görə bilmək

R0428Hz. Mehdi (ə.s)-ın çox möhtəşəm bir insan olacağını və zühur edər-etməz dərhal kimliyinin aydın olacağını irəli sürmək Peyğəmbərimiz (s.ə.v)-in hədisləri və Allah (c.c)-in Adətullahı ilə tamamilə ziddiyyət təşkil edən bir iddiadır. İnadla bu iddiada olan şəxslərə görə hz. Mehdi (ə.s)-a guya tank, top, silah hətta atom bombası belə təsir etməyəcək. Həmçinin, hz. Mehdi (ə.s)-ın başının üstündə insanların baxanda görəcəkləri formada bulud üstündə mələklər olacaq və davamlı hz. Mehdi (ə.s)-ı işarə edərək insanlara tanış edəcək.

Halbuki, PEYĞƏMBƏRİMİZ (s.ə.v) HƏDİSLƏRİNDƏ AXIRZAMANIN BÖYÜK MEHDİSİNİN DƏCCALİYYƏT SİSTEMİNİN TƏZYİQLƏRİNƏ, ZÜLM VƏ ƏZİYYƏTLƏRİNƏ MƏRUZ QALACAĞINDAN, HƏBS EDİLƏCƏYİNDƏN , ÖLDÜRÜLMƏ TƏHLÜKƏSİ ALTINDA YAŞAYACAĞINDAN, ƏLLƏRİNDƏN VƏ AYAQLARINDAN ZƏNCİRLƏNƏCƏYİNDƏN, BOYNUNA MİS LÖVHƏ ASILARAQ AĞRI VƏ ÇƏTİNLİK İÇİNDƏ QALACAĞINDAN, TƏCRİD EDİLƏCƏYİNDƏN bəhs edilir.

Hz. Mehdi (ə.s)-ın yanında mələklərin olacağı və bu mələklərin özünə kömək edəcəkləri Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən də açıq şəkildə aydın olur. Mələklər insanlara görünməyəcəklər. Mələklər, hz. Mehdi (ə.s)-a görünmədən kömək edəcəklər, insanların ürəyinə Allahın diləməsiylə, “bu adam hz. Mehdi (ə.s)-dır” deyə ilham edəcəklər. Bəzi kəslərin dediyi kimi göydən mələklər insanlara görünəcək şəkildə “bu hz. Mehdi (ə.s)-dır.

Ona tabe olun” desə, həmçinin, buluddan bir əl çıxsa və hz. Mehdi (ə.s)-ı göstərərək ona beyət edilməsini işarə etsə və milyonlarla insan bu hadisəyə şahid olsa, bütün bu açıq və qəti dəlillərə… ardı...