını, dərhal hər kəsin bu sistemə bağlı olacağını) bilmirsiniz? Uca Allah… ardı...
İmam Cəfəri Sadiq (ə.s)-ın oğlu Məhəmmədin nəqlinə görə İmam (ə.s) belə buyurdu: “QAİM ƏLEYHİSSALAM (HZ. MEHDİ (Ə.S)) QİYAM EDƏNDƏ hər məmləkətə bir səfir göndərəcək və hər bir səfirə belə buyuracaq. “SƏNİN ƏHDİN ƏLİNDƏDİR. Anlamadığın bir vəziyyətlə qarşılaşar və hökm verməkdə çətinlik çəksən ƏLİNƏ BAX VƏ ƏLİNDƏ YAZANI TƏTBİQ ET.” (ŞeyxMəhəmməd ibn İbrahimiNumanı, Gaybeti Numanı, səh. 381)
Hədisdə hz. Mehdi (ə.s) dövründə idarəçi mövqeyində olan kəslərin xəbərləşmək, məlumat almaq, ya da bilmədikləri mövzuları araşdırıb öyrənmək məqsədiylə noutbuklardan və kompyuterli telefonlardan faydalanacaqlarına diqqət çəkilmişdir. Bu müqəddəs dövrdə texnologiyanın ən üstün səviyyəyə çatacağı, insanların özlərinə gələn xəbərləri və bilməyib öyrənmək istədikləri mövzuları əllərindəki noutbukların, ya da kompyuterli telefonların düymələrinə basaraq bu texnoloji alətlərin ekranlarından görüb anlayacaqları hədisdən aydın olur.
Əli ibn İbrahim, Şəhr ibn Həvşəbdən belə rəvayət edir: “…HZ. İSA (Ə.S) QİYAMƏTDƏN ƏVVƏL DÜNYAYA ENƏCƏK. BELƏCƏ, YƏHUDİ VƏ NƏSRANİLƏRDƏN, ÖLMƏDƏN ƏVVƏL (YƏNİ HZ. İSA (Ə.S) ÖLMƏDƏN ƏVVƏL VƏ YA YƏHUDİ VƏ XRİSTİANLARDAN HƏR HANSI BİRİ ÖLMƏDƏN ƏVVƏL) ONA İNANMAYAN KƏS QALMAYACAQ. HZ. İSA Ə.S HZ. MEHDİ (Ə.S)-IN ARXASINDA NAMAZ QILACAQ. Həccac: “Nə danışırsan sən?! Bunu haradan bilirsən ki?!” deyə soruşduqda; “Bu hədisdir.” dedim, “Mən bu hədisi Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn ƏbuTalibdən eşitdim!” Sonra: “Vallah tam qaynağından eşitmisən!” dedi. (Kummu Tefsiri, 1-ci cild, səh. 158)
Peyğəmbərimiz (s.ə.v) Quranın: “And olsun, Kitab əhlindən, ölmədən əvvəl ona inanmayacaq kimsə yoxdur. Qiyamət günü, o da onların əleyhinə şahid olacaq.” (Nisa surəsi, 159) ayəsini hədisdə ifadə edildiyi şəkildə açıqlamışdır.
Hz. Mehdi (ə.s) cəmiyyətdə şirkin çoxaldığı bir dövrdə zühur edəcək
İman edənlərin Əfəndisi (s.ə.v) deyir ki: “… Bundan əmin olun ki, HZ. MEHDİ (Ə.S.)-MIMIZI QARŞILAYACAQ OLAN, SİZİN ŞİRK (CAHİLİYYƏ) NİZAMINIZIN TƏSİRİ OLACAQ. Çünki o gün -İLAHİ RƏHMƏT GÖSTƏRİLƏNLƏRDƏN BAŞQA – BÜTÜN ÜMMƏT ŞİRK QOŞANLARDAN OLACAQ…” (Kitab-ül Gaybet, [Bihar-ul Envar, 51-ci cild], Ansariyan Yayıncılık, derleyen: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 182.)
Hz. Mehdi (ə.s) cəmiyyətdə çox sıx şirk yaşandığı bir dövrdə zühur edəcək. Onun gələcəyi dövrdə xeyli çox insanda maddiyyata,

qazanca, mənfəətə həddindən artıq meyl görüləcək. İnsanlar ana-atalarını, uşaqlarını, qohumlarını, etdikləri ticarəti, əldə edəcəkləri qazancı, dünyəvi zövqlərini birinci plana alaraq Allah (c.c.)-ın razılığını güdməkdən uzaqlaşacaqlar və bu hal özlərini, Allahın razılığını qazanmağa, Qurana tabe olmağa, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə uymağa dəvət edən hz. Mehdi (ə.s)-dan uzaq durmalarına səbəb olacaq.
Hz. Mehdi (ə.s)-ın dövründə cəmiyyətdə yaranan bu şirk mühitini Allah (c.c.) Tövbə surəsi, 24-cü ayədə belə bildirir:
De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz! (Tövbə surəsi, 24)