zahiri

Bir qisim zahiri üləmalar hədisləri xurafatvari açıqlayırlar

Bədiüzzaman Səid Nursi həzrətləri Kastamonu Lahiqəsində bir qisim cahil din alimlərinin hədislərin yalnız zahiri mənasına baxaraq, ağlın ixtiyarını qaldıracaq açıqlamalarla şərh etdiklərini, bu səbəblə də ağıl və vicdanla çox asan aydın olacaq mövzularda özlərinin də şübhəyə düşəcəkləri, eyni zamanda məlumatı zəif olan müsəlmanlara da bu şəkildə zərər verəcəklərini ifadə edir. Səid Nursi həzrətləri Axırzaman müsəlmanlarının tez-tez qarşılaşdıqları bu mövzunu yığcam bir şəkildə izah etmişdir.

Bir qisim zahiri üləmalar (hədislərin xarici mənalarına baxaraq hökm verən alimlər), o rəvayət və hədislərin zahirinə (xarici mənalarına) baxıb şübhəyə düşmüşlər. Və ya səhhətini (doğruluğunu) (xurafat kimi, nağıllarda izah edilən həqiqət xaricində bir şey kimi yanlış) inkar edib və ya xurafatvari bir məna verib sanki mümkünsüz bir surəti (sanki qeyri-mümkün, ağlın vicdani qənaətlə qərar vermə xüsusiyyətini ortadan qaldıracaq xüsusiyyətlərdə bir şəxsi) gözləyər bir tərzdə (izah etdikləri üçün), avamı-müsliminə (belə metafizik şərhlərə inanmaqda çətinlik çəkəcəkləri və ya bu səbəblə heç inanmayacaqları üçün, xalqdan məlumatı olmayan müsəlmanlara imani cəhətdən) zərər verərlər. (Kastamonu Lahikası səh. 80)
k13

Necə ki, indiki vaxtda da bəzən cahil din alimləri ortaya çıxaraq, peyğəmbərimizdən rəvayət edilən hədisləri eynilə Səid Nursi həzrətlərinin bildirdiyi şəkildə zahiri mənasına görə şərh etməyə və bu şəkildə öz aləmlərində guya hz. Mehdi (ə.s)-ın gəlişini… ardı...