imtahan

Hörmətli Adnan Oktarın Kaçkar TV-dəki canlı reportajı (1 dekabr 2010)

 

ADNAN OKTAR: “Ki O, yaratdığı hər şeyi ən gözəl yaradan və insanı yaratmağa palçıqdan başlayandır.” (Səcdə surəsi, 7) Allah hər şeyi ən gözəl şəkildə yaradır. Məsələn, insanı əksik, qüsurlu yaradır, o da imtahan üçün ən mükəmməl haldır. Əgər insan əksiksiz, qüsursuz yaradılsaydı, insanların böyük hissəsi azardı. Amma əksik, qüsurlu yaradılmaları onların çəkinmələrinə vəsilə olur. Daha məqbul, daha tutarlı, daha təvazökar, daha məzlum olmalarına vəsilə olur. Başqa cür kim bilər necə olardılar, bir düşünün.

 

 

Hz. Əbu Hureyrə (r.ə) Rəsulullah (s.ə.v)-in belə buyurduğunu  izah edir:

“GÜNƏŞ BATDIĞI YERDƏN ÇIXMADIQCA QİYAMƏT QOPMAZ. QƏRBDƏN ÇIXANDA İNSANLAR GÖRƏR VƏ HAMISI DA İMAN EDƏR. ANCAQ DAHA ƏVVƏL İNANMAMIŞ VƏ YA İMANIN ŞÖVQÜ İLƏ XEYR QAZANA BİLMƏMİŞ OLAN HEÇ KİMƏ BU İMAN FAYDA ETMƏZ.”

(Buxari, Rikak 39, İstiska 27, Zəkat 9; Müslim, İman 248, (157); Əbu Davud, Məlahim 12, (4312) Kutubi- Sitte Tercüme ve Şərhi, Akçağ Yayınları: 14/324.))

 

 

“Günəş qərbdən çıxacaq, insanların hamısı iman edəcəklər, ANCAQ DAHA ƏVVƏL İMAN ETMƏYƏNLƏRİN  İMANLARI ÖZLƏRİNƏ BİR FAYDA VERMƏYƏCƏK.”

(Təcridi Sarih Tərcüməsi, XII 307; Müslim, Fiten, 118)

 

“GÜNƏŞ QƏRBDƏN ÇIXDIĞI VAXT ÜRƏKLƏR, İÇİNDƏ ƏVVƏLDƏN DAŞIDIQLARI ÜZRƏ MÖHÜRLƏNƏR, QORUYUCU MƏLƏKLƏR ARTIQ KƏNARA ÇƏKİLƏR. MƏLƏKLƏRƏ HEÇ BİR ƏMƏL YAZMAMALARI ƏMR EDİLƏR“.  (Kutubi- Sitte Tercüme ve Şerhi, Akçağ Yayınları: 14/324-327)

 

BƏDİÜZZAMAN HƏZRƏTLƏRİ GÜNƏŞİN QƏRBDƏN ÇIXMASI İLƏ BİRLİKDƏ TÖVBƏ QAPISININ DA BAĞLANACAĞINI İZAH EDİR

 

İman və məsuliyyət ixtiyar dairəsində bir imtahan, bir təcrübə, bir müsabiqə (yarışma) olduğuna görə, pərdəli, dərin, tədqiq (araşdırma) və təcrübəyə möhtac olan nəzəri məsələləri əlbəttə açıq şəkildə olmaz və hər kəs istər-istəməz təsdiq edəcək dərəcədə zəruri deyil. Necə ki, Əbu Bəkr kimilər ən uca olanına çıxarlar… ardı...

 

Allahın yaratdığı imtahan çox asandır

Din əxlaqından uzaq yaşayan insanlar həyatları boyunca özləri üçün müxtəlif  hədəflər təyin edirlər. Bu hədəflərin ortaq nöqtəsi  isə, ümumiyyətlə, sadəcə dünya həyatına istiqamətli olmalarıdır. Məsələn, mütəxəssis bir həkim, müvəffəqiyyətli bir mühəndis, yaxşı bir ata, çoxlu pul qazanan bir iş adamı, ya da  dünya səviyyəsində məşhur bir sənətçi olmaq və digərləri, bir çox insanın ən böyük ideallarından sayıla bilər. Bunların xaricində, daha bir çox sahədə insanlar müvəffəqiyyəti, xoşbəxtliyi və rahat bir həyatı əldə edə bilmək üçün çalışır, səy göstərir, bəzən müxtəlif fədakarlıqlar edirlər və öz fikirlərinə görə “bir yerlərə gəlməyə” çalışırlar. Nəticədə, başları bu işlərə qarışır və dünyada olmalarının əsl məqsədini unudur və ya görməməzlikdən gəlirlər.

Halbuki, hər insanın bütün həyatını və bir gün mütləq öləcəyini düşünərək özünə bəzi suallar verməsi vacibdir. “Mən bu dünyaya nə üçün gəlmişəm?”, “Mövcud olmağımın səbəbi nədir?” “(Nümunə olaraq) Bəlkə yaxşı bir memar olub çoxlu sayda bina dizaynı etdim, zəngin oldum, mal-mülk sahibi oldum, bir ad-san qazandım, tanındım, amma bütün bunlar mənə nə qazandırdı? Ölümümdən sonra bunlardan hansının bir mənası olacaq? Dünyada tərk etdiklərimin mənə axirətdə nə kimi bir faydası olacaq? Həyatım yalnız  bu dünya həyatımdan ibarətdirmi? ” Bunlar, hər insanın ölüm gəlib çatmazdan  əvvəl soruşmalı… ardı...