İçeriğe geç

Muminun surəsi, 12 (İnsanlar hər gün yenidən yaradılır)

Adnan Oktarın 26 aprel 2011 A9 tv və Qaziantep Olay tv-dəki canlı söhbətindən

 

ADNAN OKTAR: “And olsun, Biz insanı, süzmə bir palçıqdan yaratdıq.” Normal bildiyiniz farfor kimi;  bu farfor qab, bu çay stəkanı kimi, bunun kimi normal farfordan edilmişdir insan. İndi bu insanlara qəribə gəlir; heykəl, farfor heykəl var çöldə, o heykələ birdən-birə Allahın ona ol deməsi ilə insan halında yeriməyə başlamışdır, o hadisə budur, başqa qarışıq bir şey yoxdur. Məsələn,siz bayaq burada yox idiniz, birdən Allah yaratdı. Amma orada sən farfordan bir heykəl olaraq da dayana bilərdin, o heykəl birdən getmiş olur, hadisə budur, o qədər, yəni yaradılış bu şəkildədir. Elə təkamül, inqilab filan yoxdur. Bunu da nə üçün edir Allah? Xoşumuza gəlsin deyə. Allahın farfora ehtiyacımı var? Yəni bu farfor olmadığında insan yaradılar mənasını vermir ki, sırf təəccüblü olması üçün yaradılır, hadisə budur. Allah birbaşa yoxdan yaradır. Allahın farfora heç bir şəkildə ehtiyacı yoxdur. Amma farfordan bir heykəlin hərəkət etməsi təəccüblüdür və çox heyrət vericidir, deyilmi? Yəni şok bir hadisədir, insanın nəfəsi kəsilər. Düşünün, farfordan dayanan bir şeyin birdən-birə salam əleykum mən gəldim desə, insanın ürəyi qopar, deyilmi? Xoşuna gəlsin deyə edir Allah. Yoxsa eyni şeyi onsuz da Allah hər gün yaradır, insanların xəbəri yoxdur. İnsanlar hər gün yaradılır. “Hər an, o hər an bir işdədir” deyir Allah, hər an yaradılır insan. Məsələn, qardaşımız qapını açır gəlir, o anda yaradılır, bir anda insan yaradılır. İnsanlar ona təəccüblənmirlər, öyrəşiblər ona. Halbuki eyni sistemdir, arada 1391583660_qurani_kerim_00001heç bir fərq yoxdur. Məsələn, bayaq sən də yox idin, birdən qarşıma gəldin. Yaradır Allah, hər an yaradar. Farfordan yaratma ilə bu yaratmanın sistemi tamamilə eynidir. Yalnız bunu məqbul görməyimizin səbəbi, buna öyrəşməyimizdir, yəni vərdiş etmişik deyə buna təəccüblənmirik. Farforda, adətdənkənar yəni fövqəladə bir şey olduğu üçün, alışdığımız sistemin xaricində olduğu üçün qəbulda seçicilikdən qaynaqlanan təəccüb olur, çünki heykəl getməz. Birdən gedincə şok olur, xoşlarına gəlsin deyə edir Allah.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz