Adnan Oktarın 11 mart 2011 Kaçkar Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Bismillah. Mömin surəsi, 4. “Allahın ayələri mövzusunda inkar edənlərdən başqası mübarizə aparmaz.” Bax, “Allahın ayələri mövzusunda inkar edənlərdən başqası mübarizə aparmaz.” Yəni; “dinə, İslama qarşı bütün gücləriylə mübarizə apararlar” deyir Allah, “yazılı olsun, şifahi olsun, hərəkətlə olsun, yaxud cabbaranə olsun mübarizə apararlar” deyir. “Elə isə onların şəhərlərdə gəzməsi səni aldatmasın.” Yəni; “onların nümayişli gedişlər etməsi, nümayiş göstərməsi, küçələrdə hərəkət etmələri səni aldatmasın” deyir.
Bax, Allah deyir ki, bax; “elə isə onların şəhərlərdə gəzməsi səni aldatmasın.” Toplu gedişlər etmələri və yaxud başqa cür. “Özlərindən əvvəl Nuh qövmü də yalanladı və özlərindən sonra (sayı çox) təriqətlər də. Hər ümmət, öz elçilərini (susdurmaq üçün) tutmağa cürət etdi.” Hz. Mehdi (ə.s)-ın da niyə tutulacağını, niyə həbsə atılacağını biz buradakı ayədən anlayırıq. Bax; “öz elçilərini (susdurmaq üçün) tutmağa cürət etdi” deyir. “Hər ümmət bunu mütləq etdi” deyir Allah. “Haqqı, onunla qüvvədən qaldırmaq üçün, “batilə əsaslanaraq” mübarizəyə girişdilər.”
Yəni darvinist, materialist işlər gördülər, yaxud ona bənzər. “Mən də onları tutdum. Artıq Mənim cəzalandırmağım necəymiş?” deyir. “Görmüş oldular” deyir. 8-ci ayə; “”Rəbbimiz, onları Ədn cənnətlərinə sal ki, onlara (bunu) vəd etdin; atalarından, yoldaşlarından və soylarından saleh olanları da.”” Deməli, insanlar yoldaşlarıyla cənnətə gedirlər. Bax; “atalarından, yoldaşlarından”. “Arvadın” deyir; arvad, arvadın. “Yoldaşlarından və soylarından saleh olanları da.” Yəni səmimi olanları da. “”Həqiqətən Sən, üstün və güclü olansan, hökm və hikmət sahibisən.”” Allahın üstün və güclü olması möminlər üçün bir nemətdir. “Hökm və hikmət sahibisən. Və onları pisliklərdən qoru. O gün Sən kimi pisliklərdən qorumusansa, həqiqətən ona rəhmət etmisən. Məhz böyük “qurtuluş və xoşbəxtlik” budur.” “Sən onları pisliklərdən qoru” hər cür çətinlikdən. “O gün Sən, kimi pisliklərdən qorumusansa, həqiqətən ona rəhmət etmisən. Məhz böyük “qurtuluş və xoşbəxtlik” budur.” Qiyamətdən sonra, ölümdən sonra Allahın verəcəyi rahatlıq, dinclik və hüzur Quranda nemət olaraq ifadə edilmişdir.
“Şübhəsiz, küfr edənlərə də (belə) səslənilər: “Allahın qəzəblənməsi, əlbəttə, sizin öz nəfslərinizə qəzəblənmənizdən daha böyükdür.” Onlar da özlərindən nifrət edirlər, yəni sonra özlərinə də qəzəblənirlər. “Allahın qəzəbi” deyir, “sizin özünüzə olan qəzəbinizdən daha da böyükdür” deyir, Allah. “Çünki siz, imana çağırıldığınız zaman inkar edirdiniz. Dedilər ki: “Rəbbimiz, bizi iki dəfə öldürdün və iki dəfə diriltdin; biz də günahlarımızı etiraf etdik. İndi çıxış üçün bir yol varmı? “Çıxış üçün bir yol yoxdur, təbii ki.””Sizin (vəziyyətiniz) belədir. Çünki bir olan Allaha çağırıldığınız zaman inkar etdiniz. Ona ortaq qoşulduğunda inanıb-təsdiqlədiniz.” Bax; “Ona ortaq qoşulduğunda inanıb-təsdiqlədiniz.” Məsələn; “Darvinizmə, materializmə inandınız” deyir Allah, “təsdiqlədiniz, qəbul etdiniz.” “Artıq hökm, Uca, böyük olan Allahındır.” O, sizə ayələrini göstərir və sizin üçün göydən ruzi endirir. Səmimi (Allaha) yönələndən başqası öyüd alıb-düşünməz.” Baxın; “səmimi (Allaha) yönələndən başqası öyüd alıb-düşünməz.” “Öyüd alıb düşünmək üçün səmimi Allaha yönəlmək, çox səmimi olmaq lazımdır” deyir Allah.