Nur surəsi 11-14

Adnan Oktarın 5 may 2011 A9 Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Nur surəsi, 11-ci ayə “Doğrusu, uydurulmuş bir yalanla gələnlər, sizin içinizdən birlikdə davranan bir topluluqdur;” Müsəlmanlar öz içində yalandan, dedi-qodudan şiddətlə qaçacaqlar. “Siz onu özünüz üçün şər saymayın, əksinə o sizin üçün bir xeyirdir. Onlardan hər bir adama qazandığı günahdan (bir cəza) vardır. Onlardan (böhtanın-günahın) böyüyünü yüklənənə isə böyük bir əzab vardır.” Allah böhtanı təşkil edən, daha çox günaha girir, amma böhtana məruz qalanın əleyhinə olmaz deyir.

Yəni onun lehinə olar deyir. Çünki savab qazanmış olar. Böhtan atan adamın savabları da onun üstünə keçər. Bu səbəbdən, çox lehinə bir vəziyyət olmuş olar. Allah onu söyləyir. “Onu eşitdiyiniz zaman, kişi möminlər və qadın möminlərdən öz nəfsləri adına elə bir zənn edib: “Bu, açıq uydurulmuş böhtandır” demələri lazım deyildi mi?” Məsələn, müsəlmanlar haqqında, baron qəzetində bir böhtan atılır. Baxırsan saqqallı, cübbəli adam inanır. Qaz kimi inanır. Ağzı açıq, “vay-vay” deyir. Halbuki, mütləq araşdırılması lazımdır. Səmimi müsəlman, doğrudur mu, yoxsa səhvdir mi deyə araşdıracaq, inşaAllah.

Baxın, Allah deyir ki; “Ona qarşı dörd şahidlə gəlmələri lazım deyildi mi?” Dörd  saleh şahid. “Şahidləri gətirmədiklərinə görə, artıq onlar Allah qatında yalançıdırlar.” Deməli, müsəlmana böhtan atmaqdan şiddətlə qaçmaq lazımdır. İsbat… ardı...