üç vəzifə

Hz. Mehdi (ə.s)-ın üç vəzifəsini guya 3 ayrı adamın edəcəyi iddiası tamamilə səhvdir

Nurçu qardaşlarımızdan biri Ustadın Axırzamanda zühur edəcək  Hz. Mehdi (ə.s)-ın edəcəyi üç böyük vəzifəsi ilə əlaqədar şərhini son dərəcə təhrif edərək təfsir edir. Ustadın bu ifadələrində Axırzamanda guya üç nəfər hz. Mehdi (ə.s) gələcəyini və Hz. Mehdi (ə.s)-ın dəyanət, siyasət və səltənət aləmində edəcəyi üç böyük vəzifəsini ayrı-ayrı bu kəslərin yerinə yetirəcəklərini söylədiyini iddia edir. Ancaq bu şərhi nurçu qardaşımızın çox böyük bir yanılma içində olduğunu göstərir. Ustad risalələrin heç bir yerində üç vəzifəni ayrı-ayrı edəcək 3 ayrı Mehdi olacağı kimi bir məntiqdən bəhs etməmişdir.

Əksinə Ustad Əmirdağ Lahikasında Axırzamanın böyük Mehdisinin üç böyük vəzifəsi olacağını, bu üç vəzifəni bir yerdə edə bilmə gücündə və iqtidarında olması səbəbiylə də özünə “Axırzamanın böyük Mehdisi” ünvanı deyiləcəyini ifadə etmişdir:

 

MEHDİNİN ÜÇ VƏZİFƏSİ

Nurun əhəmiyyətli və çox xeyirli bir şagirdi (tələbəsi) çoxların adına (başqaları adına) məndən soruşdu ki: “Nurun xalis və əhəmiyyətli bir qisim şagirdləri, bir musirranə (israrla) olaraq Axırzamanda gələn ali-Beytin böyük bir mürşidi səni zənn edirlər və o qədər çəkindiyin halda onlar israr edirlər.

Sən də bu qədər musirranə (israrla) onların fikirlərini qəbul etmirsən, çəkinirsən. Əlbəttə onların əlində bir həqiqət və qatı (qəti) bir hüccət (dəlil)… ardı...