Hz. Mehdi (ə.s)-ın üç vəzifəsini guya 3 ayrı adamın edəcəyi iddiası tamamilə səhvdir
Nurçu qardaşlarımızdan biri Ustadın Axırzamanda zühur edəcək Hz. Mehdi (ə.s)-ın edəcəyi üç böyük vəzifəsi ilə əlaqədar şərhini son dərəcə təhrif edərək təfsir edir. Ustadın bu ifadələrində Axırzamanda guya üç nəfər hz. Mehdi (ə.s) gələcəyini və Hz. Mehdi (ə.s)-ın dəyanət, siyasət və səltənət aləmində edəcəyi üç böyük vəzifəsini ayrı-ayrı bu kəslərin yerinə yetirəcəklərini söylədiyini iddia edir. Ancaq bu şərhi nurçu qardaşımızın çox böyük bir yanılma içində olduğunu göstərir. Ustad risalələrin heç bir yerində üç vəzifəni ayrı-ayrı edəcək 3 ayrı Mehdi olacağı kimi bir məntiqdən bəhs etməmişdir.
Əksinə Ustad Əmirdağ Lahikasında Axırzamanın böyük Mehdisinin üç böyük vəzifəsi olacağını, bu üç vəzifəni bir yerdə edə bilmə gücündə və iqtidarında olması səbəbiylə də özünə “Axırzamanın böyük Mehdisi” ünvanı deyiləcəyini ifadə etmişdir:
MEHDİNİN ÜÇ VƏZİFƏSİ
Nurun əhəmiyyətli və çox xeyirli bir şagirdi (tələbəsi) çoxların adına (başqaları adına) məndən soruşdu ki: “Nurun xalis və əhəmiyyətli bir qisim şagirdləri, bir musirranə (israrla) olaraq Axırzamanda gələn ali-Beytin böyük bir mürşidi səni zənn edirlər və o qədər çəkindiyin halda onlar israr edirlər.
Sən də bu qədər musirranə (israrla) onların fikirlərini qəbul etmirsən, çəkinirsən. Əlbəttə onların əlində bir həqiqət və qatı (qəti) bir hüccət (dəlil) var və sən də bir hikmət və həqiqətə görə onlara razılıq (icazə) etmirsən. Bu isə bir təzaddır, hər halda həllini istəyirik.”
Mən də bu şəxsin təmsil etdiyi çox məsail (məsələlərə) cavab olaraq deyərəm ki: O xas nurçuların əllərində bir həqiqət var. Lakin iki cəhətdə bir təbir və şərh lazımdır.
Birincisi: ÇOX VAXT MƏKTUBLARIMDA İŞARƏ ETDİYİM KİMİ, MEHDİ AL-İ RƏSULUN TƏMSİL ETDİYİ QÜDSİ (müqəddəs) CAMAATININ ŞƏXSİ-MƏNƏVİSİNİN ÜÇ VƏZİFƏSİ VAR. ƏGƏR TEZ QİYAMƏT QOPMAZSA VƏ BƏŞƏR TAMAMİLƏ YOLDAN ÇIXMAZSA, O VƏZİFƏLƏRİ ONUN CƏMİYYƏTİ VƏ SEYİDLƏR CAMAATI EDƏCƏYİNİ RƏHMƏTİ-İ İLAHİYYƏDƏN GÖZLƏYİRİK. VƏ ONUN ÜÇ BÖYÜK VƏZİFƏSİ OLACAQ:
Birincisi: FƏNN VƏ FƏLSƏFƏNİN TƏSƏLLÜTÜYLƏ (təsiriylə) VƏ MADDİYYUN VƏ TABİİYYUN TAUNU BƏŞƏR ÜÇÜN YAYILMASIYLA HƏR ŞEYDƏN ƏVVƏL FƏLSƏFƏNİ VƏ MADDİYYUN (MATERİALİZM, DARVİNİZM VƏ ATEİZM EPİDEMİYASI) FİKRİNİ TAM SUSDURACAQ BİR TƏRZDƏ İMANI QURTARMAQDIR. ƏHLİ-İMAN DƏLALƏTDƏN MÜHAFİZƏ ETMƏK (iman edənləri azğınlıqdan qorumaq) və bu vəzifə həm dünya, həm də hər şeyi buraxmaqla, çox zaman tədqiqatı (tədqiqlər) ilə məşğuliyyəti iktiza etdiyindən (tələb) həzrəti Mehdinin o vəzifəsini şəxsən özü görməyə vaxt və hal icazə edə bilməz. Çünki, xilafəti Məhəmmədiyə (s.ə.v) cəhətindəki səltənəti onun ilə məşğuliyyətə vaxt buraxmır.
