Mehdinin bədəni və səsi çox güclü olacaq
Hz. Rza (ə.s) Rayyan ibn Saltın, “Sən sahibül-əmrsənmi?” sualına belə cavab verdi: “Bəli, mən də sahibül-əmrəm (əmr sahibi), amma yer üzünü ədalətlə dolduracaq sahibül-əmr mən deyiləm. Vəd edilmiş qaim (hz. Mehdi) yetkin yaşlarda, amma gənc bir surətdə zühur edəcək. O QƏDƏR GÜCLÜDÜR Kİ; DÜNYANIN ƏN BÖYÜK AĞACINA DA ƏL UZATSA, ONU KÖKÜNDƏN ÇIXARIB ATAR, DAĞLAR ARASINDA FƏRYAD ETSƏ, SƏRT QAYALAR UN KİMİ OVULAR. Musanın əsası və Süleymanın üzüyü ondadır…. Allah dilədiyi zamana qədər onu gözdən uzaq tutar. Daha sonra zühur edər və yer üzünü əvvəldən zülmlə dolduğu kimi ədalətlə doldurar. (Bihar-ul Envar, cild 52, səh. 32; İsbat-ul Hudat, cild 6, səh. 19)
Rəvayətdə hz. Mehdinin fiziki cəhətdən, bir ağacı yerindən sökəcək qədər, səsiylə də qayaları un kimi ovulacaq hala gətirəcək qədər güclü olduğu ifadə edilmişdir. Burada hz. Mehdinin həqiqətən də bir ağacı yerindən sökəcək, ya da yalnız danışaraq dağları, qayaları parçalayacaq şəkildə fövqəlbəşər və metafizik bir gücə sahib olacağının nəzərdə tutulmadığı açıqdır.
Bu cür bir izahata xalq arasında da tez-tez rast gəlinir. İnsanlar fiziki cəhətdən güclü birini tərifləyərkən ümumiyyətlə, “aslan kimi adam”, “daşın suyunu çıxarar” kimi ifadələr istifadə edərlər. Ancaq bunlar həmişə bənzətmə mənası ilə istifadə olunur; yoxsa heç vaxt nəzərdə tutulan o adamın birbaşa “bir aslana bənzəməsi”, ya da “daşı qırıb su çıxarması” mənasında deyil. Təşbehli olaraq adamın gücünü və sağlam olduğunu vurğulamaq üçün edilən bir təşbeh, yəni bənzətməli bir nümunədir.
Peyğəmbərimiz (s.ə.v)-dən və Əhli-beytdən köçürülən, hz. Mehdinin xüsusiyyətlərini müxtəlif nümunə, bənzətmə və müqayisələrlə izah edən çox sayda etibarlı hədis və rəyavət vardır. Bu rəvayət də bunun nümunələrindən biridir. Allah Quranda da elçilərini “bədəncə və elmcə gücləndirdiyini ” bildirmişdir :
.. (O dedi: “Allah sizin üzərinizə onu hökmdar seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah hər şeyi Əhatə edəndir, Biləndir”. (Bəqərə surəsi, 247)
Hz. Mehdidə Allahın bu təcəllisi görüləcək və hz. Mehdi insanların ümumilikdə həm bədən cəhətdən, həm də səsiylə çox güclü olacaq.
Ancaq, rəvayətdəki “səsiylə dağları, qayaları yerindən oynadacağı” bənzətməsi, eyni zamanda, hz. Mehdinin sözlərinin və danışıqlarının çox hikmətli olacağını; dünyanın hər yerində hər kəs üzərində çox güclü bir təsir meydana gətirəcəyini göstərir.
Hz. Mehdi (ə.s) ateist, darvinist, materialist ideologiyaları da fikirlə, kökündən ağac çıxarırcasına çıxarıb atacaq. Yer üzünün ən böyük içi boş kötüyü, içi boş ağacı hazırda darvinizmdir.