Nisa surəsi 135-140

Adnan Oktarın 27 yanvar 2011 Samsun Aks tv-dəki söhbətindən

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Nisa surəsi 139; “Onlar, möminləri buraxıb kafirləri dostluq (vəlilər) edirlər. “Qüvvət və qüruru (izzəti)” onların yanındamı axtarırlar? Şübhəsiz, “bütün qüvvət və qürur”, Allahındır.” Bəzi saxtakar din alimlərini görürük, qatı din düşmənlərini, belə alçaq və pislik olduğu hər kəs tərəfindən bilinən, pis adamlarla baxırsan dostluq edirlər. Onlarla iç-içədirlər. Onların himayəsindədirlər. Ayə onlara, bu adamlara diqqət çəkir. “O, sizə Kitabda “Allahın ayələrinin inkar edildiyini” Quran ayələrinin inkar edildiyini, “və onlara lağ edildiyini eşitdiyinizdə, onlar bir başqa sözə keçənə qədər, onlarla oturmayın, yoxsa, siz də onlar kimi olarsınız deyə endirdi.” Adama baxırsan, dinlə, lağ edir.

O biri axmaq da ağızıaçıq, onların dişini ağartmasını seyr edir, lağ etməsini seyr edir və onlara ortaq olur, onlara mühit hazırlayır, onlara lağ etmələri üçün, əylənmələri üçün mövzu verirlər. Baxın, ayədə necə vurğulayır  Allah; “”Onlar möminləri buraxıb kafirlərlə dostluq (vəlilər) edərlər.” Möminə pis sözlər deyir, mürtədliklə ittiham edir, amma qatı  kafirlərlə dostluq edir. “Onları vəli  edərlər” deyir. “Qüvvət və qüruru (izzəti) onların yanındamı axtarırlar?” Adamın ətrafı var, güclü xeyli ətrafa hakim adamdır, ona tərəf olsa, ona yaltaqlansa, təsirli olacağını düşünür. “Şübhəsiz, bütün qüvvət və qürur, Allahındır” deyir Allah. 140; “O, sizə… ardı...