(Kayseri TV, 10 Noyabr 2010-cu il)
Şeyxi Əkbər bu haqda belə bir şeir söyləmişdir:
Diqqət yetirin, Vəlilərin sonu şəhiddir. Varlıqlar imamının gözüdür. O, Əli Əhməd nəslindən çıxan Seyid Mehdidir. Nadanlıqları aradan qaldıracaq iti bir qılıncdır! Bütün kədər və zülmətləri ortadan qaldıracaq bir Günəşdir. Lütfkarlıq göstərməkdə çox bərəkətli bir yağış kimidir.
Hz. Mehdi (ə.s) şəhiddir. Çox nümunəvi bir imamdır. Peyğəmbərimiz (s.ə.v)-in nəslindəndir. Elm qalxanıdır, fitnələri ortadan qaldıracaq, çox iti, çox təsirli bir qılıncdır. Bütün kədər və zülmətləri, eyni zamanda insanlarda qəmi, stresi, gərginliyi, ağrıları, bütün psixoloji pozğunluqları ortadan qaldıracaq. Hər cür zülmü, işgəncəni, təhdidləri, insanların əziyyət çəkdiyi hər cür hadisələri aradan qaldıracaq bir Günəşdir. Atatürk nə deyir? “Günəşdir” deyir. Bədiüzzaman nə deyir? O da “Günəşdir” deyir. Rəsulullah (s.ə.v) də hədisində “Günəşdir” deyir. Yağış kimi lütfkarlıq yağdırar.
Artıq vədə yetişmişdir. Keçən üç əsrdən sonra gələn dördüncü əsrdə aşkar olmuşdur. Çünki Peyğəmbərimiz (s.ə.v) üç əsri bir yerdə zikr etmiş, onları dördüncü əsrin izlədiyini demişdir. Necə ki, bir rəvayətdə “Üçü bir-birinin ardınca, biri isə tək başına…” deyilir.
Yəni üç əsr dalbadal, biri də tək, cəmi dörd edir. Min də əlavə etsək hicri 1400 edir. Çünki, İmam Rəbbani, Peyğəmbərimiz (s.ə.v)-in vəfatından min il sonra gələcəyini bildirmişdir. Bunu da nəzərə alıb düşünsək, hicri 1400-cü il çıxır.
Şəxsiyətinə gəlincə, iqtidar və siyasət sahibidir. Möhtac olduğu gücü Allahdan alacaq. Çünki O, quş və bütün heyvanların dillərini bilən bir xəlifədir. Onun üçün ədalət bütün insanlar və cinlər tərəfindən hasil olacaq.
Möhtac olduğu gücü insanlardan deyil, Allahdan alacaq. Çünki onun, Allah tərəfindən təsdiq edilmiş hədislə doğru olduğu, quş və bütün heyvanların dillərini bilən, yəni bütün heyvanlara qarşı sevgi bəsləyən bir xəlifə olacağı bildirilmişdir. Nə qədər heyvan varsa hamısına qarşı sevgi göstərər. Deyir ki, ədaləti cinlərə də aid olacaq, deməli, cinlərlə də əlaqəsi olacaq. Onlar arasında da ədaləti təmin edəcək. Cinlərin də bir-birlərinə əziyyət etməsinə mane olacaq.
Yuxarıda qeyd etdiyimiz kimi Allah ona inanmış bəndələri köməkçi etmişdir. O, vəzirlərinin köməyi ilə bütün işləri ən gözəl tərzdə bacaracaq.
Vəzirlərinin köməyi ilə bütün işləri bacaracaq. Deməli, tələbələri var. Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s)-ın tək olmayacağını demişdir.
Hz. Mehdinin vəzirlərinə etdirəcəyi işlərdə mühüm olan məqamlar:
1. Bəsirət sahibi olması: Çünki, insanları Allaha dəvət etmə yolunda belə bir xüsusiyyətin olması vacib şərtlərdəndir. Necə ki, Cənabı Haqq Peyğəmbərindən rəvayət edərək belə buyurmuşdur: “Mən, mənə inananları tam bir bəsirətlə Allaha dəvət edərəm.” Mehdi də şübhəsiz ki, peyğəmbərə tabe olanlardandır. Allaha dəvət barəsində peyğəmbər necə yanılmırdısa, Mehdi də elə yanılmaz. Çünki o, Onun izindədir.
