Bir qisim zahiri üləmalar hədisləri xurafatvari açıqlayırlar
Bədiüzzaman Səid Nursi həzrətləri Kastamonu Lahiqəsində bir qisim cahil din alimlərinin hədislərin yalnız zahiri mənasına baxaraq, ağlın ixtiyarını qaldıracaq açıqlamalarla şərh etdiklərini, bu səbəblə də ağıl və vicdanla çox asan aydın olacaq mövzularda özlərinin də şübhəyə düşəcəkləri, eyni zamanda məlumatı zəif olan müsəlmanlara da bu şəkildə zərər verəcəklərini ifadə edir. Səid Nursi həzrətləri Axırzaman müsəlmanlarının tez-tez qarşılaşdıqları bu mövzunu yığcam bir şəkildə izah etmişdir.
Bir qisim zahiri üləmalar (hədislərin xarici mənalarına baxaraq hökm verən alimlər), o rəvayət və hədislərin zahirinə (xarici mənalarına) baxıb şübhəyə düşmüşlər. Və ya səhhətini (doğruluğunu) (xurafat kimi, nağıllarda izah edilən həqiqət xaricində bir şey kimi yanlış) inkar edib və ya xurafatvari bir məna verib sanki mümkünsüz bir surəti (sanki qeyri-mümkün, ağlın vicdani qənaətlə qərar vermə xüsusiyyətini ortadan qaldıracaq xüsusiyyətlərdə bir şəxsi) gözləyər bir tərzdə (izah etdikləri üçün), avamı-müsliminə (belə metafizik şərhlərə inanmaqda çətinlik çəkəcəkləri və ya bu səbəblə heç inanmayacaqları üçün, xalqdan məlumatı olmayan müsəlmanlara imani cəhətdən) zərər verərlər. (Kastamonu Lahikası səh. 80)
Necə ki, indiki vaxtda da bəzən cahil din alimləri ortaya çıxaraq, peyğəmbərimizdən rəvayət edilən hədisləri eynilə Səid Nursi həzrətlərinin bildirdiyi şəkildə zahiri mənasına görə şərh etməyə və bu şəkildə öz aləmlərində guya hz. Mehdi (ə.s)-ın gəlişini ört-basdır etməyə çalışırlar. Səid Nursinin bu sözündə bəhs etdiyi din alimlərinin indiki vaxtda da eyni üsullarla insanları aldatmağa çalışmaları, Allahın diləməsiylə Bədiüzzamanın bir kəraməti, bir möcüzəsidir.
Məsələn, indiki vaxtda bəzi cahil və xurafatçı din adamları hz. Mehdi (ə.s)-ın çox fövqəladə bir insan olacağı və zühur edər-etməz xalq tərəfindən dərhal tanınacağı, hz. Mehdi (ə.s)-a guya tank, top, silah hətta atom bombası belə təsir etməyəcəyi, hz. Mehdi (ə.s)-ın başının üstündə insanların baxdıqlarında görəcəkləri şəkildə bulud üstündə mələklər olacağı və bu mələklərin davamlı hz. Mehdi (ə.s)-ı işarə edərək insanlara tanıdacağı kimi, Peyğəmbərimiz (s.ə.v)-in hədisləri və Allah (c.c)-in adətullahı ilə tamamilə ziddiyyət təşkil edən bir iddia edir.
Hz. Mehdi (ə.s)-ın yanında mələklərin olacağını və bu mələklərin özünə kömək edəcəklərini Peyğəmbərimiz (s.ə.v) hədislərində bildirir: Həzrəti Cəbrayıl (ə.s) və həzrəti Mikayıl (ə.s), qırx altı min (46 000) mələk imam Mehdi (hz. Mehdi (ə.s))-ın köməkçiləri və yoldaşları arasında olacaq.
Şeyh Sadooq’un(a.r.) Al-Amaali, Oturum 92, səhifə 504; No’mani, Al-Ghaibah səhifə 56; Tafseer al-Ayyaashi, cild 1, səhifə 197; Bihar-ül Envar, cild 19, səhifə 284; səhifə 52, səhifə 326 Kaamil al-Ziyaaraat’tan nəql edir; cild 52, səhifə 356; cild 53, səhifə 14, 87; Tafseer al-Burhaan, cild 1, səhifə 313; Al-Burhaan Fi Alaamaat-e-Mehdi Aakher al-Zamaan (a.s), səhifə 77; Mikyaal al-Makaarem, cild 1, səhifə 29, 73-74
Ancaq hz. Mehdi (ə.s)-ın yanındakı mələklərin görünməsi yalnız mənəvi aləmdə reallaşan və dolayısı ilə yalnız mələklərin görə biləcəyi bir hadisə olacaq.
