eqoist

Adnan Oktarın 1 mart 2011 Kaçkar Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Bismillah. Təğabun surəsi. Şeytandan Allaha sığınırıq. Şeytandan Allaha sığınıram. “Mallarınız və uşaqlarınız sizin üçün ancaq bir fitnə (bir sınaq)dır.” deyir Allah. Baxın, “mallarınız və uşaqlarınız” insanların, bəzi insanların ən çox başlarını qatdıqları mövzulardan biridir. “Allah isə, böyük əcr (ən gözəl qarşılıq) Onun qatında olandır.” Məqsədiniz yalnız Allahın razılığı olsun, deyir. Allah dünyada mallarınızı, uşaqlarınızı, yoldaşlarınızı bütləşdirməyin, deyir. Əsas hədəf halına gətirməyin. “Elə isə” deyir baxın Allah, “güc çatdıra bildiyiniz qədər Allahdan qorxub çəkinin.” Ən son iradənizlə, ən son diqqətinizlə.  “Dinləyin və itaət edin. Öz nəfsinizə xeyir (ən böyük fayda) olmaq üzrə infaq edin.” Yəni kasıba, füqəraya insanlara paylayın. “Kim nəfsinin eqoist ehtiraslarından (ya da xəsislikdən) qorunsa;” eqoist, simic olmazsa ” məhz onlar, nicat (qurtuluş) tapanlardır.” Eqoist, simic olmayan insan o qədər şirindir ki, o qədər hüzür vericidir ki. Eqoist insan da çox çətindir. Çox çətindir, çox iztirab verər. “Əgər Allaha gözəl bir borc verəcək olsanız,”  yəni verdiyiniz hər pul Allaha borc olaraq verirsiniz, Allah sizə onu qat-qat ödəyəcək, deyir. Məsələn, kömək, yemək, nə olsa. “Onu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah Şekurdur (şükrü qəbul edib çox lütf edən), Həlim (cəzanı verməkdə tələsməyəndir).” Şükrü qəbul edib lütf edən Həlimdir, mülayimdir.

 

Adnan Oktarın 29 iyul 2010-cu il tarixli HarunYahya.TV müsahibəsindən

Adnan Oktar: Bax açdım, Yasin surəsi çıxdı, oradan oxuyum. Şeytandan Allaha sığınıram, Rəhman və Rəhim olan Allahın adı ilə. And olsun hikmətli Qurana!” Yəni, hikmət dolu Qurana. Həqiqətən, sən göndərilmiş elçilərdənsən,” ayə Peyğəmbərimiz (s.ə.v)-ə xitab edir. İkinci işarəli mənası Mehdi (ə.s)-a baxır. Mehdi (ə.s) da göndərilən elçilərdəndir inşaAllah. doğru yoldasan”. Peyğəmbərimiz (s.ə.v) də doğru yoldadır. Mehdi (ə.s) da doğru yoldadır. Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil edilmişdir ki,” “Allahın endirdiyi bir kitabdır” -deyir. Bax, ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən”. Həm Peyğəmbərimiz (s.ə.v)-in dövrünə baxır, həm Axırzamana baxır. Çünki, bax, ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən”.

Həqiqətən indiki cəmiyyətdə dini məlumat çox zəifdir. Türkiyədə də bəzi yerlərdə çox azdır dini məlumat. Yəni, Quran haqqında məlumatları azdır. Atalarının da məlumatı az olur, özlərinin də az olur. Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi. Çünki onlar iman gətirməzlər”. Yəni izah etsən də inanmazlar deyir Allah. Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları təkəbbürlə yuxarı qalxmışdır”. Yəni təkəbbürlü, özünü bəyənən, ağlı donmuş, başı işləməyən, amma özündən razı. Bir metr uzağını belə görə… ardı...

