kamuflyaj
Ağıllı müdafiə sistemi: Kamuflyaj
Kamuflyaj hərbçiliyin dəyişilməz ünsürlərindən biridir. Düşmənə özünü hiss etdirmədən hücum etmək və ya düşmənin hücumu əsnasında özünü gizlətmək çox əhəmiyyətlidir.
Buna görə də cəbhədəki əsgərlər geyimləri, dəbilqələri ilə, hətta üzlərinə sürtdükləri boyalarla özlərini gizlədər, yəni kamuflyaj edərlər.
Maraqlı olan kamuflyaj deyilən bu ağıllı üsulun yalnız insanlar deyil, heyvanlar tərəfindən də istifadə edilməsidir.
Çox effektiv taktika
Kamuflyaj edən canlılar yaşadıqları mühitə son dərəcə uyğun şəkildə yaradılmış bədən quruluşları, formaları, rəngləri və naxışları ilə xüsusi olaraq mühafizə olunmuşlar. Bu canlıların bəzilərinin bədənləri olduqları şəraitlə o qədər uyğundur ki, ətraflarındakı bitkilərdən ayırd edilmələri son dərəcə çətindir
|
Bəzi böcək növləri toplu şəkildə kamuflyaj edərək düşmənlərindən qorunurlar. Məsələn, Madaqaskarda rast gəlinən tropik yarımsərtqanadlılar (lat. Hemiptera ) dəstəsindən olan taxtabitilərinin qanadları parlaq və rənglidir. Bu fotoşəkildəki kimi bir ağac gövdəsində toplu halda dincəldikləri zaman bir böcəkdən çox çiçəyə bənzəyirlər. Bu da böcək axtaran ovçuları yanıldır.1 |
Üzərində yaşadığı çiçəklə eyni rəngdə olan bir hörümçək ağac budağı kimi hərəkətsiz dayanan bir ilan, qurumuş yarpaqla eyni qanadlara sahib olan bir böcək, üzərində olduğu bitkilərin rəngini və formasını alan bir qurbağa… Bütün bunlar təbiətdəki kamuflyajın maraqlı nümunələridir. Bizə kamuflyajın xüsusi olaraq yaradılmış bir üsul olduğunu göstərirlər.
|
Yencək hörümcəklərinin solda görünən… ardı... |