Hörmətli Adnan Oktarın 1 avqust 2013-cü ildəki söhbətindən Quranda inkarçılara edilən təbliğdə göstərilməli olan üslub ilə bağlı ayələrin təfsirinə aid izahları.
(Mutəffifin surəsi, 12 və Muddəssir surəsi, 51)
ADNAN OKTAR: Məsələn, Mutəffifin surəsi, 12-ci ayədə belə buyrulur: “Amma bunu, azğın günahkardan başqa, heç kəs yalan hesab etməz.” Məsələn, bir adam birini öldürür, asır, kəsir, inkar edir. Allah bu ayə ilə buna, azğınlığa işarə edir. Azğınsansa azğınsan, bəs niyə inkar edirsən? Adam öldürən, ev yıxan, ortalığı qarışdıran, azğındır. Azğına, azğın deyir Allah. Bunda heyrətlənəcək nə var ki? “Günahkardan başqa heç kim yalan hesab etməz” deyir Allah. Yəni, Allah, insanlar inkar etdikdə günaha batacaqlarını bildirir. İnkarın günah olması dinin əsaslarındandır. Mömin, onsuz da günahdan uzaq durmalıdır və bunda heyrətlənəcək bir şey yoxdur.
Müddəssir surəsi, 51-ci ayədə Allah belə buyurur: “(O eşşəklər ki) aslandan hürküb qaçarlar!.” Burada fikir azadlığına qarşı çıxan insanları izah edir Quran. Məsələn, “Yaradılış atlası” kitabını aparırıq, yandırırlar. Kitab veririk, parçalayırlar, qaçırlar, dinləmək istəmirlər. Hitlerin etdiyi kimi kitabları bir yerə yığıb, yandırırlar. Məsələn, gözəl bir şey görəndə, gözəl bir söhbət görəndə, nifrət edib qaçar. Müsəlman isə hər şeyi dinləyər. Mən, məsələn kommunizmi də dinləyirəm, faşizmi də dinləyirəm, izah edəndə dinləyirəm. Bütpərəslər bir şeyi izah edəndə dinləyirəm, qaçmıram.
Allah, qaçmaqla, çöl eşşəyi yəni vəhşi, heyvani bir vəhşilik göstərdiklərini bildirir. Məsələn, çöl eşşəyi necə insana baxar, insana qarşı bir sevgisi olmaz, onlar da eşşək kimidirlər. Heyvan uzaqdan baxar, insanı görməyi ona kifayət edər, dərhal qaçar. Araşdırmaz, görəsən faydasımı var, zərərimi var deyə maraqlanmaz. Hər halda zərər verəcəyini zənn edər, yəni mütləq zərərinə olacağını fikirləşər və qaçar. Quran bu cür, insanlarla maraqlanmayan vəhşiləri vurğulayır. Yalnız sənə izah etmir ki, sən özünə aid edirsən, səhv edirsən. Quran, burada bunu sənə demir. Allah bunu dində həddini aşan və xurafatçılara deyir. Əgər sən açıq fikirlisənsə niyə çəkinirsən bu hökmdən? Amma sən qaçmırsan çünki, dinləyirsən.
Allah qaçan çöl eşşəklərindən bəhs edir. Həqiqətən də, Allah buradakı ayədə gözəllikdən və düzgünlükdən qaçanları nəzərdə tutur. Sən bu cür insanlardan narahat olarsan? Sən də narahat olarsan. Əgər həqiqətdən, gözəl olan bir şeydən qaçmırsansa rahat olmalısan. Deməli sənə xitab edilmir. Bu, bir xurafatçıya, dində həddini aşanlara aiddir. Məsələn, başıaçıq qadın görəndə qaçar. Musiqi eşidəndə, Qurandan bəhs edəndə, Quranın kafiliyindən danışanda qaçar və yaxud öz camaatından olmayan bir müsəlman görəndə uzaqlaşar.
Ürkmüş çöl eşşəyi kimi qaçar. Bunu kommunist də etsə, ateist də etsə, eyni hökmdə olar. Bizim necə ateistdən, kommunistdən qaçmağımız çirkindirsə o da o cür çirkindir. Biz onlarla gedib danışarıq, yoldaş olarıq. Məsələn, indi yenə də roker gənclər gəldilər. Bəzisi ateistdirlər, bəzisi başqa fikirdə olanlardır, kommunist olanları da var. Hamısına mən hörmət edirəm, sevgi duyuram, şəfqət duyuram. Niyə qaçmalıyam? Mənim vəzifəm onsuz da onlarla əlaqə yaratmaq, danışmaq, söhbət etməkdir. Belə etməsək bəs din necə yayılacaq?