HƏR HALDA O VƏZİFƏNİ ONDAN ƏVVƏL BİR TAİFƏ BİR CƏHƏTDƏ GÖRƏCƏK. O ŞƏXS O TAİFƏNİN UZUN TƏDQİQATI (tədqiqləri) İLƏ YAZDIQLARI ƏSƏRİ ÖZÜNƏ HAZIR BİR PROQRAM EDƏCƏK, ONUN İLƏ O BİRİNCİ VƏZİFƏNİ TAM ETMİŞ OLACAQ. BU VƏZİFƏNİN İSTİNAD ETDİYİ (söykəndiyi) QÜVVƏT VƏ MƏNƏVİ ORDUSU TƏK İXLAS VƏ SƏDAQƏT VƏ TƏSANÜD SİFƏTLƏRİNƏ TAM SAHİB OLAN BİR QİSİM ŞAGİRDLƏRDİR. NƏ QƏDƏR DƏ AZ OLSALAR, MƏNƏVİ CƏHƏTDƏN BİR ORDU QƏDƏR QÜVVƏTLİ VƏ QİYMƏTLİ SAYILARLAR.
İkinci vəzifəsi: XİLAFƏTİ MƏHƏMMƏDİYƏ (S.Ə.V.) ÜNVANI İLƏ ŞƏAİRİ İSLAMİYYƏNİ (İslama aid dəyərləri) CANLANDIRMAQDIR. ALƏMİ-İSLAMIN (İslam aləminin) VƏHDƏTİNİ (birliyini) NÖQTƏ-İ İSTİNAD EDİB (dayaq nöqtəsi edib), BƏŞƏRİYYƏTİ MADDİ VƏ MƏNƏVİ TƏHLÜKƏLƏRDƏN VƏ QƏZƏBİ İLAHİDƏN (bəladan) QURTARMAQDIR. BU VƏZİFƏNİN NÖQTEYİ-İSTİNADI VƏ XADİMLƏRİ (XİDMƏTÇİLƏRİ), MİLYONLARLA ÜZVLƏRİ (əfradı) OLAN ORDULAR LAZIMDIR.
Üçüncü vəzifəsi: İNQİLABATİ ZAMANIYA (ZAMANA BAĞLI DƏYİŞMƏLƏR) İLƏ ÇOX EHKAMI Qurana (QURANIN HÖKMLƏRİNİN) ZƏDƏLƏNİLMƏSİYLƏ VƏ ŞƏRİƏTİ MƏHƏMMƏDİYYƏ (S.Ə.V)-Ə QANUNLARI BİR DƏRƏCƏ BOŞLUĞA UĞRAMASIYLA O ŞƏXS BÜTÜN ƏHLİ İMANIN MƏNƏVİ KÖMƏKLƏRİYLƏ VƏ BİRLİKİ-İSLAMIN (İSLAM BİRLİYİNİN) MUAVİNƏTİYLƏ (KÖMƏYİLƏ) VƏ BÜTÜN ÜLƏMA VƏ ÖVLİYANIN VƏ XÜSUSİLƏ ALİ-BEYTİN NƏSLİNDƏN HƏR ƏSRDƏ QÜVVƏTLİ VƏ KƏSRƏTLİ (SIXLIQ) OLAN MİLYONLARLA FƏDAKAR SEYİDLƏRİN İLTİHAKLARIYLA (İŞTİRAKLARIYLA) O VƏZİFEYİ-MÜTƏXƏSSİS (ÇOX BÖYÜK VƏZİFƏ ) ETMƏYƏ ÇALIŞIR.
İndi həqiqəti-hal belə olduğu halda, ən birinci vəzifəsi və ən yüksək peşəsi olan imanı qurtarmaq və imanı, təhqiqi (doğruluğunu isbat edərək) bir surətdə ümumiyə dərs vermək, hətta avamın da imanını təhqiqi etmək vəzifəsi isə mənəvi cəhətdən və həqiqətən hidayətedici, irşadedici (doğru yolu göstərən) mənasının tam mənasını ifadə etdiyi üçün Nur şagirdləri bu vəzifəni hamısıyla Risalə-i Nurda gördüklərindən ikinci və üçüncü vəzifələr buna nisbətən ikinci və üçüncü dərəcədədir, deyə Risalə-i Nurun şəxsi mənəvisini haqlı olaraq bir cür Mehdi dərk (qəbul) edirlər.
O ŞƏXSİ-MƏNƏVİNİN DƏ BİR MÜMƏSSİLİ NUR ŞAGİRDLƏRİNİN TƏSANÜDÜNDƏN GƏLƏN BİR ŞƏXSİ-MƏNƏVİSİ VƏ O ŞƏXSİ MƏNƏVİNİN BİR NÖV MÜMƏSSİLİ OLAN BİÇARƏ (YAZIQ) TƏRCÜMANINI ZƏNN ETDİKLƏRİNDƏN BƏZƏN O ADI ONA DA VERİRLƏR. HƏRÇƏND, BU BİR İLTİBAS (QARIŞDIRMA) VƏ BİR SƏHVDİR, lakin onlar onda məsul deyildirlər. Çünki, çox hüsnü-zənn çoxdan bəri cərəyan edir və etiraz edilməz. Mən də o qardaşlarımın çox-çox hüsnü-zənnlərini bir növ dua və bir xahiş və Nur tələbələrinin kamalı etiqadlarının bir tərəşşuhu (axıntı) gördüyümdən onlara çox dəyib dolaşmazdım. Hətta köhnə övliyanın bir qismi, kəraməti-qeybiyələrindən Risalə-i Nuru eyni o Axırzamanın hidayətedicisi olduğu deyə kəşfləri bu təhqiqat ilə şərhi aydın olar. Demək, iki nöqtədə bir yanlışlıq var, şərh lazımdır.
