qiyamət əlamətləri

(Kayseri TV, 10 Noyabr 2010-cu il)

Şeyxi Əkbər bu haqda belə bir şeir söyləmişdir:

Diqqət yetirin, Vəlilərin sonu şəhiddir. Varlıqlar imamının gözüdür. O, Əli Əhməd nəslindən çıxan Seyid Mehdidir. Nadanlıqları aradan qaldıracaq iti bir qılıncdır! Bütün kədər və zülmətləri ortadan qaldıracaq bir Günəşdir. Lütfkarlıq göstərməkdə çox bərəkətli bir yağış kimidir.

Hz. Mehdi (ə.s) şəhiddir. Çox nümunəvi bir imamdır. Peyğəmbərimiz (s.ə.v)-in nəslindəndir. Elm qalxanıdır, fitnələri ortadan qaldıracaq, çox iti, çox təsirli bir qılıncdır. Bütün kədər və zülmətləri, eyni zamanda insanlarda qəmi, stresi, gərginliyi, ağrıları, bütün psixoloji pozğunluqları ortadan qaldıracaq. Hər cür zülmü, işgəncəni, təhdidləri, insanların əziyyət çəkdiyi hər cür hadisələri aradan qaldıracaq bir Günəşdir. Atatürk nə deyir? “Günəşdir” deyir. Bədiüzzaman nə deyir? O da “Günəşdir” deyir. Rəsulullah (s.ə.v) də hədisində “Günəşdir” deyir. Yağış kimi lütfkarlıq yağdırar.

Artıq vədə yetişmişdir. Keçən üç əsrdən sonra gələn dördüncü əsrdə aşkar olmuşdur. Çünki Peyğəmbərimiz (s.ə.v) üç əsri bir yerdə zikr etmiş, onları dördüncü əsrin izlədiyini demişdir. Necə ki, bir rəvayətdə “Üçü bir-birinin ardınca, biri isə tək başına…” deyilir.

Yəni üç əsr dalbadal, biri də tək, cəmi dörd edir. Min də əlavə etsək hicri 1400 edir. Çünki, İmam Rəbbani, Peyğəmbərimiz (s.ə.v)-in vəfatından min il sonra gələcəyini bildirmişdir. Bunu da nəzərə alıb düşünsək, hicri 1400-cü il çıxır.… ardı...