qoruma sistemi

R0250

 

Son dövrlərdə təbiətdə olan sistemlər təqlid edilərək bir çox texnoloji məhsul, sistem və mexanizm inkişaf etdirilir. Bu fəaliyyətlər texnologiya sahəsini inkşaf etdirməklə yanaşı canlı həyatı bənzərsiz bir sənət və qüsursuz tərzdə yaradan Allahın sonsuz yaratma gücünün dəlillərini bir daha gözlər önünə sərir. İngiltərədəki Nottingham Universitetindən bir qrup elm adamının apardığı tədqiqatlar da bunun nümunələrindən biridir.

İmmunitet sisteminin hücuma məruz qalmış hüceyrələrə etdiyi müdaxilə ingilis elm adamlarının kompüter şəbəkələrini virus və xakerlərdən qorumaq üçün inkişaf etdirdikləri yeni üsula ilham qaynağı oldu.

Bu üsul kompüter alimi Uve Ekelin (Uwe Aickelin) və qrupu tərəfindən inkişaf etdirildi. Sözü gedən sistem virus hücumuna məruz qalmış kompüterlərdən gələn “çətin vəziyyət” siqnallarını eşidərək fəaliyyət göstərir. Sistemin məqsədi isə kompüter şəbəkələrini e-mail viruslarının və xidmət hücumlarının zərərlərindən qorumaqdır.1

Təxminən on ildən bəri eyni qoruma sistemləri hazırlanır, bu sistemlər üçün insan bədənindəki immunitet sistemi təqlid edilərək ağ qan hüceyrələrinin yad molekullardan (virus, bakteriya, parazit kimi) özlərini qoruma xüsusiyyətlərindən istifadə edilirdi. Amma bir virusun adi bir e-mail görünüşündə sistemə daxil olaraq təhlükəli fəaliyyət həyata keçirməsinin qarşısını alacaq bir həll hələ tapılmamışdı.

Həll kompüter alimi Uve Ekelin (Uwe Aickelin) və qrupundan gəldi. İngilis elm adamları insan bədənindəki immunitet sisteminin bədənə daxil olan yad molekullara dərhal hücum etmədiklərini, ancaq problem… ardı...