sənət

arab-news-dental-enamel son

Diş minası Allahın incəlik sənətinin bir təcəllisidir

Kəllə, qabırğa sümükləri, qol və ayaq sümükləri … Qısacası, bütün skeletimiz bədənimizin ən möhkəm quruluşları arasındadır. Lakin, Uca Allahın beyin, ürək, ağciyər kimi vacib funksiyalara sahib orqanları qoruma vəzifəsi və hərəkət etmə funksiyası verdiyi skeletimiz bədənimizin ən möhkəm quruluşu deyil. Bədənimizin ən möhkəm quruluşu zənn edildiyinin əksinə olaraq, iri və sərt sümüklərimiz deyil, ağzımızın içindəki kiçik dişlərimizdir. Dişlərimizi möhkəm edən isə eyni zamanda onlara rəng və parlaqlıq verən diş minasıdır.

  • Diş minasını sağlam edən xüsusiyyət nədir?
  • Diş minası üzərindəki çatlaqlar zərər vermək əvəzinə dişi necə qoruyur?

Dişlərimiz möhkəm və sağlamlığı ilə tanınır. Uzun illər boyunca əzmə, çeynəmə, dişləmə kimi bir çox yüksək təzyiqə qarşı müqavimət tələb edən mövzuda həmişə dişlərimizi istifadə edirik. Ancaq buna baxmayaraq, dişlərimiz çox uzun müddət möhkəm qalar. Dişlərimizin möhkəmliyini diş minası təmin edir. Bədənin ən sərt və ən sıx minerallaşmış maddəsi olan diş minası, dentin sement və diş əti ilə birlikdə dişi meydana gətirən dörd əsas toxumadan biridir. Dişi ən xaricdən qoruyucu bir təbəqə olaraq əhatə edən mina, içində sinir hüceyrələri olmadığı üçün, həssas deyil. Şübhəsiz, minanın bu xüsusiyyəti Uca Allahın qullarına bəxş etdiyi böyük bir nemətdir. Çünki diş minası əgər sinirlərlə örtülü olsaydı, insanın dişləmə, əzmə və çeynəmə… ardı...