Allah (c.c) Quranda Peyğəmbərimiz (s.ə.v)-in qövmündən bəzi kəslərin hz. Məhəmməd (s.ə.v)-in peyğəmbər olmasının bir dəlili olaraq yanında mələk endirilməsinin lazım olduğu iddiasını müdafiə etdiklərini xəbər vermiş, ardınca da Peyğəmbərimiz (s.ə.v)-in yalnız xəbərdarlıq edən olaraq göndərilmiş bir insan, bir elçi olduğunu bildirmişdir:
Onların: “Nə üçün ona bir xəzinə endirilməyib yaxud onunla bir mələk gəlməyib?” – deməkləri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk edəcəksən və buna görə köksün daralacaq. Sən ancaq qorxudansan. Allah isə hər şeyi Qoruyandır. (Hud surəsi, 12)
Başqa bir çox ayədə isə peyğəmbərləri inkar edən kəslərin ümumiyyətlə, inanmaları üçün mələkləri görmə şərtini irəli sürdükləri aydın olur:
Əgər doğru danışanlardansansa, nəyə görə dediyinə şahidlik edə bilən mələkləri bizə gətirmirsən?” Biz mələkləri ancaq haqqı bərqərar etmək üçün endiririk. O zaman kafirlərə möhlət verilməz. (Hicr surəsi, 7-8)
Onlar: “Nə üçün ona mələk endirilməyib?” – dedilər. Əgər biz mələk endirsəydik, iş bitmiş olardı, onlara isə möhlət verilməzdi. (Ənam surəsi, 8)
Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu bunu bilmir. (Ənam surəsi, 111)
Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik”. (Ənam surəsi, 158)
Yoxsa kafirlər mələklərin onların yanına gəlməsindən və yaxud Rəbbinin əmrinin gəlməsindən başqa bir şeymi gözləyirlər? Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər. (Nəhl surəsi, 33)
Qövmünün kafir zadəganları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah elçi göndərmək istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik. (Muminun surəsi, 24)
Onlar dedilər: “Bu necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edən bir mələk göndərilmədi? (Furqan surəsi, 7)
Nə üçün ona qızıl bilərziklər taxılmayıb və onunla birlikdə bir-birinin ardınca mələklər gəlməyib?” Firon öz xalqını aldatdı, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq adamlar idilər. (Zuxruf surəsi, 53-54)
Onlara önlərindən və arxalarından: “Yalnız Allaha ibadət edin!” – deyə əmr edən elçilər gəlmişdi. Onlar isə: “Əgər Rəbbimiz istəsəydi, mələklər endirərdi. Biz sizinlə göndərilənlərə inanmırıq!” – demişdilər. (Fussilət surəsi, 14)
yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca; və ya Allahı və mələkləri qarşımıza gətirməyincə; yaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca biz sənə inanmayacağıq. Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”. De: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi göndərilmiş bir insanam”. İnsanlara doğru yol göstəricisi gəldiyi zaman onların iman gətirməsinə ancaq: “Allah bir insanımı elçi göndərdi?” – demələri mane oldu. De: “Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, əlbəttə, onlara göydən bir mələk elçi göndərərdik”. (İsra surəsi, 92-95)
Bu ayələrdən də açıq-aşkar görüldüyü kimi, iman etməyənlərin qarşıya qoyduqları bəhanələr hər dövrdə eyni olmuşdur. Necə ki, Peyğəmbərimiz (s.ə.v)-in dövründəki inkarçılar Peyğəmbərimiz (s.ə.v)-ə inanmamalarının sübutu olaraq yanında mələklərin olmamasını ifadə etmişlərsə, hal-hazırda da iman edə bilməyən bir qisim insanlar hz. Mehdi (ə.s) kimi vəli bir insanın zühurunu qəbul etməmək üçün bənzər üsullara əl atırlar.
Hz. Mehdi (ə.s)-ın başının üzərində bir mələk olacağını, bütün insanların bu mələyi görəcəklərini və hz. Mehdi (ə.s)-ı bu şəkildə tanıyacaqlarını iddia edərək, dünya şəraitində Allahın diləməsiylə heç bir zaman reallaşmayacaq bir vəziyyəti qarşıya qoymaq, hz. Mehdi (ə.s)-ın çıxışının da, öz aləmlərində bu şəkildə qarşısını ala biləcəklərini zənn edirlər.
Bəzi cahil din adamlarının hz. Mehdi (ə.s)-ın çıxışını özlərinə görə insanlardan gizləyə bilmək üçün müraciət etdikləri oyunlardan digəri də hz. Mehdi (ə.s)-a tank, top, silah hətta atom bombasının belə təsir etməyəcəyini iddia etmələridir.
