fikirlər

Mehdinin bədəni və səsi çox güclü olacaq

Hz. Rza (ə.s) Rayyan ibn Saltın, “Sən sahibül-əmrsənmi?” sualına belə cavab verdi: “Bəli, mən də sahibül-əmrəm (əmr sahibi), amma yer üzünü ədalətlə dolduracaq sahibül-əmr mən deyiləm. Vəd edilmiş qaim (hz. Mehdi) yetkin yaşlarda, amma gənc bir surətdə zühur edəcək. O QƏDƏR GÜCLÜDÜR Kİ; DÜNYANIN ƏN BÖYÜK AĞACINA DA ƏL UZATSA, ONU KÖKÜNDƏN ÇIXARIB ATAR, DAĞLAR ARASINDA FƏRYAD ETSƏ, SƏRT QAYALAR UN KİMİ OVULAR. Musanın əsası və Süleymanın üzüyü ondadır…. Allah dilədiyi zamana qədər onu gözdən uzaq tutar. Daha sonra zühur edər və yer üzünü əvvəldən zülmlə dolduğu kimi ədalətlə doldurar. (Bihar-ul Envar, cild 52, səh. 32; İsbat-ul Hudat, cild 6, səh. 19)

A0071Rəvayətdə hz. Mehdinin fiziki cəhətdən, bir ağacı yerindən sökəcək qədər, səsiylə də qayaları un kimi ovulacaq hala gətirəcək qədər güclü olduğu ifadə edilmişdir. Burada hz. Mehdinin həqiqətən də bir ağacı yerindən sökəcək, ya da yalnız danışaraq dağları, qayaları parçalayacaq şəkildə fövqəlbəşər və metafizik bir gücə sahib olacağının nəzərdə tutulmadığı açıqdır.

Bu cür bir izahata xalq arasında da tez-tez rast gəlinir. İnsanlar fiziki cəhətdən güclü birini tərifləyərkən ümumiyyətlə, “aslan kimi adam”, “daşın suyunu çıxarar” kimi ifadələr istifadə edərlər. Ancaq bunlar həmişə bənzətmə mənası ilə istifadə olunur; yoxsa heç vaxt nəzərdə tutulan… ardı...