hadisə
ADNAN OKTAR: Tur surəsi, 44, şeytandan Allaha sığınıram; “Əgər göydən bir parçanın düşdüyünü görsələr belə: “Üst-üstə yığılmış bir buluddur” deyərlər”. Baxın o daş da toxundu keçdi. O daş kimi indi yüz minlərlə, milyonlarla daş dünyanın üzərində gəzişir. Amma dünyayla toqquşmur, dəymirlər, gözləyirlər. Allahın əmrini gözləyirlər. Yoxsa o daş kimi daşlar zibil kimi səmadadırlar onsuz da; qaynayır. “Əgər göydən bir parçanın düşdüyünü görsələr belə: “Üst-üstə yığılmış bir buluddur” deyərlər”. “Çox da anlamayacaqlar” deyir Allah, “çox əlaqəsi yox kimi göstərəcəklər” deyir. “Elə isə, sən onları (ən dözülməz əzabla) sarsılacaqları günlərinə”, yəni qiyamətə, “qovuşana qədər tərk et”. 45-ci ayə, nə anlayırsan?
ALTUĞ BERKER: 1545 demişdiniz, hocam, inşaAllah.
ADNAN OKTAR: Baxın, “Elə isə sən onları (ən dözülməz əzabla) sarsılacaqları”, meteoritin dəyməsi hadisəsinə diqqət çəkir Allah, “sarsılacaqları günlərinə qovuşana qədər tərk et. O gün hiylələləri özlərinə hər hansı bir fayda verməyəcək”. Nə elm, nə texnologiya, nə raketləri. “Nə də kömək görəcəklər” deyir Allah. “Heç bir şəkildə xilas ola bilməyəcəklər” deyir Allah. “Şübhəsiz, zülm edənlərə bundan əvvəl də bir əzab vardır; ancaq onların çoxu bilmirlər”. Qiyamətə çox yaxın, dünyada çox böyük bir bəla olacaq. Meteorit yağışı kimi bir hadisə, Allahu aləm. Ona Quran diqqət çəkir. “Şüphəsiz, zülm edənlərə bundan əvvəl də bir əzab vardır; ancaq onların… ardı...
Risalə-i Nurun hüquqi olaraq sərbəst buraxılması da çox mühüm bir dövrə işarə edir
13-cü əsrin böyük mücəddidi Bədiüzzaman Səid Nursi həzrətləri Risalə-i Nurda müəyyən illərə və bu illərdə yaşanacaq hadisələrə xüsusilə diqqət çəkmişdir. 1956-cı ildə reallaşan hadisələrə nəzər saldıqda, Səid Nursinin təxminlərinin nə qədər məqsədə uyğun və mükəmməl olduğunu bir daha da görürük.
Həqiqətən, münafiqlər Odun (cəhənnəmin) ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən.(Nisa surəsi, 145)
“… Əgər şəddə iki nun sayılsa, oxunmayan həmzələr və (ye) də hesab edilsə 1376-cı ili (1956-1957) verir vəbu zülmətli nifaqın (dinsizlik və zülmlü, ikiüzlü münafiq sistemin) sükut mərtəbəsinə (susma, sona çatma dərəcəsinə)… işarə edir.” (Emirdağ Lahikası (1), Mektup no: 15)
Bədiüzzaman Səid Nursi “Əmirdağ Lahiqəsi” adlı əsərində, Nisa surəsinin 145-ci ayəsinin əbcədinin “1956 -cı ilə “ işarə etdiyini ifadə etmişdir. Bədiüzzaman buradakı “bu zülmətli nifaqın sükut mərtəbəsinə” sözləri ilə, 1956-cı ilin, dünya səviyyəsində İslam dünyası və müsəlmanlar üçün böyük bir əhəmiyyət kəsb etdiyini bildirir. Bədiüzzamana görə, bu ilə qədər hökm sürən zülm, dəlalət və nifaq mühiti, 1956-cı ildən sonra bütün dünyada azalmağa başlayacaq və Allahın izni ilə sona çatacaq.
Bədiüzzaman Səid Nursi, “Əmirdağ Lahiqəsi” adlı… ardı...
Hz. Mehdi (ə.s) texnologiyadan faydalanacaq
Hz. Mehdi (ə.s) üçün kainat, ovucunun içi qədər açıq olacaq. (Bihar-ül Envar cild 52, səhifə: 328)
Hədisdə hz. Mehdi (ə.s)-ın Axırzamandakı texnologiyadan faydalanacağına işarə edilir. Axırzamanda kainat haqqında çox geniş məlumat əldə ediləcək. O vaxta qədər bilinməyən bir sıra məsələlər Axırzamandakı inkişafla əlaqədar Allahın diləməsi ilə öyrəniləcək. Hz. Mehdi (ə.s) da istədiyi hər hansı bir məlumatı əldə etmək üçün və ya dünyanın hər hansı bir yerində biriylə ünsiyyət qurmaq üçün ovuc içi kompüter texnologiyasına müraciət edəcək.