Birincisi: AXIRDAKI İKİ VƏZİFƏ, HƏRÇƏND, HƏQİQƏT NÖQTƏSİNDƏ BİRİNCİ VƏZİFƏ DƏRƏCƏSİNDƏ DEYİL, lakin xilafəti Məhəmmədiyə (s.ə.v) və ittihadı-İslam ordularıyla zəmin üzündə səltənəti İslamiyyəni sürmək cəhətində hər kəsdə, xüsusilə avamda, xüsusilə əhli siyasətdə, xüsusilə bu əsrin əfkarında o birinci vəzifədən min dərəcə geniş görünür və bu ad bir adama verildiyi vaxt bu iki vəzifə xatirə gəlir; siyasət mənasını hiss etdirər; bəlkə də bir lovğalıq mənasını xatirə gətirər; bəlkə bir şan, şərəf və mövqepərəstlik və şöhrətpərəstlik arzularını göstərər. Və çoxdan bəri və indi də çox axmaq və mövqepərəst şəxslər “Mehdi olacağam,” deyə iddia edərlər. HƏRÇƏND, HƏR ƏSRDƏ HİDAYƏTEDİCİ BİR NÖV MEHDİ VƏ MÜCƏDDİD GƏLİR VƏ GƏLMİŞDİR, LAKİN HƏR BİRİ ÜÇ VƏZİFƏLƏRDƏN BİRİNİ BİR CƏHƏTDƏ ETMƏSİ ETİBARİLƏ, AXIRZAMAN BÖYÜK MEHDİ ÜNVANINI GÖTÜRMƏMİŞLƏR …
Əmirdağ Lahikası-1, səh. 231-232
Ustadın; Hz. Mehdi (ə.s)-ın üç vəzifəni bir yerdə edəcəyini ifadə etdiyi bu sözü təkrardan şərh edilməyə, ya da təfsir edilməyə gərək buraxdırmayacaq qədər açıq və aşkardır. Həmçinin Ustad bu sözündə Axırzamanın böyük Mehdisinin zühur edəcəyi hicri 1400-cü ildən əvvəl də, bu vəzifələrdən birini bir cəhətdə edən mehdilərin gəldiyini də ifadə edir. Ancaq onlara; “bir cür hz. Mehdi (ə.s.) və mücəddid” şəklində xitab edir. Əgər bəzi Nur tələbələrinin iddia etdikləri kimi Axırzamanın böyük Mehdisi üç vəzifəni bir yerdə deyil, yalnız tək bir sahədə edəcək olsaydı, Ustad digər mücəddidlərə xitab etdiyi kimi hz. Mehdi (ə.s)-a da “bir növ Mehdi” sifətini verər və özündən Risalə boyunca bu şəkildə bəhs edərdi. Halbuki, hz. Mehdi (ə.s.) üçün Ustad; “Axırzamanın böyük Mehdisi” ifadəsini istifadə etməkdə və belə xitab etməsinin səbəbi olaraq da onun üç vəzifəni bir yerdə edəcək olmasını göstərir:
Həmçinin, Ustadın hz. Mehdi (ə.s)-dan bəhs etdiyi digər ifadələrində onun fərqliliyini ifadə etmək üçün “O böyük şəxs” “Baş komandir”, Mehdi Ali-Rəsul, “ƏN BÖYÜK BİR MÜCTƏHİD, HƏM ƏN BÖYÜK BİR MÜCƏDDİD, HƏM HAKİM, HƏM MEHDİ, HƏM MÜRŞİD, HƏM QÜTBÜ-ƏZƏM, “AXIRZAMANDA GƏLƏCƏK BİR MÜCƏDDİDİ-ƏKBƏR “, “ƏCAİB ŞƏXS”, “HƏQİQİ GÖZLƏNİLƏN VƏ BİR ƏSR SONRA GƏLƏCƏK O ŞƏXS”, “1400 İL SONRA GƏLƏCƏK BİR HƏQİQƏT” kimi xitablar istifadə etməsi də hz. Mehdi (ə.s)-ı əvvəlki əsrlərdə gəlmiş ancaq tək bir cəhətdə vəzifə etmiş digər mübarək insanlardan mövqe olaraq ayırdığını göstərən digər dəlillərdəndir.