imtahan nəticəsi

Adnan Oktarın 29 iyun 2011 A9 tv, tv Kayseri və Samsun Aks tv-dəki canlı söhbətindən

Adnan Oktar: Ənkəbut surəsi, şeytandan Allaha sığınırıq. Rəhman və Rəhim olan Allahın adıyla; “Əlif, Lam, Mim. İnsanlar, (yalnız) “İman etdik” deyərək, sınanmadan buraxılacaqlarını mı sandılar?” Biz iman etdik, Allahı çox sevirik deyir, yaxşı gözəl, bax, amma Allah deyir ki, “İman etdik deyərək, sınanmadan”, sınanmadan, “bıraxılacaqlarını mı sandılar?” Sizi sınayacağıq deyir Allah. Nəylə? Xəstəliklər, dərdlər, əziyyətlər, çətinliklər, nəfsin istədiyi şeylər, hər şey. “And olsun, onlardan əvvəlkiləri sınadıq.” Bütün dünyanı sınadım deyir Allah, bir tək sizi deyil. Hz. Adəm (ə.s)-dan etibarən müntəzəm sınama davam edir. “Allah, həqiqətən, doğruları da bilir və həqiqətən, yalançıları da bilir.” Kim doğrudursa, onu Mən bilirəm deyir Allah, yalançını da bilirəm deyir. Çünki doğrunun doğru söyləməsini Allah yaradar, yalançının yalan danışmasını da Allah yaradar. Hamısı Allahın idarəsindədir. “Yoxsa, pislikləri edənlər, Bizi (aşıb) keçəcəklərini mi sandılar? Nə pis hökm edirlər?” deyir Allah. Mən hamsının fərqindəyəm deyir Allah, Mən hamsını bilirəm deyir, çünki Özü yaradır Allah. “Kim Allaha qovuşmağı ümid edirsə, heç şübhəsiz, Allahın (təsbit etdiyi) müddəti yaxınlaşaraq-gəlir. O, eşidəndir, biləndir.” Birdən oyandığında, birdən həyatın sonsuz olduğunu gördüyündə, bunu görəcək deyir Allah. Amma bu əvvəldən bildirilsə, imtahan qalxar. O zaman hz. Əbu Bəkr… ardı...