Kəhf surəsi 83 84

Hörmətli Adnan Oktarın 28 Oktyabr 2012-ci il tarixli söhbətindən Kəhf surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “(Ey Məhəmməd) Səndən Zülqərneyn barəsində soruşurlar, bax, Allah vəhy ilə bildirir. “De: “Sizə, ondan öyüd və xatırlatma olaraq (bəzi məlumatlar) verəcəyəm”. Deməli, bütün müsəlmanlara öyüd var və onlar bu öyüdə əməl etməklə məsuldurlar. Bu öyüd fərzdir. Çünki, Allah: “Öyüd” deyir. “Və xatırlatma”, xatırlamaq da fərzdir. Buradakı hökmlər Axırzamanla da əlaqədar olduğu üçün çox əhəmiyyətlidir. “Həqiqətən, Biz ona yer üzündə iqtidar verdik”. Bu ancaq mehdiyyət dövründə olacaq bir şeydir. Möhkəm bir iqtidar. İqtidardakı bütün qüvvələr hər an məhv ola bilər. Təkcə hz. Mehdi (ə.s)-ın iqtidarı möhkəmdir. Dağılması mümkün deyil, inşaAllah. Kəhf surəsi 110 ayədən ibarətdir. Bədiüzzaman da buna işarə olaraq 2010-cu ili verir. Bu mehdiyyətin fəaliyyətə ən ciddi girişdiyi tarixdir. Hökumət belə 4 il bundan əvvəl, biz verdiyimiz tarixi vermişdir. Hökumət: “2023-cü ildə mütləq bitəcəkdir” deyir. 1071-ci il Malazgird döyüşü, 2071-ci il isə tam dünya hakimiyyətidir, inşaAllah. Bunu da baş nazir söyləyir, inşaAllah. Dövlət şüurlu surətdə bu hadisənin fərqindədir. Turqut Özal da bilirdi, Dəmirəl də. Hər kəs İslam Birliyinin yaranacağını və Türkiyənin lider ölkə olacağını bilir.

images (2)