rəftar
Adnan Oktarın 3 fevral 2011-ci il Samsun Aks Tv-dəki söhbətindən
Adnan Oktar: Bismillah, şeytandan Allaha sığınıram, Muminun surəsi; “Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər”. Demək ki, biz yaxşı işlər görməkdə yarışacağıq. Ən yaxşısını etməyə çalışacağıq. Ən vicdanlı, ən gözəl rəftarı etməyə çalışacağıq. Ən mehriban, ən gözəl rəftar Allah tərəfindən bizə ilham edilir. Vicdanımızı əgər təzyiq altında qoymasaq, ən gözəl olanı onsuz da rahatlıqla taparıq. “Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik”. Bu nə qədər böyük bir möcüzədir. Nə tarixdə, nə də indi heç bir insan dünya həyatında dözə bilməyəcəyi bir şeylə qarşılaşmamışdır. Bir sözlə, insan heç vaxt dözə bilməyəcəyi, güc çatdıra bilməyəcəyi bir şeylə qarşılaşmır.
“Yanımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz”. Bu kitab, qədər kitabıdır. Bizim nə edəcəyimizin, nə iş görəcəyimizin hamısının yazılı olduğu kitab. “Onlara zülm olunmaz”. İnsanların çoxu Allahın insanları haqsızlığa uğratdığını düşünür. Bir çox insan onsuz da buna görə dindən çıxırlar. Allah heç bir şəkildə insanları haqsızlığa uğratmaz. Sadəcə insan dərin düşünmədiyi və ya səthi düşündüyü üçün bu həqiqətləri görə bilmir. “Lakin onların qəlbi bundan xəbərsizdir. Onların bundan başqa gördükləri başqa pis… ardı...
Buxaridə, Müslimdə, Əbu Davudda göstərilən səhih bir hədisdə Axırzamandakı bəzi cahil alimlərin vəziyyəti belə xəbər verilir:
Süveyd ibn Gafelə (r.ə)-dən: AXIRZAMANDA TÖRƏMƏ ÇIXACAQ: BEYİNLƏRİ ÇALIŞMAYACAQ. DANIŞARKƏN ÇOX GÖZƏL DANIŞACAQLAR. QURAN OXUYACAQLAR, LAKİN İMANLARI QIRTLAQLARINDAN AŞAĞIYA KEÇMƏYƏCƏK…. (Buxari, Səhih 3611, 5057, 6930, Müslim, 1066, Əbu Davud 4767, Əhməd min Hənbəl, Müsned 1, 81, 113, 131, 289; Tayalisi, əl-Müsnəd, nr. 1984.)
Peyğəmbərimiz (s.ə.v) bu hədisində Axırzamandakı cahil alimlərin xüsusiyyətlərini belə ifadə etmişdir:
1. Beyinləri çalışmayacaq, yəni ağılları zəyif olacaq,
2. Danışarkən gözəl danışacaqlar, yəni uzun danışacaqlar, saatlarla şərhlər edəcəklər amma izah etdikləri həyatlarında və əxlaqlarında əks olunmayacaq. İzah etdikləriylə yaşadıqları arasında uyğunlaşma olmayacaq. Məsələn, Quran ayələriylə möminlərin fədakarlığını izah edəcəklər amma öz rahatlıqlarına çox düşkün olacaqlar. Allah yolunda xidmət etmənin əhəmiyyətini izah edəcəklər, amma ailələriylə, işləriylə məşğul olduqları üçün elmən mübarizə içinə girməyəcəklər. Peyğəmbərimiz (s.ə.v) “İmanları qırtlaqlarından aşağıya keçməyəcək” deyərkən bu kəslərin səmimi bir rəftar içində olmayacaqlarını xəbər vermişdir.
Peyğəmbərimiz (s.ə.v) Axırzamanda Quranı çox yaxşı bilən, saçları təraş edilmiş, başları sarıqlı bəzi kəslərin ortaya çıxacağını da xəbər vermişdir. Ancaq bu kəslər etdikləri izahlar və şərhləriylə dini müdafiə edir kimi görünsələr də… ardı...
Hz. Mehdi (ə.s)-ın rəftarı həm mənə, həm də İsrail camaatına bənzəyər
299/8. Deyildi ki: “Ya Rəsulullah, o gün insanların imamı kimdir? ” Peyğəmbərimiz (s.ə.v) buyurdu: “İmam Mehdi, mənim nəslimdən, qırx yaşında, üzü bir ulduz kimi parlaq olan kimsədir. Rəftarı mənimlə İsrail camaatına bənzəyər. Ərzdəki xəzinələri çıxarar və şirk diyarlarını fəth edər.”(İman Və Küfr Kitabı / üsulu Kafi (əl-Üsul Min əl-Kafi) / əl-Kuleyni, 1-ci cild.)