Zumər surəsi 32 34 36 37

Zumər surəsi 32, 34, 36, 37-ci ayələrin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Təala Zumər surəsi, 32-ci ayədə buyurur: “Allaha qarşı yalan uydurandan, özünə gələn həqiqəti (Quranı) təkzib edəndən daha zalım kim ola bilər?” Quranı açıqlayırıq, bəziləri isə Quranın kafi olmadığını deyirlər. “Bir də büt əlavə edək, bütlə də şərh edək” deyir. Allah hər şeyi Quranda açıqladığını, əksik bir şey buraxmadığını deyir. “Xeyr, Quran əksikdir” deyirlər. “Nə ilə tamamlayacaqsınız?”― deyə soruşuruq. Onlar: “Bütlə tamamlayacağıq” deyirlər. “Həqiqəti (Quranı) təkzib edəndən daha zalım kim ola bilər? “Məgər cəhənnəmdə kafirlər üçün yer yoxdur?!”. “Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir”. Allah Quranı kafi bilib, haqqı gətirən və onu təsdiq edənlərə “müttəqi” deyir, inşaAllah.

“Onlar üçün Rəbbinin dərgahında dilədikləri hər şey vardır. Yaxşı işlər görənlərin mükafatı budur!

Allah (bununla) onların etdikləri ən pis işlərin üstünü örtəcək və gördükləri ən yaxşı işlərə görə onları mükafatlandıracaqdır”.

“Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?!”. “Onlar (müşriklər) isə səni Ondan qeyriləri ilə qorxudurlar. Allahın yoldan çıxartdığı kəsə heç kəs yol göstərə bilməz”. Mənə darvinizmi, materializmi izah etməkdən saxlamaq üçün xeyli maneə yaratdılar. Mən mehdiyyəti ilk dəfə izah edəndə xurafat dəstəsi qudurub, havalanmışdılar. Belə bir şey edəcəyimi ümid etmirdilər. Hədə-qorxu gəlib təzyiq göstərirdilər. Amma çox… ardı...