Zoologiya dərs kitabları buqələmunun ballistik (yunanca atmaq deməkdir. Güllə və mərmiləri araşdıran bir elm sahəsidir.) dilinin sürətləndirici bir əzələ ilə gücləndirildiyini qeyd edir. Bu əzələ bürüdüyü-və sərt bir qığırdaqdan meydana gələn-dil sümüyü üzərində gərildikcə uzanar. Ancaq “Proceedings of the Royal Society of London (Series B)” jurnalına qəbul edilən bir çalışmada buqələmunun qidalanma davranışlarını araşdıran iki morfoloq (morfologiya mütəxəssisi), buqələmunun dilinin sürətli hərəkəti ilə əlaqədar daha başqa amillərin olduğunu tapdı.(1) Hollandiyalı iki tədqiqatçı; Leiden Universitetindən Jurriaan de Groot və Wageningen Universitetindən Johan van Leeuwen, buqələmun dilinin ovu tutma əsnasında necə işlədiyini anlaya bilmək üçün saniyədə 500 epizod qeyd edən sürətləndirilmiş x-şüası fotosu çəkdilər. Fotolar buqələmunun dilinin ucunun 50 g –də (g =qravitasiya sabitidir) sürətləndiyini ortaya çıxardı. Bu sürət bir reaktiv təyyarənin çata biləcəyi sürətlənmə həddindən beş qat daha çoxdur.
Bu sapandın son dərəcə heyrətamiz bir xüsusiyyəti daha var. Dilin ucu ova vurma anında bir vakuum (içində heç atom ya da molekul olmayan boşluq) şəklini alır. (İstəsəniz, buqələmunun dilindəki bu xüsusiyyəti ortaya çıxaran araşdırmanın nəticələriniburadanoxuya bilərsiniz.) Bu vaxt dil ağız içindəki normal vəziyyətindən 6 buqələmunun bədəni uzunluğunun 2 mislindən daha çox uzana bilir. Buqələmunun dilində iç-içə keçmiş bu örtüklərin təkamüllə heç bir şəkildə izah oluna bilməyəcəyi ortadadır. Yaradılışı müdafiə edən elm adamı Dr. Brad Harrub bu mövzuyla əlaqədar məqaləsində təkamülçüləri böyük çətinliyə salan bu sualları soruşur: 1) Bu örtüklərin hər biri necə olub ki, doğru mövqeyə görə təkamül keçirib? 2) Dil bu uzunluğa necə çatıb? 3) Sürətləndirici əzələ necə ortaya çıxmışdır? 4) Örtüklər hərəkətlərini dili maksimum uzunluğa çatdıracaq şəkildə necə koordinasiya edə biliblər? 5) Örtüklər “bir teleskopun lüləsinin hissələri kimi bir-birlərindən ayrılma” qabiliyyətinə necə sahib olublar? 6) Buqələmun dilini atdıqdan sonra bütün bu hissələri yenidən yığmağı necə öyrənib bacara bilmişdir? 7) Əgər bu dil təkamül keçirərək qazanılıbsa digər heyvanlarda niyə bu üstünlük təkamülləşməmişdir və niyə başqa heyvanlar buna bənzər ovlanma metodlarına sahib olmamışdır? 8) Buqələmunun (və ya guya təkamül keçirmiş əcdadı) bütün bu kompleks sistemlər yavaş-yavaş guya təkamül keçirərkən necə həyatda qala bilmişdir?(2)
Əlbəttə, buqələmunun belə kompleks bir dizaynı özü ağıl işlədib hazırlaya bilməz. Bu dizayn bizlərə, üstün güc və ağıl sahibi Yaradıcının varlığını göstərir. Heç şübhəsiz, buqələmunu yaradan, hər şeyi bilən, Əziz və Hakim olan Uca Allahdır. Allah bir Quran ayəsində belə bildirir:
|
1. Menno Schilthuizen, “Slip of the Chameleon’s Tongue,” Science Now, 8 Mart 2004, http://sciencenow.sciencemag.org/cgi/content/full/2004/308/1
2. Brad Harrub, “The Chameleon’s Incredible (Tongue) Acceleration!”, http://www.apologeticspress.org/inthenews/2004/itn-04-08.htm