Hz. Mehdi (ə.s)-ın çox möhtəşəm bir insan olacağını və zühur edər-etməz dərhal kimliyinin aydın olacağını irəli sürmək Peyğəmbərimiz (s.ə.v)-in hədisləri və Allah (c.c)-in Adətullahı ilə tamamilə ziddiyyət təşkil edən bir iddiadır. İnadla bu iddiada olan şəxslərə görə hz. Mehdi (ə.s)-a guya tank, top, silah hətta atom bombası belə təsir etməyəcək. Həmçinin, hz. Mehdi (ə.s)-ın başının üstündə insanların baxanda görəcəkləri formada bulud üstündə mələklər olacaq və davamlı hz. Mehdi (ə.s)-ı işarə edərək insanlara tanış edəcək.
Halbuki, PEYĞƏMBƏRİMİZ (s.ə.v) HƏDİSLƏRİNDƏ AXIRZAMANIN BÖYÜK MEHDİSİNİN DƏCCALİYYƏT SİSTEMİNİN TƏZYİQLƏRİNƏ, ZÜLM VƏ ƏZİYYƏTLƏRİNƏ MƏRUZ QALACAĞINDAN, HƏBS EDİLƏCƏYİNDƏN , ÖLDÜRÜLMƏ TƏHLÜKƏSİ ALTINDA YAŞAYACAĞINDAN, ƏLLƏRİNDƏN VƏ AYAQLARINDAN ZƏNCİRLƏNƏCƏYİNDƏN, BOYNUNA MİS LÖVHƏ ASILARAQ AĞRI VƏ ÇƏTİNLİK İÇİNDƏ QALACAĞINDAN, TƏCRİD EDİLƏCƏYİNDƏN bəhs edilir.
Hz. Mehdi (ə.s)-ın yanında mələklərin olacağı və bu mələklərin özünə kömək edəcəkləri Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən də açıq şəkildə aydın olur. Mələklər insanlara görünməyəcəklər. Mələklər, hz. Mehdi (ə.s)-a görünmədən kömək edəcəklər, insanların ürəyinə Allahın diləməsiylə, “bu adam hz. Mehdi (ə.s)-dır” deyə ilham edəcəklər. Bəzi kəslərin dediyi kimi göydən mələklər insanlara görünəcək şəkildə “bu hz. Mehdi (ə.s)-dır.
Ona tabe olun” desə, həmçinin, buluddan bir əl çıxsa və hz. Mehdi (ə.s)-ı göstərərək ona beyət edilməsini işarə etsə və milyonlarla insan bu hadisəyə şahid olsa, bütün bu açıq və qəti dəlillərə… ardı...
Hz. Mehdi (ə.s) dövründə reallaşacaq bəzi əhəmiyyətli hadisələr
Ona “nə vaxt çıxacaq?”―deyə soruşdum. O dedi ki: İraqın Anbar elində, Fərat ilə Şiraz və Dəclə sahilində ordular görərkən, Kufənin qübbəsi yıxılarkən, Kufədə bəzi evlər yanarkən, bütün bunları gördüyün zaman Allah diləyini həqiqətən reallaşdıracaq, heç kim Allahın əmrinə mane ola və heç kim Onun hökmünü dəyişdirə bilməz.
(Falahi Ssa’il: 199; və əl-Misbaah: 51 və əl-Baladul Amin: 35)
Hədisdə hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərinə toxunulur. Axırzamanda reallaşan hadisələrdən İraqın işğalında, İraqın Anbar elində Amerikan orduların rəhbərliyi, uzun müddət idarə etməsi bir çox qəzet və televiziyada mövzu olmuşdur. Fərat və Dəclə sahilində PKK terrorunun şiddətlənməsi də yenə bu dövrdə olmuşdur. Hədisdə bəhs edilən “Şiraz” şəhəri isə İranda bir şəhər adı olmaqla yanaşı, Tehranın da köhnə adıdır. Şah Pəhləvinin hakimiyyətdən salındığı dövrdə, İrandakı ən böyük qarşıdurmalar Tehranda baş vermişdir. Hədisdə eyni zamanda İraqın Kufə şəhərində meydana gələn qarşıdurmalara da toxunulmuşdur. Amerikan orduları ilə bölgədəki müqavimət göstərən qruplar arasında yaranan qarşıdurmaların görüntüləri tez-tez mediada gündəmdə olmuşdur. Peyğəmbərimiz Axırzamanda baş verəcək böyük hadisələri 1400 il əvvəl bildirmişdir. Hədisdə hz. Mehdi (ə.s)-ın çıxışına mane olmağa çalışanların olacağına da işarə edilir. Allahın qədərdə yaratdığı hadisələrə mane olmağa heç kimin gücü çatmaz, Allah mütləq əmrini yerinə yetirəcək.