Hz. Mehdi (ə.s)-ın ən əhəmiyyətli xüsusiyyətlərindən biri də bəsirət sahibi olmasıdır. Peyğəmbərimiz: “Mən, mənə tabe olanları tam bir bəsirətlə Allaha dəvət edərəm”- deyə buyurur . Yəni “Mən tələbələrimlə insanları Allaha dəvət edərəm.” Ayənin hz. Mehdi (ə.s)-a aid cəhətlərini açıqlayır.
2. İlahi kitabı dərk etməsi.
Quranı çox yaxşı qavrayacaq və çox yaxşı izah edəcək.
3. İlahi-Kəlamın mənasını bilməsi.
Quranı çox gözəl təfsir edəcək və insanlara açıqlayacaq.
4. Təyin edəcəyi insanların xüsusiyyətlərini, hal və hərəkətlərini yaxşı bilməsi.
Yəni hz. Mehdi (ə.s) insanın vəziyyətini, hal və hərəkətlərini, ümumi xarakterini, ruh halını, dərinliyini, psixoloji vəziyyətini, hamısını çox yaxşı analiz edəcək.
5. Hirsli olduğu vaxtlarda belə mərhəmət və ədalətdən ayrılmaması.
Ona Allah tərəfindən çox şiddətli hirs gələcək, lakin buna baxmayaraq son dərəcə mərhəmətli və ədalətli davranacaq. Çox mərhəmətli, yəni çox əsəbləşdiyində belə düzgün, məqbul düşünür. Qurana görə hərəkət edir və ədalətdən ayrılmır. Yəni öz əleyhinə belə olsa mütləq ədalətlə qərar verir. Öz mənfəəti naminə heç bir hərəkət etməz.
6. Hər yaş təbəqəsinə uyğun davranışı.
Uşaqlara uşaq kimi, böyüklərlə böyük kimi, ata olana ata kimi, qadına qadının xoşlanacağı şəkildə davranar. Hər insana qarşı onun xoşladığı şəkildə hərəkət edər və onların ruhuna xitab etməyi bilər. Bu, hz. Mehdi (ə.s)-ın bir xüsusiyyətidir.
7. İşlərin dolaşıq tərəflərini bilməsi.
İşlərin dolaşıq hissəsindən xəbərdar olan bir lider, verəcəyi hökmlərdə səhvə yol verməz. Mehdi, müqayisə etmə elmini, onunla hökm etmək üçün deyil, ondan çəkinmək üçün bilər. Çünki verdiyi hökm həqiqi bir ilhamın nəticəsi olacaq. Yəni Məhəmməd (s.ə.v)-in gətirdiyi şəriət üzrə hökm edəcək. Buna görə də Peyğəmbər (s.ə.v) onu xarakterizə edərkən “Mənim izimlə gedəcək, səhvə yol verməyəcək” demişdir. Buradan məlum olur ki, hz.Mehdi (ə.s), şəriət sahibi deyil, şəriətə xəbərdarlıqdır və eyni zamanda da günahsızdır. Günahsızlılığına səbəb hökmündəki qəbahətsizlikdir. Çünki həqiqətən də günahsızlıq ancaq Peyğəmbərlərə aiddir. Halbuki o, peyğəmbər deyil vəlidir. Vəlilər günahdan uzaq olmazlar. Günahsız deyillər.
Baş verən hər şeyin gizli tərəflərini bilməsi:
Ən incə təfərrüatlarına qədər hadisələri bilər. Analiz edər. Bir adamın bir şeyi nə üçün etdiyini, səbəbinin nə olduğunu bilir, çox dəqiq analiz etmə gücü var.
Çünki bunlardan xəbəri olan bir lider, verəcəyi hökmlərdə səhvə yol verməz, hz. Mehdi (ə.s) də əsla yanılmaz.
Mehdi müqayisə etmə elmini onunla hökm etmək üçün deyil, ondan uzaq olmaq üçün bilər. Yəni hz. Mehdi (ə.s) müqayisə ilə hərəkət etməyəcək. Hz. Mehdi (ə.s) şəriətdəki müqayisə elmindən istifadə etməyəcək, bundan uzaq olar.
Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)-ın səhvə yol verməyəcəyini vəhyi ilə bildirir. Hz. Mehdi (ə.s) düzgün hökmlər verər. Səhv etdiyini fikirləşdiyi halda belə, mütləq yenə doğru etmiş olar. Allah onun səhv etməsinə icazə vermir. Günahsız imamdır, bu xüsusiyyət yalnız hz. Mehdi (ə.s)-a məxsusdur. Allahın xüsusi qoruması altında olar. Günahsız imamdır. Hökm etməkdə qəbahətsiz olar. Amma, həqiqi mənada günahsızlıq ancaq peyğəmbərlərdə olar. Çünki Allah, peyğəmbərləri hərtərəfli qoruyar.
