gənc
Hz. Mehdi (ə.s) yetkin yaşlarında da gənc görünəcək
Və onun (HZ. MEHDİ (Ə.S)-IN) ƏLAMƏTLƏRİNDƏN BİRİ DƏ GÜNLƏR VƏ GECƏLƏR KEÇMƏSİ İLƏ YAŞLANMAMASIDIR. (Muntekab-ül Esar, Lütfullah Gülpaygani, səh:285)
Hz. Mehdi (ə.s)-ın yaşı keçən zaman ilə hər kəs kimi irəliləyər. Lakin görünüşündəki gənclik davamlı qalar. Hz. Mehdi (ə.s) davamlı təxminən 40 yaşlarında bir kişi görünüşündə olacaq. Hədisdə, hz. Mehdi (ə.s)-ın ayırdedici xüsusiyyətlərindən biri olaraq gənc görünüşünə diqqət çəkilməsinin səbəbi Axırzamanda insanların erkən yaşlanmalarıdır. Necə ki, Axırzamanı yaşadığımız günlərdə bir çox insanın gənc yaşlarında sürətlə fiziki çöküşü diqqəti çəkir. Bir çox gənc insanın dəriləri erkən qırışır, gözlərinin ətrafında qırışlar sürətlə artır və yaşlılıq əlamətləri sürətlə üzə çıxır. Hz. Mehdi (ə.s)-ın görünüşündəki gəncliyi Allah qoruyacaq, ahıl yaşlarında da 40 yaşlarındakı kimi görünəcək.

Hz. Mehdi (ə.s)-ın tələbələri gənclər olacaq
Hz. Mehdi (ə.s)-ın köməkçilərinin çoxu gənclərdən ibarət olacaq. Aralarında az sayda yaşlı olacaq. (Bihar-ül Envar, c. :52, səh. :334)
Tarixdə bir çox peyğəmbərin köməkçiləri gənclər olmuşdur. Allah Yunus surəsinin 83-cü ayəsində bu şəkildə buyurur:
Fironun və əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən (və ya Firon camaatından) yalnız kiçik bir dəstə (nəsil) iman gətirdi. Çünki Firon o yerdə hakim idi. O, (küfr və azğınlıq etməkdə) həddi aşmışdı. (Yunus surəsi, 83)
Hədisdə hz. Mehdi (ə.s)-ın köməkçilərinin gənclərdən ibarət olacağı bildirilir. Axırzamanda iman etməyən kəslərin çox olması və dəccalın fitnəsinin qorxuducu olmasının vəsiləsiylə hz. Mehdi (ə.s)-ın tələbələrinin əksəriyyətini gənclər təşkil edəcək.

Hz. Mehdi (ə.s)-ın tələbələri gənclərdən ibarət olacaq və çox az sayda olacaq
Hüqeym İbn Sad belə deyir: İmam Əmir əl-möminin Əli (ə.s)-ın belə buyurduğunu eşitdim. Qaim (ə.s)-ın səhabələri gəncdir və aralarında yaşlı yoxdur. Ancaq gözdəki sürmə və ya azuqədəki duz qədərdirlər, azuqədəki ən az şey duzdur.
Hz. Mehdi (ə.s)-ın köməkçiləri gənclərdən ibarət olacaq, aralarında yaşlı olmayacaq. Ancaq digər bir çox hədisdə bildirildiyi kimi sayları çox az olacaq. Bilindiyi kimi hədisi-şəriflərdə hz. Mehdi (ə.s)-ın tələbələrinin sayının, təxminən, 314 nəfər olduğu bildirilir.
(İmam Mehdi, Ali İrfan, Velayet Yayıncılık, sf. 96)