təbliğ

ADNAN OKTARIN KAHRAMANMARAŞ AKSU TV VƏ QAZİANTƏP OLAY TV-dəki CANLI REPORTAJI (30 OKTYABR 2010)

 

Taha surəsi, 24. Allah hz. Musa (ə.s)-a deyir ki ; “Firona get, çünki o azmışdır.” Mənə deyirlər ki; “Niyə masonlara təbliğ edirsən?” Allah, “Firona get” deyir. Masonlar Firondan daha aşağıdır və yaxud daha yuxarıdırmı? Ona deyildiyinə görə, hər kəsə təbliğ edilə biləcək deməkdir. “Dedi ki: “Rəbbim, mənim sinəmi aç.”” İlk istədiyi odur; həyəcanlı, ürəyində tez-tez döyüntü olur, təzyiqi də qalxır, narahat olur, onun üçün; “sinəmi aç” deyir.

“Mənim işimi asanlaşdır. Dilimdən düyünü aç.” Həyəcandan danışa bilmir, dili dolaşır. “Ki söyləyəcəklərimi qavrasınlar.” “Ailəmdən mənə bir köməkçi ver, qardaşım Harunu.” Harun yəhudilərdə də əhəmiyyətli bir addır. Harun masonluqda da çox əhəmiyyətlidir. “Qardaşım Harunu. Onunla arxamı qüvvətləndir. Onu işimdə ortaq et, beləcə Səni çox təsbeh edək və Səni çox zikr edək. Şübhəsiz, Sən bizi görürsən.” (Allah) Dedi ki: “Ey Musa istədiyin sənə verilmişdir. And olsun, Biz sənə bir daha lütf etmişdik” Allah deyir. “Anana vəhy olunan şeyi vəhy etmişdik, (belə ki:)” Allah hz. Musa (ə.s) üçün söyləyir, “Onu sandığın içinə qoy.” Bax, burada sandıq keçir.

 Sonradan qızıl örtülüb, müqəddəs sandıq halına gəlir, inşaAllah. Bunu tapacağıq, inşaAllah. Bax, “onu sandığın içinə qoy.” Orada da sandıq, burada da… ardı...

 

Hörmətli Adnan Oktarın 1 avqust 2013-cü ildəki söhbətindən Quranda inkarçılara edilən təbliğdə göstərilməli olan üslub ilə bağlı ayələrin təfsirinə aid izahları.

(Mutəffifin surəsi, 12 və Muddəssir surəsi, 51)

ADNAN OKTAR: Məsələn, Mutəffifin surəsi, 12-ci ayədə belə buyrulur: “Amma bunu, azğın günahkardan başqa, heç kəs yalan hesab etməz.” Məsələn, bir adam birini öldürür, asır, kəsir, inkar edir. Allah bu ayə ilə buna, azğınlığa işarə edir. Azğınsansa azğınsan, bəs niyə inkar edirsən? Adam öldürən, ev yıxan, ortalığı qarışdıran, azğındır. Azğına, azğın deyir Allah. Bunda heyrətlənəcək nə var ki? Günahkardan başqa heç kim yalan hesab etməz” deyir Allah. Yəni, Allah, insanlar  inkar etdikdə günaha batacaqlarını bildirir. İnkarın günah olması dinin əsaslarındandır. Mömin, onsuz da günahdan uzaq durmalıdır və bunda heyrətlənəcək bir şey yoxdur.

Müddəssir surəsi, 51-ci ayədə Allah belə buyurur:(O eşşəklər ki) aslandan hürküb qaçarlar!.” Burada fikir azadlığına qarşı çıxan insanları izah edir Quran. Məsələn, “Yaradılış atlası” kitabını aparırıq, yandırırlar. Kitab veririk, parçalayırlar, qaçırlar, dinləmək istəmirlər. Hitlerin etdiyi kimi kitabları bir yerə yığıb, yandırırlar. Məsələn, gözəl bir şey görəndə, gözəl bir söhbət görəndə, nifrət edib qaçar. Müsəlman isə hər şeyi dinləyər. Mən, məsələn kommunizmi də dinləyirəm, faşizmi də dinləyirəm, izah edəndə dinləyirəm.… ardı...

 

 

HZ. MEHDİ (Ə.S.) İNSANLARA ÖZ EVİNDƏN TƏBLİĞ EDƏCƏK

İmam Baqir (ə.s) belə buyurmuşdur: “Qaimimiz (Hz. Mehdi (ə.s)) qiyam edincə … ONLARLA  DANIŞMAQ  İSTƏYƏNDƏ EŞİDƏRLƏR VƏ ÖZ MƏKANINDA OLDUĞU HALDA ONU GÖRƏRLƏR”. (Yevm’ul-Halas, s. 269)

73

Hz. Mehdi (ə.s) Axırzamanda zühur edərkən insanlara Allahın varlığını, birliyini danışacaq, Quran əxlaqını və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini yenidən canlandıracaq. Peyğəmbərimiz (s.ə.v.) hədisi-şərifində hz. Mehdi (ə.s)-ın təbliğini, şəxsən öz evindən edəcəyi və yayım vasitəsilə bütün insanlara eşitdirəcəyi aydın olur.

 

PEYĞƏMBƏRİMİZ (SƏV)-İN TƏBLİĞİ

Hz. Məhəmməd (s.ə.v) Allahın “… Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də, yalnız Onadır”.  (Şura Surəsi, 15) ayəsi ilə də, bildirdiyi kimi insanları xəbərdar etməklə vəzifələndirilmiş son Peyğəmbərdir. Peyğəmbərimiz (s.ə.v) bütün digər elçilər kimi insanları doğru yola, Allaha iman etməyə, axirət üçün yaşamağa və gözəl əxlaqa çağırmışdır. Bu dəvəti zamanı, istifadə etdiyi üsullar, mövzuları izah etmək şəkli, üslubu hər müsəlmana nümunə olmaq idi. Hər müsəlman insanları dinə dəvət edərkən Peyğəmbərimiz (s.ə.v) kimi danışmalı və davranmalıdır.

Quranda Peyğəmbərimiz (s.ə.v)-ə özünün insanları xəbərdar etməklə vəzifəli olduğunu ifadə etməsi belə əmr edilmişdir:

De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, (insanları) Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”. (Yusuf Surəsi, 108)

Peyğəmbərimiz (s.ə.v) insanları xəbərdar etmək üçün əlindən gələni artıqlaması ilə etmiş, insanları xəbərdar etmək üçün səy göstərmişdir. Bir ayədə belə bildirilir:

De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə, onunla sizi və ona (gələcəkdə) yetişəcək olan hər kəsi xəbərdar edib, qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrıların olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O,… ardı...