Qasas surəsi 23-26
Qasas surəsi, 23-26-cı ayələrin təfsiri
Adnan Oktar: Cənabı Allah “O, Mədyən sularına gəlib çatanda“ -deyir, 28-ci surə, 23-cü ayə: “quyunun başında heyvanlarına su verən adamlar gördü“. Qadın, kişi. “Onların yaxınlığında da qoyunlarını o biri heyvanlardan geri çəkən iki qız gördü“. Xurafatçılar olsa hər halda qaçacaqlar. Hz. Musa (ə.s) yanlarına gedir. ““Sizə nə olub?” – dedi“. Xurafatçı nə edər? Qaçar. Hz. Musa nə edir? Yanlarına gedir. Nə deyir? “Bu halınız nədir?” Kömək etmək istəyir. “Onlar dedilər: “Çobanlar heyvanlarını sürüb aparmamış biz qoyunlarımıza su verə bilmirik“”. Çünki çobanların əxlaqsızlıq etmələrindən çəkinirlər. Yanlarına getmirlər. Hz. Musa (ə.s)- dan təhlükə gəlməyəcəyini və namərd insan olmadığını hiss edirlər. Nə deyir? “Onlar dedilər: “Çobanlar heyvanlarını sürüb aparmamış biz qoyunlarımıza su verə bilmirik. Atamız da çox qocadır. Musa onların yerinə qoyunlara su verdi, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyirə ehtiyacım var!”” Xeyir istəyir. “Bir qədər sonra qızlardan biri utana-utana onun yanına gəlib”. Xurafatçıların düşüncəsinə görə Peyğəmbər xanımı da, Peyğəmbərin qızı da harama girmiş olur. O da onun yanına gəlir. Hz. Musa (ə.s)- ın yanına gedir, o da onun yanına gəlir. “Dedi: “Atam bizim yerimizə qoyunları sulamağının haqqını ödəməkdən… ardı...