Buqələmu

Zoologiya dərs kitabları buqələmunun ballistik (yunanca atmaq deməkdir. Güllə və mərmiləri araşdıran bir elm sahəsidir.) dilinin sürətləndirici bir əzələ ilə gücləndirildiyini qeyd edir. Bu əzələ bürüdüyü-və sərt bir qığırdaqdan meydana gələn-dil sümüyü üzərində gərildikcə uzanar. Ancaq “Proceedings of the Royal Society of London (Series B)” jurnalına qəbul edilən bir çalışmada buqələmunun qidalanma davranışlarını araşdıran iki morfoloq (morfologiya mütəxəssisi), buqələmunun dilinin sürətli hərəkəti ilə əlaqədar daha başqa amillərin olduğunu tapdı. (1)

 

Hollandiyalı iki tədqiqatçı; Leiden Universitetindən Jurriaan de Groot və Wageningen Universitetindən Johan van Leeuwen, buqələmun dilinin ovu tutma əsnasında necə işlədiyini anlaya bilmək üçün saniyədə 500 epizod qeyd edən sürətləndirilmiş x-şüası fotosu çəkdilər. Fotolar buqələmunun dilinin ucunun 50 g –də (g =qravitasiya sabitidir) sürətləndiyini ortaya çıxardı. Bu sürət bir reaktiv təyyarənin çata biləcəyi sürətlənmə həddindən beş qat daha çoxdur.

 

R0233Dil toxumalarını təhlil edən tədqiqatçılar sürətləndirici əzələnin bütün bu işdə lazımlı qüvvəni tək başına əldə edə bilmək gücünə sahib olmadığını hesabladılar. Tədqiqatçılar buqələmun dillərini tədqiq etdilər və sürətləndirici əzələ ilə dil sümüyü arasında bu günə qədər barəsində heç bir məlumat olmayan ən az 10 sürüşkən örtük olduğunu kəşf etdilər. Dil sümüyünə, buqələmunun ağzına ən yaxın uc nöqtədə bağlanmış olan örtüklərin spiral kimi sarılmış zülal liflər ehtiva etdiyi… ardı...