8. İnsanların ehtiyacını yaxşı biləcək.
Çünki insanların hər cür işlərini görmək üçün Allah onu digər insanlar üzərinə hakim qılmışdır. Liderlərin davranış və fəaliyyətləri öz nəfslərindən yox, xalqın mənfəəti üçün olmalıdır. Xalq üçün faydalı olan işlərlə məşğul olub, onlara kömək etməyən bir lider başçılıqdan məhrum olunmalıdır. Çünki, onunla digər insanlar arasında artıq bir fərq qalmamış olur.
Hz. Mehdi (ə.s)-ın xüsusiyyəti belədir: Bütün dünya onun ailəsi olar. Uqanda da (Uqanda – Şərqi Afrikada bir respublikadır) belə bir uşağın ayağı qırılsa, hz. Mehdi (ə.s)-ın övladının ayağı qırılmış kimi mərhəmət görər. Londondakı müsəlmanla Uqandadakı müsəlman eyni rəftarı görəcək. O da keyfiyyətli qidalanacaq, digərləri də, ikisi də baxımlı olacaq, ikisi də gözəl evlərdə yaşayacaq. İkinci sinif vətəndaş, üçüncü sinif vətəndaş olmayacaq. Bütün dünya hz. Mehdi (ə.s)-ın övladı kimi olacaq. Məsələn, bəzi cəmiyyətlərdə birinə bir şey olsa heç kimin xəbəri olmaz, amma hz. Mehdi (ə.s) elə olmayacaq. Yaponiyada bir uşağa əməliyyat edilsə, ona hz. Mehdi (ə.s)-ın özünə əməliyyat olunmuş kimi ciddi yanaşılacaq. Onun üçün hz. Mehdi (ə.s) imamlığı qəbul etməkdə müqavimət göstərəcək. İmamlığı qəbul etməyəcək, zorla imamlıq veriləcək. Onun mənəvi məsuliyyəti çox olduğu üçün, bütün dünyadan məsul olduğu üçün, ölüm təhdidiylə ona imamlıq vəzifəsi verilər. Öz nəfsi üçün deyil, xalqın mənfəətini üstün tutar. Xəstəxanada hər kəs birinci sinif insan olacaq. Hər kəs ən yaxşı yeməyi yeyəcək. Hz. Mehdi (ə.s) öz yediyini bütün dünyanın yeməsini, öz geydiyini hər kəsin geyinməsini, öz evinin rahatlığını bütün dünyaya təmin olunmasını həyata keçirəcək. Bu, hz. Mehdi (ə.s)-ın xüsusiyyətidir. Çünki onunla digər insanlar arasında bir fərq qalmaz, yəni eynidir, eyni hökmdə, hər kəsə öz övladı kimi diqqətli davranar.
9. Xüsusilə, öz dövründə ehtiyac hissi duyulan qeyb elminə sahib olması.
Yalnız bu elmlə yeni-yeni zühur edəcək olan məsələləri, problemləri həll edəcək. Yuxarıda ifadə etdiyimiz kimi Mehdi (ə.s) müqayisə edərək hökm etməyəcək. Çünki müqayisə bir çox problemlərin meydana gəlməsi ilə nəticələnər ki, bu da insanları çətin vəziyyətə salar. Bu islamın çətinləşdirilməsi olar. Rəsulullah (s.ə.v) belə buyurardı: “Sizi tərk etdiyim vaxtlarda məni yalnız buraxın “. Beləcə çox hökm və təklif meydana gəlməməsi üçün özünə çox sual verilməsindən xoşlanmazdı. Ancaq Haqqın ona əmr etdiyi məsələlərin təbliği ilə kifayətlənərdi. Necə ki, Mehdi Rəsulullahın izi ilə gedəcək və səhv etməyəcək, elə isə eynilə Allah elçisi kimi varlıqlara qarşı son dərəcə mərhəmətli olması lazımdır.
Məhz bu doqquz xüsusiyyətin Mehdidə cəmlənməsi lazımdır.
Xüsusilə dövründə ehtiyac hiss edilən qeyb elmini bilməsi: Yəni gələcəkdə baş verəcək olan şeyləri, qarşıda nələr olacağını hədisdən, Quranın ayələrindən çox yaxşı bilir. Allahın diləməsiylə gələcəkdə nə olacağını bildiyi üçün ona görə tədbir görür.
