cəhd göstərmək

Ənkəbut surəsi, 41, 43-48 (Müsəlmanlar alim olmağa cəhd göstərməlidirlər)

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Ənkəbut surəsi 43. “Məhz bu nümunələr, biz bunları insanlara veririk.” Bu nümunələri veririk. “Ancaq alimlərdən başqası bunları anlaya bilməz.” Deməli, müsəlmanlar alim olmağa cəhd göstərəcəklər, məlumatlı olmağa cəhd göstərəcəklər. Biologiya olsun, tibb olsun, hər mövzuda çox geniş tədqiqat aparacaqlar. Məsələn, bax, Allah nümunə olaraq deyir ki; şeytandan Allaha sığınıram;

Ənkəbut surəsi, 41; “Allahın xaricində başqa vəlilər edənlərin nümunəsi, özünə ev quran hörümçək nümunəsinə bənzəyər. Həqiqət budur ki, evlərin ən dözümsüz olanı hörümçək evidir; bir bilsəydilər. Allah, Öz xaricində hansı şeyə tapındıqlarını şübhəsiz, bilər. O, güclü və üstün olandır, hökm və hikmət sahibidir. Məhz bu nümunələr; Biz bunları insanlara veririk. Ancaq alimlərdən başqası bunları anlaya bilməz.” İndi, hörümçəyin həyatını bilməlidir, hörümçəyin yuvasının quruluşunu bilməlidir, araşdırmalıdır. O zaman bir ümumi mədəniyyətə sahib olmuş olur; dərin bir məlumata, qavrayışa sahib olmuş olur. “Allah göyləri və yeri haqq olaraq yaratdı. Şübhəsiz, bunda iman edənlər üçün bir ayə vardır.” “Göyləri və yeri də araşdırın” deyir Allah.

“Sənə Kitabdan vəhy ediləni oxu,” yəni Quranı oxu və Qurana görə hərəkət et. Quranın xaricində xurafatlara girmə, “və namazı doğru qıl”. Yəni beş vaxt tadil-i ərkanla, sahibi tərtib olaraq, gözəl şəkildə, sünnəyə uyğun namazlarını… ardı...