az
Hz. Mehdi (ə.s)-ın tələbələrinin sayları az və seçilmiş insanlardan ibarət olacaq
Onun yanına gələnlər istər-istəməz təmizlənəcəklər, ayrılacaqlar və ələnəcəklər. Böyük əksəriyyəti bu seçimdən keçə bilməyəcək. (Gaybet’ül Numani, Bölüm 12, Səh. 299)
Hədisdə hz. Mehdin (ə.s)-ın yanına çox sayda insanın gələcəyinə, lakin nəticədə bu insanların böyük əksəriyyətinin seçimdən keçə bilməyəcəyinə diqqət çəkilmişdir. Hz. Mehdi (ə.s) çox fədakarlıq tələb edəcək, çətin bir elmi mübarizə aparacaq. Xüsusilə mübarizəyə başlayanda çox tez-tez təzyiqlərə məruz qalacaq. Belə şəraitdə hz. Mehdi (ə.s)-ın tələbələri əlbəttə ki, təmizlənəcəklər və az sayda seçmə insanlar qalacaq.

Hz. Mehdiyə, aralarında qadınların da olduğu 314 nəfər beyət edəcək və hər zalım onun qarşısında məğlub olacaq. Zamanı o qədər ədalətli olacaq ki, qəbirdəki ölülər dirilərə qibtə edəcək. Bu vəziyyət 7 il davam etdikdən sonra yerin altı yerin üstündən xeyirli olacaq.
(Əl-kavlul muhatasar fi əlamət-əl mehdiyy-il muntazar, Hədis nömrə 27) |
Adnan Oktar: Demək ki, Mehdi (ə.s)-ın tələbələri içində qadınlar da olacaq. Peyğəmbərimiz (s.ə.v) söyləyir: “Aralarında qadınların da olduğu 314 nəfərdirlər.” İndi bu bir nifrət və ya hirs olmadan camaatın belə az olması mümkün olarmı? Ən az camaatın belə yüz min, iki yüz min, minlərlə, on minlərlə tərəfdarı olur. Demək ki, Hz. Mehdi (ə.s)-a qarşı həddən artıq bir hirs, bir reaksiya olacaq. Dəccal insanların gözündə onu tam fərqli göstərməyə çalışacaq. Dinsiz, mürtəd kimi göstərəcək. Hətta, Peyğəmbərimiz (s.ə.v) deyir ki; “Şəhərdəki böyük alimləri, o dövrün xurafatçıları (haqq dəlili inkar edənlər) xalqa açıqlamalar edəcək ki, “bu mürtəddir, dinsizdir, bizim dinimizi dəyişdirməyə çalışır, fitnəçidir, diqqətli olun və ondan uzaq durun” -deyə xalqı xəbərdar edəcək” . İmam Rəbbani Məktubatında bu hədisi uzun-uzun ifadə edir.
Peyğəmbərimiz (s.ə.v) deyir ki, “Hər zalım onun qarşısında məğlub olacaq.” Zalımların, dəccal tərəfdarlarının… ardı...