Header

hz. Mehdi (ə.s)-a kömək etməklərinə dair əhd aldığına işarə edən ayələrin təfsiri – 2

Aa4a

Hörmətli Adnan Oktarın 20 dekabr 2013-cü il tarixli söhbətindən, Allahın zər aləmində bütün peyğəmbərlərdən hz. Mehdi (ə.s)-a kömək etməklərinə dair əhd aldığına işarə edən ayələrin şərhi.

DİDƏM ÜRƏR: Bir ayə oxumaq istəyirəm. Ali-İmran surəsi, 81-ci ayə. Şeytandan Allaha sığınaram: “Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”– deyə əhd almış və: “Razısınızmı, Mənim bu əhdimi qəbul edirsinizmi?”– demişdi. Onlar: “Razıyıq!”– demişdilər. (Allah da): “Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”– demişdir.”

ADNAN OKTAR: MaşaAllah. Deməli, təbliğatçı, islahatçı bir hz. Mehdi (ə.s) gələcək, inşaAllah. Hər hansı peyğəmbərə də, ona da Peyğəmbərimiz (s.ə.v)-ə köməkçi olmadı. Amma orada hz. İsa (ə.s)-a da xitab var. Lakin hz. İsa (ə.s)-ın kömək edəcəyi kim var? Hz. Mehdi (ə.s) var, inşaAllah. Ayə əsasən buna işarə edir inşaAllah, Allahualəm.“Ona mütləq inanıb yardım edəcəksiniz”– deyə (bütün peyğəmbərlərdən) əhd almış…” Məsələn,hz. Nuh (ə.s)-dan, hz. İbrahim (ə.s)-dan hz. Musa (ə.s)-dan, Məryəm oğlu İsa (ə.s)-dan əhd alınmışdır. Amma məhz burada çox əhəmiyyətli bir məqam var, çünki “səndən” deyir.

Bir də Peyğəmbərimiz (s.ə.v)-dən də əhd alır Allah. Allah hələ zər aləmində ikən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə.”-deyir.Yəni bunu təsdiq edən muslih (islah edən) bir hz. Mehdi (ə.s) gələndə kömək edin. “Ona mütləq inanıb yardım edəcəksiniz.”-deyir Allah. “Razısınızmı və Mənim bu əhdimi qəbul edirsinizmi?”– demişdi.” Hələ zər aləmində ikən “bəla” deyirlər. “Onlar: “Razıyıq!”– demişdilər. (Allah da): “Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”– demişdir”. Yəni o əhdi alır.

O əhdi alandan sonra, peyğəmbərlərə məsələn, hz. Harun (ə.s) hz. Musa (ə.s)-a, hz. Lut (ə.s) hz. İbrahim (ə.s)-a, hz. Yəhya (ə.s) hz. İsa (ə.s)-a köməkçi oldular, inşaAllah. Amma, Peyğəmbərimiz (s.ə.v) hər hansı bir peyğəmbərə köməkçi olmadı. Övladlarından Məhəmməd Mehdi (ə.s) gəlir. Məhəmməd Mehdi (ə.s)-a da hz. İsa (ə.s) köməkçi olacaq. Beləcə, Peyğəmbərimiz (s.ə.v)-ə hz. İsa (ə.s) kömək etmiş kimi olacaq. Bununla hz. İsa (ə.s), Peyğəmbərimiz (s.ə.v)-in köməkçisi olur. Çünki, onsuz da hz. Mehdi (ə.s) öz övladıdır. Öz komandiri olduğuna görə hz. Mehdi (ə.s)-a kömək edən kimə kömək etmiş olur? Peyğəmbərimiz (s.ə.v)-ə kömək etmiş olur və ayənin hökmü də beləcə reallaşır, inşaAllah.

Kuran

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313