Risalə-i Nurun hüquqi olaraq sərbəst buraxılması da çox mühüm bir dövrə işarə edir
13-cü əsrin böyük mücəddidi Bədiüzzaman Səid Nursi həzrətləri Risalə-i Nurda müəyyən illərə və bu illərdə yaşanacaq hadisələrə xüsusilə diqqət çəkmişdir. 1956-cı ildə reallaşan hadisələrə nəzər saldıqda, Səid Nursinin təxminlərinin nə qədər məqsədə uyğun və mükəmməl olduğunu bir daha da görürük.
Həqiqətən, münafiqlər Odun (cəhənnəmin) ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən.(Nisa surəsi, 145)
“… Əgər şəddə iki nun sayılsa, oxunmayan həmzələr və (ye) də hesab edilsə 1376-cı ili (1956-1957) verir vəbu zülmətli nifaqın (dinsizlik və zülmlü, ikiüzlü münafiq sistemin) sükut mərtəbəsinə (susma, sona çatma dərəcəsinə)… işarə edir.” (Emirdağ Lahikası (1), Mektup no: 15)
Bədiüzzaman Səid Nursi “Əmirdağ Lahiqəsi” adlı əsərində, Nisa surəsinin 145-ci ayəsinin əbcədinin “1956 -cı ilə “ işarə etdiyini ifadə etmişdir. Bədiüzzaman buradakı “bu zülmətli nifaqın sükut mərtəbəsinə” sözləri ilə, 1956-cı ilin, dünya səviyyəsində İslam dünyası və müsəlmanlar üçün böyük bir əhəmiyyət kəsb etdiyini bildirir. Bədiüzzamana görə, bu ilə qədər hökm sürən zülm, dəlalət və nifaq mühiti, 1956-cı ildən sonra bütün dünyada azalmağa başlayacaq və Allahın izni ilə sona çatacaq.
Bədiüzzaman Səid Nursi, “Əmirdağ Lahiqəsi” adlı əsərində, Nisa surəsinin 145-ci ayəsinin əbcədinin “1956 -cı ilə “ işarə etdiyini ifadə etmişdir. Bədiüzzaman buradakı “bu zülmətli nifaqın sükut mərtəbəsinə” sözləri ilə, 1956-cı ilin, dünya səviyyəsində İslam dünyası və müsəlmanlar üçün böyük bir əhəmiyyət daşıdığını bildirir. Bədiüzzamana görə, bu ilə qədər hökm sürən zülm, dəlalət və nifaq mühiti, 1956-cı ildən sonra bütün dünyada azalmağa başlayacaq və Allahın izni ilə sona çatacaq.
Quranda “1956-cı ilin ” ƏBCƏDİNİ verən başqa bir ayə isə, Ali-İmran surəsinin 8-ci ayəsidir
Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz” – deyə əhd almış və: “Razısınızmı və Mənim bu əhdimi qəbul edirsinizmi?” –demişdi. Onlar: “Razıyıq!” –demişdilər. Allah da: “Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam” –demişdir. (Ali-İmran surəsi, 81)
Bu ayədə keçən “… sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə… ” sözlərinin əbcədi “1956 -ci ili “ göstərir. Risalə-i Nura tətbiq olunan qadağanın götürülməsi də bu tarixə uyğun gəlir. 1956-cı il Risalə-i Nur baxımından çox əhəmiyyətli bir il olmuşdur. Bu ilə qədər Risalə-i Nuru saxlamaq, oxumaq, paylamaq qadağan edilmişdir və Risalə-i Nura qarşı min beş yüzə yaxın iddia ərizəsi açılmışdı. 1956-cı ildə isə, Afyonda 8 il davam edən iddia məhkəməsi nəticəsində buna dair verilən böyük hüquq mübarizəsi də sona çatmışdır və risalələrin heç bir cinayət ünsürü daşımayan imani əsərlər olduğunu məhkəmə qərara almışdı. Afyon Məhkəməsi, 1956-cı ildə Din İşləri Üzrə Rəyasət (Rəhbərliyin) Müşavirə heyəti, bütün Risalə-i Nur külliyyatını bir-bir araşdıraraq hər bir Risalə haqqında müsbət, faydalı, Quranın təfsiri olduğuna aid bir hesabat təqdim etmişdir, Nur Risalələrinin bəraətinə, qaytarılmasına qərar vermişdir və beləliklə Risalə-i Nurların nəşrinə icazə verilmişdir.
SƏİD NURSİNİN XÜSUSİLƏ VURĞULADIĞI BU TARİXDƏ TÜRKİYƏDƏ VƏ DÜNYADA DA BÖYÜK HADİSƏLƏR BAŞ VERMİŞDİR, BU DA 1956-cı İLİN VURĞULANMASI CƏHƏTDƏN ÇOX ƏHƏMİYYƏTLİDİR
3 Yanvar 1956-cı il
Sudan müstəqil bir respublika olduğunu elan etdi.
20 Mart 1956-cı il
Tunis, Fransadan (ayrıldı və) müstəqilliyinə qovuşdu.
23 Mart 1956-cı il
Pakistan dünyanın ilk İslam Respublikası oldu.
7 Aprel 1956-cı il
Mərakeş müstəqilliyini elan etdi.
5 Fevral 1956-cı il
Dövlət Meteoroloji İşlərin Ümumi Müdirliyindən bildirildiyinə görə Meriç və Tunca çayları donmuşdur.
13 Fevral 1956-cı il
ANKARADA BAŞ VERƏN YANĞIN ŞİDDƏTLİ LODOS FIRTINASININ TƏSİRİYLƏ yayılmış, hökumət evi, ədliyyə, polis şöbəsi, poçt, hərbi düşərgə və kənd təsərrüfatı bankının binaları tamamilə yanmışdır.
Aprel 1956-cı il
Seyhan çayında su daşqınları, Böyük Menderes, Gediz və Ceyhan hövzələrində isə daşqınlar baş vermişdir.
1956-cı il
ORTA MƏKTƏBLƏRDƏ DİN DƏRSLƏRİ KEÇİRİLMƏYƏ BAŞLAMIŞDIR.