rəhbər
Quranı Rəhbər Etmək…
Din əxlaqından uzaq yaşayan mühitlərdə fərqli bir din anlayışı hakimdir. Belə bir mühitdə yaşayıb böyüyən insanlar dini sadəcə eşitmə, səhv məlumatlarla öyrənirlər. Allahı və Allahın əmr etdiyi gözəl əxlaqı tanımazlar. Bu səbəblə də, hər kəsin din adına fərqli fikirləri, qaydaları və bir-birilə uyğun olmayan səhvləri olur. Əslində həqiqi dinin öyrənilə biləcəyi qaynaq, Quran və Peyğəmbər Əfəndimiz (s.ə.v.) -in sünnətidir. Quran, bütün kainatı yoxdan var edən, hər şeyin ən doğrusunu bilən Allahın sözüdür.
Quran hər kəsin başa düşə biləcəyi bir üsluba və bərabəri olmayan bir hikmətə sahibdir. Ancaq buna baxmayaraq, Allaha və dinə qarşı səmimiyyətsiz, hətta düşmənçilik bəsləyən bəzi insanlar öz yanlış məntiq düşüncələri ilə əlaqədar olaraq ayələri dəyişdirirlər. Kimiləri də dini qəsdən çətin göstərmək üçün bir çox batil inanc, xurafat yaradırlar. Quranı bilən və Peyğəmbər Əfəndimiz (s.ə.v.) -in həyatını tanıyan iman sahibi insanlar isə, bunların bir xurafat olduğunu başa düşər və etibar etməzlər. Ancaq Allahı və Quranı tanımayanlar, cahillikləri səbəbilə bu xurafatların təsirində qalır, təməli Qurana söykənməyən bu batil dini həqiqi din zənn edib təsirinə düşərlər. Quranı və hədisləri oxumadıqları üçün də, Allahın seçib bəyəndiyi dinin gözəlliklərini görməzlər.
… ardı...
Quran asan olana çatdıran bir rəhbərdir
Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik. (Taha surəsi, 2-3)
Allah tarix boyunca bütün insanlığa doğrunu tapmaları, dəqiq olan məlumata çata bilmələri və din haqqında məlumat əldə edə bilmələri üçün müqəddəs kitablar, bu kitabları insanlara çatdıran və açıqlayan peyğəmbərlər göndərmişdir. Allahın insanlara yol göstərici olaraq endirdiyi son kitab isə Qurandır. Bir ayədə Quranın yol göstərici xüsusiyyəti belə bildirilir:
“Daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir (Ali İmran surəsi, 4)
Allahın Qurandan əvvəl endirdiyi kitablar müşriklər və dinə düşmən olan insanlar tərəfindən təhrif edilmişdir. Bu kitablara bir çox xurafat və batil inanc əlavə olunaraq mənalarından uzaqlaşdırılmışdır. Ancaq Allah son müqəddəs kitab olan Quranın təhrif olunmasının mümkün olmadığına dair ayələrdə qəti bir hökm vermiş və qiyamət gününə qədər qorunacağını bildirmişdir:
Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (Hicr surəsi, 9)
Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir. (Fussilət surəsi, 42)
Quranın qiyamətə… ardı...