yenidən

Adnan Oktarın 26 aprel 2011 A9 tv və Qaziantep Olay tv-dəki canlı söhbətindən

 

ADNAN OKTAR: “And olsun, Biz insanı, süzmə bir palçıqdan yaratdıq.” Normal bildiyiniz farfor kimi;  bu farfor qab, bu çay stəkanı kimi, bunun kimi normal farfordan edilmişdir insan. İndi bu insanlara qəribə gəlir; heykəl, farfor heykəl var çöldə, o heykələ birdən-birə Allahın ona ol deməsi ilə insan halında yeriməyə başlamışdır, o hadisə budur, başqa qarışıq bir şey yoxdur. Məsələn,siz bayaq burada yox idiniz, birdən Allah yaratdı. Amma orada sən farfordan bir heykəl olaraq da dayana bilərdin, o heykəl birdən getmiş olur, hadisə budur, o qədər, yəni yaradılış bu şəkildədir. Elə təkamül, inqilab filan yoxdur. Bunu da nə üçün edir Allah? Xoşumuza gəlsin deyə. Allahın farfora ehtiyacımı var? Yəni bu farfor olmadığında insan yaradılar mənasını vermir ki, sırf təəccüblü olması üçün yaradılır, hadisə budur. Allah birbaşa yoxdan yaradır. Allahın farfora heç bir şəkildə ehtiyacı yoxdur. Amma farfordan bir heykəlin hərəkət etməsi təəccüblüdür və çox heyrət vericidir, deyilmi? Yəni şok bir hadisədir, insanın nəfəsi kəsilər. Düşünün, farfordan dayanan bir şeyin birdən-birə salam əleykum mən gəldim desə, insanın ürəyi qopar, deyilmi? Xoşuna gəlsin deyə edir Allah. Yoxsa eyni şeyi onsuz da Allah hər gün yaradır, insanların xəbəri yoxdur. İnsanlar… ardı...

 

Hz. İsa (ə.s) yenidən yer üzünə gələcək

“O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm … ” (Ali İmran surəsi, 55)

 

Ayə qiyamətin son vaxtına qədər İslamiyyətin hakim olacağına işarə edir. Bu vəziyyət hz. Mehdi (ə.s) və hz. İsa (ə.s) zamanında olacaq.

bis susleme5

Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol!. ” (Zuxruf surəsi, 61)

 

Hz. İsa (ə.s)-ın gəlişi və hz. Mehdi (ə.s)-ın çıxışı qiyamət əlamətidir. Hz. İsa (ə.s)-ın gəlişinin qiyamət əlaməti olduğu ayədə açıq şəkildə ifadə edilir.

bis susleme5

“Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə İsa onların əleyhinə şahid olacaqdır ” (Nisa surəsi, 159)

 

Hz. İsa (ə.s.) gəldikdə kitab əhlindən hər kəs ona iman edəcək və ona iman etmiş olaraq öləcək. Bu səbəbdən bu vəziyyət İslamın dünya hakimiyyətinə işarə edir. Müsəlmanlar onsuz da hz. İsa (ə.s)-a peyğəmbər olaraq iman edir və sevirlər.