 

Mehdilik mövzusunu inkar edənlərin “imanları zəif və eqoistlikləri güclü” kəslərdir

Qiyamət əlamətlərindən və Axırzaman vaqiələrindən (hadisələrindən) və bəzi amalin (əməllərin) fəzilət və savablarından bəhs edən hədisi-şərif yaxşı başa düşülmədiyindən, ağıllarına güvənən bir qisim əhli-elm (elm sahibi),onların bir qisminə zaif (zəif) və ya mövzu (hədis) demişlər. İmanı zəif və eqoistliyi güclü olan bir qisim də (ağlını bəyənən, özünü böyük, qüsursuz və üstün görən; və sanki öz nəfsini bütləşdirən kəslər də (Allahı tənzih edirik)), inkara qədər getmişlər”. (Sözler, səh. 355)

Bədiüzzaman Səid Nursi eqoistliyi güclü, imanı zəif, materialist fikirlərə düşmüş bir qisim cahil din alimlərinin hz. Mehdi (ə.s)-ın gəlməyəcəyi mövzusunda mübarizə edəcəklərini xəbər vermişdir. Bədiüzzaman “eqoistlikləri möhkəm” sözləri ilə bu kəslərin ağlını bəyənən, özünü böyük, qüsursuz və üstün görən; və sanki öz nəfsini bütləşdirən kəslər olduqlarına diqqət çəkmişdir (Allahı tənzih edirik). “İmanı zəif” sözləriylə isə bu dünyagörüşlərinin, bəhsi keçən din alimlərinin Allah inanclarının zəif olmasından, dinə qarşı da şübhəli olmalarından, dini bir peşə, ya da etibar vəsiləsi olaraq görmələrindən qaynaqlandığını ifadə etmişdir.Ancaq bəhs olunan kəslərin hz. Mehdinin gəlməyəcəyi mövzusundakı inancları hz. Mehdi (ə.s)-ın gəliş əlamətlərindən biridir və hz. Mehdi (ə.s)-ın zühurunun çox yaxınlaşdığını göstərən bir hadisədir.

Peyğəmbərimiz (s.ə.v) hədislərində hz. Mehdi (ə.s)-ın zühurundan əvvəl bəzi kəslərin: “Hz. Mehdi gəlməyəcəkmiş, hz. Mehdi yoxmuş”… ardı...

 

saidnursi

Bədiüzzaman həzrətləri iman və ağılı zəif olan din xadimlərini təqdim edir

1-) “Qiyamət əlamətlərindən, axır zaman hadisələrindən həmçinin bəzi əməllərin fəzilət və savablarından bəhs edən hədisi şəriflər tam aydın olmadığı üçün ağlına güvənən bir qisim elm əhli onların çoxunu zəif və ya mövzu (hədis) kimi qiymətləndiriblər. Zəif və eqoist bir qisim də (ağılını bəyənən, özünü böyük, qüsursuz, üstün görən və öz nəfsini bütləşdirən insanlar da (Allahı tənzih edirik)) hətta  bunları inkar etmişdirlər.” (Sözlər, səh. 355)

2-)…. rəvayət edilən səhih hədisləri, “Həzrəti İsa Əleyhissalamın gələcəyini və islam şəriətinə əməl edəcəyini, Dəccalı öldürəcəyini (mənəvi cəhətdən yox edəcəyini)” imanı zəif olanlar dərk etmirlər. Onun həqiqəti izah edilsə, heç bir şübhə yeri qalmaz. (On beşinci məktub, səh. 59)

3-) Bir şey də əlavə edək, ən təhlükəli olan odur ki, içinizdə və dostlarınızda bu kasıb qardaşlarına qarşı qısqanclıq hissi duyanlar da var. Sizlərdən mühüm elm əhli olanlar da var. Elm əhlinin bir qismində elmə qarşı bir eqoistlik olar. Özləri təvazökar olsalar da o cəhətdən eqoistdirlər və bu xüsusiyyətlərindən tez əl çəkməzlər. Ürəyinə, ağlına nə qədər yatsa da, nəfsi o elmdən eqoistcəsinə, xüsusi, qeyri-adi bir şərt umar, hətta yazılan risalələrə qarşı sözlə qarşılıqlı mübarizə tələb edər. Ürəyi risalələri sevdiyi, ağlının bəyəndiyi və üstün gördüyü halda, nəfsinə, qısqanclığına görə gizli bir ədavət, düşmənçilik bəsləyər. Öz fikri üstün gələnə qədər, qəbul edilənə qədər sözlərin mahiyyətini itirməsini arzu edər (İyirmi doqquzuncu məktub, səh. 413)