təriqətlər

  1. Mehdi (ə.s) zühur etdiyində bütün təriqətlər ona beyət edəcəklər

  2. Hz. Mehdi (ə.s.) Axırzamanın ən böyük mürşidi, vəlisi, qütübüdür. İmam Rəbbani həzrətlərinin də, Əbdülqadir Gilani həzrətlərinin də, bütün Əhli sünnə alimlərinin, bütün məzhəb imamlarının və bütün təriqətlərin də mürşididir. Bu səbəbdən Mahmud Hoca Əfəndi həzrətlərinin də mürşidi hz. Mehdi (ə.s)-dır. Cübbəli Əhməd bir vəzində hz. Mehdi (ə.s)-ın gəlməsi üçün Allaha yalvararaq dua edir, hz. Mehdi (ə.s)-ı görmək üçün Allaha yalvarır.

Demək ki, hz. Mehdi (ə.s) gəldikdə, Mahmud Hoca Əfəndi həzrətləri də, Cübbəli Əhməd də və bütün digər təriqətlər və mənsubları da hz. Mehdi (ə.s)-a tabe olacaqlar, onun xilafətini qəbul edəcəklər. Hz. Mehdi (ə.s) zühur etdiyində reallaşacaq olan bu beyəti qəbul etməyən, əksini müdafiə edən bir camaat yoxdur.

sqr05eft0

Hz. Mehdi (ə.s) Axırzamanın ən böyük mürşidi, ən böyük vəlisi və qütbü olduğundan, o zühur etdiyində bütün təriqətlər onda birləşəcək. Bunun şüurunda olan bir çox təriqət lideri yüz illərdir davam etdirdikləri xilafət əmanətini bir sonrakı şəxsə həvalə adətini Axırzamana girilməsiylə birlikdə buraxmışlar. Məsələn, Əli Heydər Əfəndi də xilafəti hz. Mehdi (ə.s)-a buraxmışdır. Mahmud Hoca Əfəndi həzrətləri bu an Əli Heydər Əfəndinin vəkilidir. Bütün təriqətlər hz. Mehdi (ə.s)-ın zühur vaxtı olan hicri 1400-cü il etibarilə onun (hz. Mehdi (ə.s)-ın) zühurunu və təbii mürşidliyini gözləməyə başlamışlar.