bildirmək

Adnan Oktarın 28 yanvar 2011 Kaçkar Tv-dəki canlı söhbətindən

 

Adnan Oktar: “İndi onlardan soruş: Yaradılış baxımından onlar mı daha çətindir, yoxsa Bizim yaratdıqlarımız mı? Doğrusu Biz onları, yapışqan bir palçıqdan yaratdıq. İndi onlardan soruş,” Allah bizə Quranda  mübahisəmizi söyləyir. Biz də gedib darvinistlərlə, materialistlərlə mübahisə edirik, bax, Allah nə deyir? “Yaradılış baxımından onlar mı daha çətindir, yoxsa Bizim yaratdıqlarımız mı?” Bax, biz dəlilləri ortaya qoyuruq. Bizim dəlillərimiz qətidir. Amma onların dəlilləri yoxdur. Gücsüz, gücü heç yoxdur. Çünki zülal deyirik, “yox deyirlər, təsadüfən olmaz. Möcüzə olar” deyir. Ara fosil (daşlaşmış qalıntı) varmı? “O da yoxdur” deyir.

“Yaxşı, nə var?” deyirik, “yoxluq var” deyir, “təsadüf var” deyir. Olmaz, sən təsadüfü ilahlaşdırmısan.”Özlərinə öyüd verildiyində, öyüd almırlar” deyir. Gecə-gündüz öyüd veririk, izah edirik. Allah “öyüd almırlar” deyir. Haqlı olduğumuzu bildikləri halda, vicdanları qəbul etdikləri halda, ağılla da qəbul etdikləri halda qəbul etmirlər, bu bir möcüzədir. “Bir ayə (möcüzə) gördüklərində də, lağ edib əylənirlər” Allah deyir. Adamlara üç yüz əlli milyon fosil təqdim edirik, öz ağıllarına uyğun çox pis zarafatlarla cavab verirlər. Çox uydurma zarafatlarla. Biz sənə üç yüz əlli milyon dəlil təqdim edirik, sən bir dəlil təqdim edə bilmirsən. Hara əylənirsən sən, deyilmi? Boynunu aç, boynunla əylən. Yaxud qulağının arxasıyla əylənsin.… ardı...

 

Adnan Oktarın 23 aprel 2011 A9 Tv, Aksu Tv və Qaziantep Olay Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Tövbə surəsi çıxdı. Şeytandan Allaha sığınıram, 23-cü ayə. “Ey iman edənlər, əgər imana qarşı inkarı sevib-seçdilərsə”, imanın əleyhdarı olaraq inkar. Quranı inkar etmək, İslamı inkar etmək, materializmi müdafiə etmək, kommunist düşüncəni müdafiə etmək, belə bir vəziyyət varsa. “Atalarınızı və bacı-qardaşlarınızı vəlilər etməyin”, o zaman onları qorumaqla mükkəlləf olmazsınız, deyir Allah, yaxın olmaqla mükəlləf olmazsınız. “Sizdən kim onları vəli etsə, bunlar zülm edən kəslərdir”, Allah bunu zülm olaraq görür. Əgər bağlılıq göstərsə, sədaqət göstərsə, zülm olaraq göstərir. Allah uzaq dayanmaları lazım olduğunu söyləyir.

Tövbə surəsi, 24-cü ayə: “De ki: “Əgər atalarınız, uşaqlarınız”, insanların ən çox güvəndikləri atalarıdır, atalarını iqtisadi qaynaq olaraq da görərlər. “Uşaqlarınız, bacı-qardaşlarınız, yoldaşlarınız (bəyi və ya xanımı) tayfanız (yoldaş kütləsi) qazandığınız mallar, az qazanc gətirəcəyindən qorxduğunuz ticarət və xoşunuza gələn evlər, sizlərə Allahdan, Onun rəsulundan və Onun yolunda cəhd etməkdən” (əmri bil mahruf nəhyi anil münkər)”, yəni Mehdi (ə.s)-ın etdiyi bir fəaliyyət kimi fəaliyyət göstərməkdən, “daha sevimlidirsə”, yəni onları mehdiyyətə seçirsinizsə.

“Artıq Allahın əmri gələnə qədər gözləyin” ölüm gələnə qədər gözləyin deyir, o zaman da necə qarşılıq alacağınızı görəcəksiniz” deyir Allah. “Allah fasiqlər birliyinə… ardı...

 

Mehdilik mövzusunu inkar edənlərin “imanları zəif və eqoistlikləri güclü” kəslərdir

Qiyamət əlamətlərindən və Axırzaman vaqiələrindən (hadisələrindən) və bəzi amalin (əməllərin) fəzilət və savablarından bəhs edən hədisi-şərif yaxşı başa düşülmədiyindən, ağıllarına güvənən bir qisim əhli-elm (elm sahibi),onların bir qisminə zaif (zəif) və ya mövzu (hədis) demişlər. İmanı zəif və eqoistliyi güclü olan bir qisim də (ağlını bəyənən, özünü böyük, qüsursuz və üstün görən; və sanki öz nəfsini bütləşdirən kəslər də (Allahı tənzih edirik)), inkara qədər getmişlər”. (Sözler, səh. 355)

Bədiüzzaman Səid Nursi eqoistliyi güclü, imanı zəif, materialist fikirlərə düşmüş bir qisim cahil din alimlərinin hz. Mehdi (ə.s)-ın gəlməyəcəyi mövzusunda mübarizə edəcəklərini xəbər vermişdir. Bədiüzzaman “eqoistlikləri möhkəm” sözləri ilə bu kəslərin ağlını bəyənən, özünü böyük, qüsursuz və üstün görən; və sanki öz nəfsini bütləşdirən kəslər olduqlarına diqqət çəkmişdir (Allahı tənzih edirik). “İmanı zəif” sözləriylə isə bu dünyagörüşlərinin, bəhsi keçən din alimlərinin Allah inanclarının zəif olmasından, dinə qarşı da şübhəli olmalarından, dini bir peşə, ya da etibar vəsiləsi olaraq görmələrindən qaynaqlandığını ifadə etmişdir.Ancaq bəhs olunan kəslərin hz. Mehdinin gəlməyəcəyi mövzusundakı inancları hz. Mehdi (ə.s)-ın gəliş əlamətlərindən biridir və hz. Mehdi (ə.s)-ın zühurunun çox yaxınlaşdığını göstərən bir hadisədir.

Peyğəmbərimiz (s.ə.v) hədislərində hz. Mehdi (ə.s)-ın zühurundan əvvəl bəzi kəslərin: “Hz. Mehdi gəlməyəcəkmiş, hz. Mehdi yoxmuş”… ardı...

 

“… MƏHZ O ANDA ƏMRİ BİL MARUF VƏ NƏHYİ ANIL MÜNKƏR (yaxşılığın əmr olunması və pisliklərin tərk edilməsi) TƏRK EDİLƏCƏK, ZİNA ÇOXALACAQ, ÇOX QAN TÖKÜLƏCƏK,  ALİMLƏR ZALIM KƏSLƏRLƏ SƏMİMİ OLACAQLAR, DÖVLƏT İDARƏÇİLƏRİNİN QAPILARINA ÇOX GƏLİB GEDƏCƏKLƏR.”

(Esevadü’l Azam Şerhi Selamül Ahkam, Müellif: Hakimis Semerkandi (Ks), Yasin Yayınevi, səh.250))

R0050