İçeriğe geç

Ənkəbut surəsi, 41, 43-48 (Müsəlmanlar alim olmağa cəhd göstərməlidirlər)

Ənkəbut surəsi, 41, 43-48 (Müsəlmanlar alim olmağa cəhd göstərməlidirlər)

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Ənkəbut surəsi 43. “Məhz bu nümunələr, biz bunları insanlara veririk.” Bu nümunələri veririk. “Ancaq alimlərdən başqası bunları anlaya bilməz.” Deməli, müsəlmanlar alim olmağa cəhd göstərəcəklər, məlumatlı olmağa cəhd göstərəcəklər. Biologiya olsun, tibb olsun, hər mövzuda çox geniş tədqiqat aparacaqlar. Məsələn, bax, Allah nümunə olaraq deyir ki; şeytandan Allaha sığınıram;

Ənkəbut surəsi, 41; “Allahın xaricində başqa vəlilər edənlərin nümunəsi, özünə ev quran hörümçək nümunəsinə bənzəyər. Həqiqət budur ki, evlərin ən dözümsüz olanı hörümçək evidir; bir bilsəydilər. Allah, Öz xaricində hansı şeyə tapındıqlarını şübhəsiz, bilər. O, güclü və üstün olandır, hökm və hikmət sahibidir. Məhz bu nümunələr; Biz bunları insanlara veririk. Ancaq alimlərdən başqası bunları anlaya bilməz.” İndi, hörümçəyin həyatını bilməlidir, hörümçəyin yuvasının quruluşunu bilməlidir, araşdırmalıdır. O zaman bir ümumi mədəniyyətə sahib olmuş olur; dərin bir məlumata, qavrayışa sahib olmuş olur. “Allah göyləri və yeri haqq olaraq yaratdı. Şübhəsiz, bunda iman edənlər üçün bir ayə vardır.” “Göyləri və yeri də araşdırın” deyir Allah.

“Sənə Kitabdan vəhy ediləni oxu,” yəni Quranı oxu və Qurana görə hərəkət et. Quranın xaricində xurafatlara girmə, “və namazı doğru qıl”. Yəni beş vaxt tadil-i ərkanla, sahibi tərtib olaraq, gözəl şəkildə, sünnəyə uyğun namazlarını qıl. “Həqiqətən namaz, çirkin utanmazlıqlar (fahşa)dan,” yəni qeyri-qanuni hər şeydən, “və pisliklərdən çəkindirər.” Yəni haram olan hər cür, hərəkətdən saxlayar. “Allahı zikr etmək isə şübhəsiz, ən böyükdür (ibadətdir). Allah, etdiklərinizi bilir.” “İçlərində zülm edənləri xaric olmaq üzrə, Kitab əhliylə ən gözəl olan bir tərzin xaricində mübarizə etməyin.” Yəni “xristian və yəhudilərlə ən gözəl bir tərzin xaricində təbliğ etməyin. Çox gözəl və nəzakətli, yaraşan bir üslub istifadə edin.”

qurani-kc999rim-3“Və deyin ki: “Bizə və sizə endirilənə iman etdik;” yəni “Tövrata, İncilə, Qurana iman etdik.” “Bizim İlahımız da, sizin İlahınız da birdir.” Yəni, “sizin Allahınız da bizim Allahımız da eynidir. Tək Allaha inanırıq.” “Və biz Ona təslim olmuşuq.” “Bundan əvvəl sən heç kitab oxuyan deyildin və onu sağ əlinlə də yazmırdın.” Yəni “ümmiydin” deyir Allah. Hz. Mehdi (ə.s) də ümmidir, bilirsiniz. O da ərəbcə oxuyub, yazmağı bilməz. “Belə olsaydı, batilə uyanlar, batildə olanlar şübhəyə qapılardılar.” Yəni bilsəydin, “batilə qapılanlar şübhəyə qapılardılar, amma bilməməyin sənin üçün bir üstünlükdür” deyir  Allah. Yəni “xüsusi bir səbəblə Mən onu yaratdım” deyir. “Ki, sənin vəhyi almanda, Quranı izah etməyində heç bir müdaxilə olmadığını anlamaları üçün.” inşaAllah.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz