əhd almaq

Hörmətli Adnan Oktarın 20 dekabr 2013-cü il tarixli söhbətindən, Allahın zər aləmində bütün peyğəmbərlərdən hz. Mehdi (ə.s)-a kömək etməklərinə dair əhd aldığına işarə edən ayələrin şərhi.

DİDƏM ÜRƏR: Bir ayə oxumaq istəyirəm. Ali-İmran surəsi, 81-ci ayə. Şeytandan Allaha sığınaram: “Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”– deyə əhd almış və: “Razısınızmı, Mənim bu əhdimi qəbul edirsinizmi?”– demişdi. Onlar: “Razıyıq!”– demişdilər. (Allah da): “Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”– demişdir.”

ADNAN OKTAR: MaşaAllah. Deməli, təbliğatçı, islahatçı bir hz. Mehdi (ə.s) gələcək, inşaAllah. Hər hansı peyğəmbərə də, ona da Peyğəmbərimiz (s.ə.v)-ə köməkçi olmadı. Amma orada hz. İsa (ə.s)-a da xitab var. Lakin hz. İsa (ə.s)-ın kömək edəcəyi kim var? Hz. Mehdi (ə.s) var, inşaAllah. Ayə əsasən buna işarə edir inşaAllah, Allahualəm.Ona mütləq inanıb yardım edəcəksiniz”– deyə (bütün peyğəmbərlərdən) əhd almış…” Məsələn,hz. Nuh (ə.s)-dan, hz. İbrahim (ə.s)-dan hz. Musa (ə.s)-dan, Məryəm oğlu İsa (ə.s)-dan əhd alınmışdır. Amma məhz burada çox əhəmiyyətli bir məqam var, çünki “səndən” deyir.

Bir də Peyğəmbərimiz (s.ə.v)-dən də əhd alır Allah. Allah hələ zər aləmində ikən: Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə.”-deyir.Yəni… ardı...

 

Hz. Mehdi (ə.s)-ın tələbələri, Allahın özlərindən əhd aldığı möminlərdən olacaqdır

Əli ibn Əbu Həmzə deyər ki: İmam Əbu Abdullah Cəfəri Sadiq əleyhissalam belə buyurdu: “Qaim əleyhissalam (hz. Mehdi (ə.s)) qiyam etdiyində xalqın əksəriyyəti onu inkar edəcək. Çünki, o rəşid bir gənc olaraq zühur edəcək. Onu (hz. Mehdi (ə.s)-ı), yalnız zərr aləmində Allahın əhd aldığı möminlər qəbul edəcəkdir”. (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 247)


R0319