Mömünlər

Hörmətli Adnan Oktarın 7 dekabr 2013-ci il tarixli söhbətindən möminləri barışdırmaq ilə əlaqəli ayələrin şərhi.

Adnan Oktar: (Hücurat surəsi, 10) Allah deyir ki:“Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın”. Bufərzdir, yəni möminlər arasında inciklik olduqda onları barışdırmaq fərzdir. Gücün çatdığı qədər səy göstərəcəksən, səbəbə sarılacaqsan, istərsə olsun, istərsə də olmasın. Amma namaz vaxtı kimi, iki müsəlman camaatı, qrup mübahisə etdikdə ona müdaxilə etmək, onları barışdırmaq üçün səy göstərmək fərzdir. Sual oluna bilər ki, bu nə qədər təsirli ola bilər? Allah onu demir. Sən o ibadəti namaz kimi etməklə mükəlləfsən.

Bizim də etdiyimiz budur, həmçinin mənim də etdiyim budur. İki müsəlman qrupun barışması üçün səy göstərirəm, amma təsiri Allah meydana gətirər. Yəni, bəlkə heç bir təsiri olmaz, bəlkə çox böyük təsiri olar, bəlkə dərhal nəticə verər. Bütün güc və qüdrət Allahın əlindədir.Allahdeyirki; “Allahdan qorxun ki, sizə rəhm edilsin”, yəni ola bilsin ki, sizə rəhm edilsin və pis əməllərdən çəkinəsiniz.“Andlarınıza görə Allahın adını”, budur andlarınıza görə Allahın adından istifadə edərək, Allahdan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Allah Eşidəndir, Biləndir!”

Məsələn, bəzən də and içir ki, mən bu hökuməti bir daha heç bir şəkildə dəstəkləməyəcəm. Halbuki, bax Allah deyir ki, Allahın adından… ardı...

 

Hörmətli Adnan Oktarın 19 dekabr, 2013-cü il tarixli söhbətindən möminlərin arasını düzəltmək ilə əlaqəli ayələrin şərhi.

ADNAN OKTAR: Allah Hücurat surəsi, 10-cu ayədə buyurur: “Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!”

“Hamınız Allahın ipindən yapışın”, yəni islama, Qurana hamınız, bütün müsəlmanlar sarılın. “Parçalanıb ayrılmayın” Camaatlara, qruplara ayrılmayın, param-parça olmayın. “Və Allahın sizin üzərinizdəki nemətini xatırlayın” Şeytandan Allaha sığınıram; “siz bir-birinizə düşmən idiniz Bir-birinizə həsəd edən, bir-biriylə mübarizə edən düşmənlər idiniz.  “O, sizin qəlblərinizi birləşdirdi” Deməli, ürəklərin arasını uzlaşdırmaq, birləşdirmək, isindirmək lazımdır. Allah qullarını vəsilə edir, inşaAllah. “Və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz.” Deməli möminlər qardaşlar olaraq sabahlamalıdırlar. “Siz odlu bir uçurumun lap kənarında idiniz.” Məsələn, hal-hazırda müsəlmanlar islam aləmini  yox etmək istəyirlər. Möminlər odlu bir uçurumun kənarındadırlar. İslamofobiya məşhurdur, hər yerdə müsəlmanları kütlə halında öldürürlər, şəhid edirlər. “Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi.” Allah mehdiyyətlə qurtaracaq inşaAllah. “Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.” (Ali-İmran surəsi, 103) Yəni mehdiyyət onsuz da hidayətə vəsilə olma mənasını verir.

Ənfal surəsi, 1-ci ayə, şeytandan Allaha sığınıram, Allah “Əgər möminsinizsə”… ardı...

 

Hörmətli Adnan Oktarın 22 dekabr 2013-cü il tarixli söhbətindən möminlərin arasını düzəltmək barəsində ayələrin şərhi.

ADNAN OKTAR: İndi şərh edəcəyim ayə eyni ilə namaz və oruc kimi Allahın fərz buyurduğu hökmlərdəndir.Allah, Ənfal surəsinin 1-ci ayəsində belə buyurur, şeytandan Allaha sığınıram: “Əgər möminsinizsə Allahdan qorxub-çəkinin, aranızı düzəldin, Allaha və Onun Elçisinə itaət edin.” Yəni, “əgər müsəlmansınızsa bir dəfə Allahdan qorxun.” Çünki, bəziləri “müsəlmanam” deyir, Allah da “əgər müsəlmansınızsa bir dəfə Allahdan qorxub-çəkinin, halala, harama, Allahın hökmlərinə diqqət yetirin” deyir. “..Aranızı düzəldin…” ayəsiAllahın hökmüdür. Müsəlmanların arasının pis olması haramdır. “… Allaha və Rəsuluna itaət edin…” Yəni Qurana tabe olun.

Ənfal surəsinin 46-cı ayəsində Allah belə buyurur:Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin.” Yəni haramdır. Donuz əti yemək kimi, şərab içmək kimi və yaxud qumar oynamaq kimi haramdır, həm də burada fitnə də var. “Fitnə qətldən də betərdir” (Bəqərə surəsi, 191)-deyir Allah. Yəni, indi sırf çəkişmə deyil, fitnə yaranmışdır. Fitnə qətldən, adam öldürməkdən də betərdir. Ona görə heç kim fitnə yaratmasın, aranı qızışdırmasın. Fitnəni qızışdıran yazılar yazmasınlar. Allah göstərməsin çox səhv olar.

Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir!.” –buyurur Allah.Zəifləyər… ardı...

 

Hz. Mehdi (ə.s)-ın tələbələri, Allahın özlərindən əhd aldığı möminlərdən olacaqdır

Əli ibn Əbu Həmzə deyər ki: İmam Əbu Abdullah Cəfəri Sadiq əleyhissalam belə buyurdu: “Qaim əleyhissalam (hz. Mehdi (ə.s)) qiyam etdiyində xalqın əksəriyyəti onu inkar edəcək. Çünki, o rəşid bir gənc olaraq zühur edəcək. Onu (hz. Mehdi (ə.s)-ı), yalnız zərr aləmində Allahın əhd aldığı möminlər qəbul edəcəkdir”. (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 247)


R0319

 

Möminlər hər vaxt ümid və qorxu arasında olarlar

Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər.(Səcdə surəsi, 16)

54tv8

O kəslər ki, Rəbbinin əzabından qorxub tir-tir əsərlər. Çünki, onların Rəbbinin əzabından (bu əzabın kiməsə toxunub-toxunmayacağından) arxayın olmaq olmaz. (Məaric surəsi, 27-28)

 54tv8

Yer üzü düzəldikdən sonra orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır! (Əraf surəsi, 56)

54tv8

Ona inanmayanlar onun tez gəlməsini istəyərlər. İnanlar isə onun haqq olduğunu bilərək ondan qorxuya düşərlər. Bil ki, o saat barəsində mübahisə edənlər (haqq yoldan) azıb çox uzaq düşmüşlər. (Şura surəsi, 1)

 54tv8

Biz (Zəkəriyyanın) duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər. (Ənbiya surəsi, 90)

54tv8

Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!  (Biz onu Allahın əzabından) qorxanlara yalnız öyüd-nəsihət olaraq (göndərdik). (Taha surəsi, 2-3)

54tv8

Sən ancaq Qurana tabe olub, Rəhmandan (Onu) görmədən qorxan kimsəni qorxuda bilərsən. Beləsinə (axirətdə) bağışlanacağı və çox gözəl bir mükafata (Cənnətə) nail olacağı ilə müjdə ver!  (Yasin surəsi, 11)

54tv8