Nur surəsi 55

Hörmətli Adnan Oktarın 9 aprel 2013-ci il tarixli söhbətindən Nur surəsi ilə əlaqədar şərhlər.

 

ADNAN OKTAR: Müəllimimlə ittifaq halındayıq, problem yoxdur maşaAllah. Nur surəsi 55-ci ayədə belə deyilir: Şeytandan Allaha sığınıram.

Əuzübillahiminəşşeytanirracim, bismillahirrəhmanirrəhim. “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki”, iman gətirib, səmimi  və dürüst olacaqdır. Allah: -“mən vəd edirəm”-deyir. Allah: -“bunu etsəniz, səmimi olub, iman gətirsəniz, sizə vəd edirəm, yəni müjdə verirəm”-deyir. Allah: -“şübhəsiz ki”-deyir, yəni heç şübhə etməyin deyir, “özlərindən əvvəlkiləri”, bəs əvvəlkilər kimdir?. Əvvəlkilər, hz. Süleyman (ə.s) və hz. Zülqərneyn (ə.s)-dır, “özlərindən əvvəlkiləri varislər etdiyi kimi”, yəni dünyadakı varislər “onları da yer üzünün”, yəni Türkiyədə, Misirdə orda və ya burda demir. Bəs Allah nə deyir?. Allah: –“Onları da yer üzününün”, yəni bütün dünyanın, “varisləri edəcək”, yəni dünyanın hökmdarı edəcək, “möminlər üçün onların Özünün bəyəndiyi dinini”, yəni İslam dinini “möhkəmləndirəcək”, yəni “din sabit hala gələcək” və möhkəmlənib, parçalanmayacaqdır-deyir. “Və onların qorxularından sonra”, yəni anarxiya, terror, müharibə, işğallar, iqtisadi böhran, bəlalar, bir sözlə hər cür qəm-qüssədən, “və onların qorxularını sonra arxayınçılıqla əvəz edəcəkdir”, Belə ki, tamamilə təhlükəsizlik olacaqdır. Peyğəmbərimiz (s.ə.v) bir hədisində: -“Üç qadın, beş qadın yanlarında kişi olmadan hər yerə səyahət edə biləcəkdir”-deyir. “Onlar yalnız Mənə ibadət edir”, yəni… ardı...

 

Hörmətli Adnan Oktarın 31 yanvar 2013-cü ildəki söhbətindən Nur surəsi ilə əlaqədar şərhlər.

ADNAN OKTAR: Nur Surəsi 55-“Onları da yer üzündə güc və iqtidar sahibi edəcək.” 2013, çox qəribədir. “Və onları qorxularından sonra təhlükəsizliyə çevirəcək.” 2050, çox əcaib. Nur surəsi 55-ci ayə doludur Allahın hikmətilə. Çox qəribədir belə olması.

munafikmustagniyeti_clip_image001

 

hz. Mehdi (ə.s)-ın vəsiləsiylə İslam əxlaqının dünya hakimiyyətini bildirmişdir

“Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.” 

 (Nur surəsi, 55)

Əli ibn Həsən vasitəsiylə Ayyasi tərəfindən rəvayət edildi: “Onun yanında bu ayə oxundu: Onlar, Allaha and olsun ki, bizim Əhli-beytin sevənlərindəndir. ALLAH BİZDƏN BİR ADAMIN ƏLİYLƏ ONLARA (BUNU) ETDİRƏR. O ŞƏXS İSƏ BU ÜMMƏTİN MEHDİSİDİR.”

(Mecmau’l beyan fi tefsiri’l-Kuran Ebu Ali Eminuddin Fazl, Hasan b. Fazl Tabersi 1986, c:4, sf. 832)

 
58

 

Nur surəsinin 55-ci ayəsində Axırzamana və hz. Mehdi (ə.s)-a işarələr

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)

1.

“Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, …”

 

İfadəsiylə Allah səmimi olaraq iman edən müsəlmanlara hələ çatmamış ancaq mütləq çatacaq olan bir vədini bildirir. Bu vəd İslam əxlaqının dünya hakimiyyətidir. (Doğrusunu Allah bilir.)

 

2.

“…, özlərindən əvvəlkiləri varislər etdiyi kimi…”

Allah insanlıq tarixi boyunca hz. Süleyman (ə.s) və hz. Zülqərneyn (ə.s) vəsiləsiylə din əxlaqını iki dəfə dünya üzərində hakim etmişdir. Allah həm hz. Süleyman (ə.s)-a, həm də hz. Zülqərneyn (ə.s)-a böyük bir güc və iqtidar vermişdir. Quranda hz. Süleyman (ə.s)-ın əmrində cinlər olduğu və onun xidmətində çalışdıqları, ayrıca küləyi və mis mədənini də Allahın Süleyman (ə.s)-ın əmrinə verdiyi bildirilir (Səba surəsi, 12). Allah hz. Süleyman (ə.s)-a müxtəlif başqa elmlər də lütf etmişdir. O, Allahın diləməsiylə şeytanlara da hökm etmiş, quşlarla danışmış, qarışqaların öz aralarındakı danışıqlarını eşidə bilmişdir.… ardı...

 

Nur surəsi, 55-ci ayənin təfsiri

ADNAN OKTAR: Nur surəsinin 55-ci ayədə də Allah;, “İslamı dünyaya hakim edəcəyini” açıqca söyləyir. Bayaqkı ayədə onsuz da gördük. Oxu, Nur surəsinin 55- ci ayəsini.

 

Altuğ Berker: Şeytandan Allaha sığınıram. “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.”

 

ADNAN OKTAR: Buradakı ayədə, bütünündə çox dəqiqliklə Mehdiyyət izah edilir. Çox dəqiq. Qorxuların arxasından təhlükəsizlik olacaq. Qorxular, qorxunu kim meydana gətirir? Dəccaliyyət meydana gətirəcək. Təhlükəsizliyi kim meydana gətirəcək? Mehdi (ə.s) meydana gətirəcək. Dini sabit qılmağı kim edəcək? Mehdi (ə.s) edəcək və bütün dünyaya hakimiyyəti kim edəcək? Mehdi (ə.s) edəcək. Quran nəyi izah edir? Bütün dünyaya İslamın hakimiyyətini izah edir. Bölüm bölüm ayəni de mən izah edim.

 

Altuğ Berker: ” Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə”

 

ADNAN OKTAR: Allah vədinə xilaf dönmür, Allahın vədi var. Bəli.

 

Altuğ Berker: “vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi “

 

ADNAN… ardı...