Halbuki, Peyğəmbərimiz (s.ə.v) hədislərində, hz. Mehdinin peyğəmbərlərlə müxtəlif bənzərliklərə sahib olacağını və onlar kimi müxtəlif çətinliklərlə mübarizə edəcəyini ifadə etmişdir. Hz. Mehdi (ə.s) da peyğəmbərlər kimi böhtana uğrayacaq, müxtəlif çətinliklər, böhtanlar və bəlalarla imtahan ediləcək, inkar edənlərin qurduqları tələlərə qarşı sinə gərəcəkdir. Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislər bu şəkildədir:
İmam Zeyn-ul Abidin əleyhissalam belə buyurmuşdur:
“Bizim Qaimimiz (hz. Mehdi (ə.s)) ilə Allahın rəsulları arasında bir sıra oxşarlıqlar vardır. Nuh, İbrahim, Musa, İsa, Əyyub və Məhəmməd sallallahu əleyhi və alih peyğəmbərlərin hər biri ilə bir bənzərliyi vardır. Nuh ilə uzun ömürlü olmasında, İbrahim ilə doğumunun gizli olması və xalqdan uzaq durmasında; Musa ilə qorxu halı (hz. Mehdiyə qarşı təhlükələrin sıxlığıyla; öldürmə, tələ qurma, həbs olunma, nəzarətə alınma, sürgün kimi hər cür təhlükəylə üz-üzə olmasıyla) və qeybdə yaşamasında (davamlı gizlənərək yaşamasında);
İsa ilə xalqın onun haqqındakı ixtilafa düşməsi (bir qisim insanların, “Mehdi gələcək”, bir qisminin də “gəlməyəcək”, bir qisminin “Mehdi çox daha irəlidə gələcək” ya da “gəlib keçmişdir” deməsində, bir qisminin isə “Mehdi heç gəlməyəcək” deməsində); Əyyub ilə, bəladan sonra qurtuluşun çatmasında (hz. Mehdiyə də bir çox çətinlik, sıxıntı və dərd gəlməsi; ancaq eyni hz. Əyyub kimi Allahın rəhmətiylə hamısından xilas olmasıyla); Məhəmməd sallallahu əleyhi və alih ilə də qılıncla qiyam etməsində (Peyğəmbərimiz (s.ə.v)-in müqəddəs əmanətləri olan mübarək bayrağı, qılıncı və hırkasının, hz. Mehdinin yanında olmasıyla), bənzərliyi vardır”. (Kemalud-din səh. 322, 31. babın 3-cü hədis)
“Əbu Basar deyər ki: İmam Məhəmməd Baqir əleyhissalamın belə buyurduğunu eşitdim: “Bu qeybin (Mehdinin) sahibində dörd peyğəmbərin sünnəti vardır: Dedim ki: “hz. Yusifin sünnəti nədir?” buyurdu ki: “zindan və qürbət” (Şeyx Məhəmməd b. İbrahim-i Numani, Geybət-i Numani səh. 190)
Peyğəmbərimiz (s.ə.v) hədislərində Axırzamanın böyük Mehdisinin dəccaliyyət sisteminin təzyiqlərinə, işgəncə və əziyyətlərinə məruz qalacağından, həbs olunacağından, öldürülmə təhlükəsi içində yaşayacağından, əllərindən və ayaqlarından zəncirə vurulacağından, boynuna mis lövhə asılaraq acı və çətinlik içində tərk ediləcəyindən, təcrid ediləcəyindən bəhs edir.
Əgər hz. Mehdi (ə.s) kimi şəxslərin iddia etdiyi kimi başında görünən şəkildə mələklər olan, silahın, tankın, topun təsir etmədiyi fövqəladə bir varlıq olmuş olsaydı necə həbsə atıla bilər, necə işgəncə və təzyiq görər, çətinlik içində yaşayardı? Heç bir silahın, bombanın təsir etmədiyi bir adama kim yaxınlaşa bilər, kim bu adamı həbs edə bilər ya da işgəncə edə bilərdi? Həmçinin, Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)-ın bir qürbət dövrü olacağından da bəhs etmişdir. Əgər hz. Mehdi (ə.s) iddia edildiyi kimi fövqəladə bir insan olmuş olsaydı gizlənməyə, gözdən uzaq şəkildə yaşamağa niyə ehtiyac hiss edəcəkdi?
Göründüyü kimi bəzi cahil din adamlarının iddiaları Bədiüzzaman Səid Nursi həzrətlərinin sözündəki tərifə eyniylə uyğun gəlir. Müsəlmanları bu kimi üsullarla yanıltmağa və aldatmağa çalışmaq dünyada və axirətdə insanı böyük bir günah altına sala bilər.
Allah bir Quran ayəsində bu şəkildə bildirir:
Qoy onlar Qiyamət günü öz günahlarının hamısını və nadanlıqları üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları yük necə də pisdir! (Nəhl surəsi, 25)