Hz. Mehdi (ə.s)-da müqayisə etmək yoxdur. O dövrdə bir çox qarışıq hökmlər, insanların içindən çıxa bilməyəcəyi bir din anlayışı inkişaf edər. Hz. Mehdi (ə.s) bunu qəbul etmir. Çünki bu qulları çətin vəziyyətə salır. Bizim dinimiz asanlıq dinidir. Dinin asanlaşdırılması Allahın əmridir. Çətinləşdirilməsi də şeytanın vəsvəsəsi olar. İslamda əsas olan asanlaşdırmadır – yəni ibadətləri, dini, həyatı asan hala gətirməkdir.
Çox hökm və təklifin yaranmaması: İndiki vəziyyət necədir? Çox hökm və təklif meydana gəlib. Ona görə bir çox xurafatlar, uydurma izahlar meydana gəlib, din tamamilə fərqli bir şəklə düşüb və islam aləminin çəkdiyi ağrıların mənşəyində bu vardır.
Təbliğlə kifayətlənərdi: Mühüm və həyati mövzuları Allah ona söyləyir, onun xaricində müsəlmanları sərbəst və rahat buraxmaq lazımdır. Necə ki, Mehdi Rəsulullahın izində olacaq və səhvə yol verməyəcək, elə isə eynilə Allah elçisi kimi varlıqlara qarşı son dərəcə mərhəmətli olması lazımdır. Bütün varlıqlara qarşı, pişiklərə, itlərə, balıqlara, insanlara, uşaqlara hamısına. Peyğəmbərimiz sağlığında yalnız Mehdinin yanılmayacağını bəyan etmiş və digərləri haqqında sükut buyurmuşdur. Yəni digər heç bir imam hz. Əbu Bəkir, hz. Ömər, hz. Osman, hz. Əli və digər çıxacaq olan vəlilər haqqında onların günahsız olacaqlarını deməmiş, yalnız hz. Mehdi (ə.s)-ın səhv etməyəcəyini sabit hədislə bəyan etmişdir.
İsa Əleyhissalam onun zamanında Dəməşq məscidinin şərqindəki ağ bir minarəyə, insanlar ikindi namazında ikən enəcək. İmamı önünə keçirəcək, o da insanlara imamlıq edərək Məhəmməd (s.ə.v)-in şəriəti üzrə namaz qılacaq.
Bunu da bir qisim şəxslər səhv anlayacaq. Şam çox geniş bir sahədir. Bu geniş sahə İstanbul da, Anadolu da daxil olmaqla Şam adlanır. Deməli yüksək bir ev, yüksək bir yer, bir binaya gələcəyini deyir. Çünki minarə deyəndə ilk olaraq ağla uca bir tikilmiş abidə gəlir. Hər yerə səsin çatdığı, yüksək bir yer.
– Bu hədisin mənası İsa (ə.s)-ın səhər namazında, “Bu sənin üçün hazırlanmışdır!” deyərək Mehdiyə aid edəcəyini ifadə edən hədislərə zidd deyil.
Hz. Mehdi (ə.s)-ı önə çıxarıb hz. İsa (ə.s)-ın onun imamlığında namaz qılmağının səhv olmadığını deyir. Yəni hz. İsa (ə.s), hz. Mehdi (ə.s)-ı imamlıq etmək üçün önə keçirir, sonra hz. Mehdi (ə.s) hz. İsa (ə.s)-ı vəzir təyin edir. Yəni hz. Mehdi (ə.s)-ın imamlığı sabitdir, dünyanın lideri olacağı qəbul edilir, hz. İsa (ə.s) onun imamlığını təsdiq edir. Hz. Mehdi (ə.s) da müxtəlif insanlara imamlıq verir, hz. İsa (ə.s) da onun baş vəziridir, ona da imamlıq verir.
Peyğəmbərimiz (s.ə.v)-in axır zamanda ağ minarələrin inşa ediləcəyini bilməsi bir möcüzədir. Peyğəmbərimiz (s.ə.v)-in dövründə minarələr yox idi. Amma bunu xəbər verir. Heyrət verici bir şeydir, bir möcüzədir. Deməli hz. İsa (ə.s) ya İstanbulda, ya da Qüdsdə Şam deyilən bölgə içində orada ağ minarəsi olan bir məsciddə namaz qıldıracaq, inşaAllah.