mühakimə

Adnan Oktarın 11 may 2011 A9 Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: 27-ci ayə, Zumər surəsi. “And olsun,” deyir Allah, and içir. “Biz bu Quranda, bəlkə öyüd alıb-düşünərlər deyə, insanlar üçün hər bir nümunədən verdik.” Baxın; “bəlkə öyüd alıb, düşünərlər”. İndi, bir öyüd alıb, bir də düşünəcək. Deməli, Quran beyini çox işlədən bir kitabdır, Quran beyin kitabı, ağıl kitabıdır. Quranı alıb belə dərindən düşünəcəyik. Quran insan zəkasını, insan ağlını da fövqəladə inkişaf etdirən bir kitabdır. Mühakiməni fövqəladə inkişaf etdirər. Çox güclü bir məntiqin inkişafına səbəb olar. Beyini çox sağlam hala gətirər və insanın çox ağıllı olmasını təmin edər. Lakin Quran ayələrini diqqətli, hər ayəsi diqqətlə oxuyub, diqqətlə təfəkkür edib, onun içindəki sirləri tapmağa çalışaraq. O zaman ağıl fövqəladə dərinlik qazanar. İnsanın ruhunda fövqəladə bir inkişaf olar. Zəkasında, anlayış gücündə də fövqəladə bir inkişaf olar. Quran beyin sağlamlığını da çox ciddi şəkildə müsbət inkişaf etdirən ən effektiv kitabdır, inşaAllah.

 

Hz. Mehdi (ə.s) yeni bir mühakimə və qəzavət (hakimlik) sistemi gətirəcək. (El-Gaybet (Numani). Bihar’ül Envar, cild. 52, səh. 349, 354)

 

Hz. Mehdi (ə.s) dürüst və ədalətli mühakimə sistemini təşviq edib, mühakimədə və hakimlik əxlaqında mükəmməlliyi təmin edəcək.

Hz. Mehdi (ə.s)-ın dövründə islam aləmindəki dövlətlərə müsəllət olan bandalaşma nəticəsində mühakiməyə müdaxilələr olacaq; ədalət sistemində pozulma və degenerasiya meydana gələcəkdir. Məhz hz. Mehdi (ə.s) bu dövrdə ortaya çıxacaq və meydana gələn bu degenerasiya ancaq hz. Mehdi (ə.s) vəsiləsiylə düzələcək.


R0004