yer üzündə

Əbu Həmzə belə deyir: “İmam Sadiq (ə.s)-a dedim ki, “imamsız (Mehdi olmadan) yer baqi qalarmı?” İmam: “əgər yer üzü imamsız qalsa alt-üst olar”-deyə buyurdular.(Usul-u Kafi, İslamiye Baskısı, 1381, cild. 1, səh. 334)

 

Veşşa deyir ki: İmam Rza (ə.s)-dan “yer üzü imamsız qalarmı?”-deyə soruşdum. İmam (ə.s) “xeyr” deyə buyurdu….İmam (ə.s) daha sonra belə buyurdu: “Yer üzü imamsız qalmaz, əks halda yer üzü alt-üst olar”. (Usul-u Kafi, cild. 1, səh. 334)

 

Müfəzzəl ibn Ömər əmirəlmöminin əleyhissalam: Kufə şəhərinin minbərində belə buyurdu: “Bilin ki, yer üzü Allahın hüccəti (hz. Mehdi (ə.s)) olmadan ayaqda dayana bilməz… Əgər Allahın hüccəti (hz. Mehdi (ə.s)) bir an yer üzündən çəkilsə, yer xalqın üzərinə çökər”. (Şeyh Muhammed B. İbrahim-i Numani, Gaybet-i Numani, səh. 162)


R0118

Allah hər dövrdə yer üzündəki təxribatçılığın qarşısının alınmasına; insanların rifah və xoşbəxtliyinə insanlara Allahın dinini təbliğ edən elçilərini vəsilə etmişdir. Allahın Axırzamanda bütün yer üzünün dinclik və qurtuluşuna vəsilə etdiyi adam da hz. Mehdidir. Necə ki, hədislərdə hz. Mehdinin olmadığı mühitdə yer üzünün müxtəlif fəlakətlərlə həlaka və məhvə uğrayacağına; bütün dünyada dəhşətli bir anarxiya və xaos meydana gələcəyinə işarə edilmişdir. Necə ki, hz. Mehdinin zühurunun yaxınlaşdığı bu dövrdə də dünyanın bir çox yerində terrorun, döyüşlərin, qırğınların hökm sürdüyü görülür.

 … ardı...