Allaha yönəlmək
Adnan Oktarın 11 mart 2011 Kaçkar Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Bismillah. Mömin surəsi, 4. “Allahın ayələri mövzusunda inkar edənlərdən başqası mübarizə aparmaz.” Bax, “Allahın ayələri mövzusunda inkar edənlərdən başqası mübarizə aparmaz.” Yəni; “dinə, İslama qarşı bütün gücləriylə mübarizə apararlar” deyir Allah, “yazılı olsun, şifahi olsun, hərəkətlə olsun, yaxud cabbaranə olsun mübarizə apararlar” deyir. “Elə isə onların şəhərlərdə gəzməsi səni aldatmasın.” Yəni; “onların nümayişli gedişlər etməsi, nümayiş göstərməsi, küçələrdə hərəkət etmələri səni aldatmasın” deyir.
Bax, Allah deyir ki, bax; “elə isə onların şəhərlərdə gəzməsi səni aldatmasın.” Toplu gedişlər etmələri və yaxud başqa cür. “Özlərindən əvvəl Nuh qövmü də yalanladı və özlərindən sonra (sayı çox) təriqətlər də. Hər ümmət, öz elçilərini (susdurmaq üçün) tutmağa cürət etdi.” Hz. Mehdi (ə.s)-ın da niyə tutulacağını, niyə həbsə atılacağını biz buradakı ayədən anlayırıq. Bax; “öz elçilərini (susdurmaq üçün) tutmağa cürət etdi” deyir. “Hər ümmət bunu mütləq etdi” deyir Allah. “Haqqı, onunla qüvvədən qaldırmaq üçün, “batilə əsaslanaraq” mübarizəyə girişdilər.”
Yəni darvinist, materialist işlər gördülər, yaxud ona bənzər. “Mən də onları tutdum. Artıq Mənim cəzalandırmağım necəymiş?” deyir. “Görmüş oldular” deyir. 8-ci ayə; “”Rəbbimiz, onları Ədn cənnətlərinə sal ki, onlara (bunu) vəd etdin; atalarından, yoldaşlarından və soylarından saleh olanları da.”” Deməli, insanlar… ardı...