Şəms surəsi 1-10

Adnan Oktarın 26 aprel 2011 A9 tv və Kaçkar Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Şəms surəsi, Rəhman və Rəhman olan Allahın adıyla, şeytandan Allaha sığınıram. “Günəşə və onun parıltısına and olsun, onu izlədiyi zaman aya,” bəzi axmaqlar deyir; “Günəş və Ay mason simvoludur. Necə bəhs edirsiniz?” Allah, Quranda bəhs edir, axmaq. “Onu (Günəş) parıldadığı zaman gündüzə, onu örtdüyü zaman gecəyə,” təbii, burada bir az işarə də var. Onu izlədiyi zaman Aya, onu (Günəşi) parıldattığı zaman gündüzə, onu örtdüyü zaman gecəyə;” onu, onu, onu. Hz. Mehdi (ə.s)-a da işarə var.

“Göyə və onu bina edənə, yerə və onu yayıb döşəyənə, nəfsə və ona “bir nizam içində forma verənə”, sonra ona fücurunu və ondan çəkinməyi ilham edənə,” deməli, insan pislik etdikdə pislik etdiyini bilir. Bax, Allah ayədə deyir; “sonra ona fücurunu və ondan çəkinməyi ilham edənə,” “fücurunu da ilham edirəm” deyir Allah, “ondan çəkinməyi də ilham edirəm.” “Mən şüurunda olmadım” sözü yoxdur. Bir insan pislik etdiyində bilir. Allah söyləyir bax, ayədə; “Sonra ona fücurunu (sərhəd tanımaz günah və pisliyə olan meylini) və ondan çəkinməyi ilham edənə (and olsun).”

Necə ki, deyirlər; “mən bilsəydim, etməzdim.” Nəyi bilmirsən? Çox yaxşı bilirsən. “Çəkinməyi bilmirdim.” Çəkinməyi də bilirsən, Allah ilham edir. Bir az danışdıqda onsuz da… ardı...