Ümmətlər arası

Hörmətli Adnan Oktarın 26 sentyabr 2013-ci il tarixli söhbətindən ümmətlər arasındakı münaqişənin rəhmət deyil, fəlakət gətirəcəyi ilə əlaqədar ayələrin təfsiri.

ADNAN OKTAR: Allah, Ənbiya surəsinin 92-ci və 93-cü ayələrində belə buyurur, şeytandan Allaha sığınıram: “Həqiqətən, bu, vahid bir din olaraq sizin hamınızın dinidir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin!”. “Lakin onlar özlərinə məxsus dini öz aralarında parçalayıb dəstələrə ayrıldılar”-yəni ixtilafa düşdülər. “Dini öz aralarında parçalayıb dəstələrə ayrıldılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar.” Yəni, “onlardan intiqam alacağam.” Allah parçalanmağın bəla olduğunu, fitnə olduğunu deyir, adam isə: “Xeyr! bu rəhmətdir”-deyir. “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” (Ali İmran surəsi, 103) Burada ixtilaf varmı? Allah bir-birinizlə mübahisə edin deyir? Xeyr, əksinə, “hamınız Allahın ipindən möhkəm yapışın, parçalanmayın!”, yəni ixtilafa düşməyin deyir. “Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz”,yəni ixtilafa düşməyin, “yoxsa ruhdan düşər və zəifləyərsiniz”. Hal-hazırda da elədir, yəni müsəlmanların gücü tükənib və tək-tənha qalıblar. Allah: “Səbir edin, çünki Allah səbir edənlərlədir”-deyir.

Allah, müsəlmanlara: “Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha məxsus edilənədək onlarla vuruşun!” (Bəqərə surəsi, 193)-deyir. “Fitnə aradan qalxana qədər”-deyir Allah. Allah İslama zidd heç bir şey qalmayana qədər, “və din tamamilə… ardı...