Quranı Rəhbər Etmək…
Din əxlaqından uzaq yaşayan mühitlərdə fərqli bir din anlayışı hakimdir. Belə bir mühitdə yaşayıb böyüyən insanlar dini sadəcə eşitmə, səhv məlumatlarla öyrənirlər. Allahı və Allahın əmr etdiyi gözəl əxlaqı tanımazlar. Bu səbəblə də, hər kəsin din adına fərqli fikirləri, qaydaları və bir-birilə uyğun olmayan səhvləri olur. Əslində həqiqi dinin öyrənilə biləcəyi qaynaq, Quran və Peyğəmbər Əfəndimiz (s.ə.v.) -in sünnətidir. Quran, bütün kainatı yoxdan var edən, hər şeyin ən doğrusunu bilən Allahın sözüdür.
Quran hər kəsin başa düşə biləcəyi bir üsluba və bərabəri olmayan bir hikmətə sahibdir. Ancaq buna baxmayaraq, Allaha və dinə qarşı səmimiyyətsiz, hətta düşmənçilik bəsləyən bəzi insanlar öz yanlış məntiq düşüncələri ilə əlaqədar olaraq ayələri dəyişdirirlər. Kimiləri də dini qəsdən çətin göstərmək üçün bir çox batil inanc, xurafat yaradırlar. Quranı bilən və Peyğəmbər Əfəndimiz (s.ə.v.) -in həyatını tanıyan iman sahibi insanlar isə, bunların bir xurafat olduğunu başa düşər və etibar etməzlər. Ancaq Allahı və Quranı tanımayanlar, cahillikləri səbəbilə bu xurafatların təsirində qalır, təməli Qurana söykənməyən bu batil dini həqiqi din zənn edib təsirinə düşərlər. Quranı və hədisləri oxumadıqları üçün də, Allahın seçib bəyəndiyi dinin gözəlliklərini görməzlər.
Bu xətalı yolu izləyən insanların çoxu, Allahın bütün insanlara bir hidayət rəhbəri olaraq endirdiyi Quranda yazılanlarla maraqlanmazlar. Dinlə əlaqəli maraqlı mövzuları öyrənmək istədiklərində, Quran xaricində bir çox səhv qaynağa baxarlar, Quranı oxumazlar. Bu vəziyyət, Quranda, “Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” – deyəcək” ( Furqan Surəsi -30 ) ayəsində ifadə edilir. Əslində dinin qaynağı olan Quran ayələri və Quranda əmr edilənləri ən gözəl şəkildə yerinə yetirən Peyğəmbər Əfəndimiz (s.ə.v.) -in sünnəsi , yəni sözləri, hərəkətləri yerinə yetirilməlidir. Allah Quranı, insanların oxuyub başa düşmələri, içində yazılanları öyrənmələri, Ona necə qulluq edəcəklərini bilib, çəkinmələri üçün göndərmişdir. Müxtəlif nümunələrlə ayələrini bir- bir açıqlamışdır. Allahın “Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq …” ( Ənam Surəsi -38 ) ayəsi ilə də bildirildiyi kimi Quranda ən hikmətli şəkildə açıqlanmışdır. Allah, “Sizə sizləri xatırladan bir Kitab nazil etdik. Məgər başa düşmürsünüz?” (Ənbiya Surəsi -10) ayəsi ilə də bizlərə bu həqiqəti bildirir.
Bu kitab, Quranın Allahın sözü və insanlara bir hidayət rəhbəri olduğunu, dünya üzərindəki hər insana xitab etdiyini, hökümlərinin endirildiyi zamandan bu yana bütün dövrləri əhatə etdiyini, hər insanın müraciət etməsi lazım olan ən vacib qaynaq olduğunu bildirmək məqsədilə hazırlanmışdır.
İslam dinin doğru bilinməsi və Quran ayələrinin lazımınca qavranılması, insanların doğru yolu tapmaları üçün zəruridir. Bu mövzunun bütün insanlara deyilməsi isə ağıl və vicdan sahibi hər Müsəlmanın ən vacib vəzifələrindən biridir.
Qurani- Kərim haqq kitabdır.
Adnan Oktar : Allah üç din yaradıb: Musəviyyat, İsəviyyat və muhammədiyyat. Muhammədi dini, yəni islam dini haqq dindir. İmtahanın bu da bir şərtidir. İncil, yəni səmimi olaraq deyirəm, baxan kimi təhrif olunduğu başa düşülür. Bir dəfə teslis inancı olması, yəni bir insana Allah deyilməsi çox böyük bir zülmdür. Xristianlara qarşı çox böyük bir zülm və çox böyük oyun oynamış.
Müxbir: Hocam kitablar dəyişdirilib?
Adnan Oktar: Çox dəyişdirmişlər. Yəni, onsuz da inkar etmirlər. “ Doğru” deyirlər inşaAllah. Amma haqq olan hissələr var, təbii ki, onlar pozulmamış olaraq qalmışdır. Qalanları biz onsuz kitab halına gətirmişik. Yəni Quranla uyğun olan hissələri. Quran tam bir həqiqətdir. İndi burada bu qədər uzadılacaq bir tərəfi yoxdur. Bu çox büyük bir nemətdir, Allaha çox şükür. Məsələn, bax axirəti biz bilməyəcəkdik və təfsilatlarını bilməyəcəkdik. Tövrata görə bilməyəcəkdik, İncildə də çox az var axirətin təfsilatları. Çox az. Çox tam izahlar var. Quran son dərəcə düzgündür. Allah Qurnda çox gözəl bildirmiş. Belə ki, Allahın varlığı və Quran çox açıqdır, yəni insanların mübahisəyə girəcəyi kimi deyil.
( Adnan Oktarın 13 Mart 2010 tarixli www.HarunYahya.TV reportajından)